Dünya

Ermənilərin avtobusu Rusiyaya buraxılmır

29 Avqust 2017 15:43

Ermənistandan Rusiyaya gedən və içərisində 60 sərnişin olan avtobus Vladiqafqazda "Lars" nəzarət-buraxılış məntəqəsindən buraxılmayıb.  Nəqliyyat vasitəsi "Avazar" şirkətinə məxsusdur. Şirkətin rəsmisi Vigen Arutyunyan bəyan edib, avtobusa keçid məntəqəsindən keçməyə icazə verilməyib.

Ermənistanda Njdenin heykəli güllələnib

29 Avqust 2017 15:25

Ermənistanın Sünik vilayətində faşist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njdenin heykəli güllələnib. Güllələnmiş heykəlin fotosunu vilayət qubernatorunun mətbuat katibi Vazgen Saqatelyan öz “Facebook” səhifəsində paylaşıb. O bildirib ki, heykəlin bərpası ilə bağlı komissiya yaradılıb.

10 nəfər həlak oldu – YƏMƏNDƏ

29 Avqust 2017 15:14

Yəmənin cənub bölgəsində güclü yağış səbəbi ilə 10 nəfər həlak olub. “Olaylar” bildirir ki, daşqın nəticəsində 6 nəfər yaralanıb. Həlak olanlar arasında uşaqların olduğu da deyilir.

Hərbi avtomobillər partladıldı

29 Avqust 2017 14:57

Türkiyənin Diyarbəkir vilayətində terror hadisəsi baş verib. “Olaylar” bildirir ki, Diyarbakır-Bismil magistral yolundan keçən hərbi avtomobillər PKK terror təşkilatı tərəfindən partladılıb. Hadisə yerinə təcili yardım maşınları cəlb olunub. 2 əsgərin yaralandığı bildirilir. Həlak olanlar haqqında heç bir məlumat verilmir. 

Mumiyada öldürücü parazitlər tapıldı

29 Avqust 2017 14:31

Cənubi Koreyadan olan alimlər 375 yaşlı mumiyanın qaraciyərində “Paragonimus westermani” (ağciyər sorucu qurdu) adlı yastı qurdlar aşkar ediblər. Tədqiqatçıların fikrincə, xəstənin ölümünə məhz qurdlar tərəfindən yaranmış paraqonimoz hepatit səbəb olub. Bu haqda “New Scientist” nəşri məlumat yayıb. Maraqlı məqam ondan ibarətdir ki, bu parazitlərə nə isti, nə soyuq təsir etmir və 350 ilə yaxındır ki, onlar mumiyalanmış cəsəddə yaşayırlar. Mumiya 2014-cü ildə tapılıb. Cəsəd 63 yaşında ölən Szin Li (Jing Lee) adlı kişiyə məxsus idi. Cənubi Koreyanın əyaləti olan Çxondo müasir rayonunun ərazisində dəfn edilmişdi.

Tarixin ƏN QÜDRƏTLİ EKSTRASENSİ: Kimlərin asılacağını açıqlamışdı - İNANILMAZ PROQNOZLAR

29 Avqust 2017 14:26

XVIII əsr bir sıra fırıldaqçı, avantürist, “şəfa verən”, “gələcəyi görən” insanların peyda olması ilə yadda qaldı. Lakin onların arasında elələri var idi ki, qabaqcadan söylədikləri hər şey həqiqətən gerçəkləşirdi.

Vatan Şaşmaz dəfn edildi

29 Avqust 2017 13:47

Bazar günü otel otağında keçmiş model sevgilisi Filiz Aker tərəfindən gullələnərək qətlə yetirilən aparıcı Vatan Şaşmaz dəfn edilib. Şaşmazın cənazəsi yaxınları tərəfindən məsciddə yuyulduqdan sonra namaz qılınıb, daha sonra isə meyiti Çengelköy qəbiristanlığına aparılıb. 

Beyons yeni filmdə

29 Avqust 2017 13:27

“James Bond” filmi 2019 – cu ildə yenidən filmsevərlərə təqdim oluncaq. “Olaylar” bildirir ki, filmin prodüsseri 49 yaşlı aktyor Daniel Craigi razı saldıqdan sonra indi də Beyoncsu razı salmağa çalışırlar. Belə ki, onlar filmin sauntrektini məhz Beyonsun ifa etməsini istəyirlər. Qeyd edək ki, artıq prodüsserlər Beyonsla razılıq əldə ediblər.

Müdafiə nazirinin müavini işdən çıxarılıb

29 Avqust 2017 13:20

Ermənistan müdafiə nazirinin müavini vəzifəsindən azad olunub. Ara Nazaryan nazir müavini postundan uzaqlaşdırılıb. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Türkiyədə hava limanında güclü yanğın

29 Avqust 2017 13:16

Türkiyənin Van vilayətində hava limanında güclü yanğın olub. Hadisə nəticəsində dəm qazından boğulan bir nəfər xəsarət alıb.Xəsarət alan şəxs Türkiyə vətəndaşıdır. Yanğının qarşısının alındığı məlumat verilir.

Üç ölkədən müharibə sözü - HAZIRLIQ BAŞLANDI

29 Avqust 2017 13:12

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Yaponiya istiqamətində buraxdığı növbəti raket bölgədə vəziyyəti yenidən gərginləşdirib. ABŞ, Yaponiya və Cənubi Koreya Pxenyanı sərt cavabla hədələyirlər. Bu gün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək. İclasda Pxenyana qarşı atılacaq addımların müzakirə olunması istisna edilmir. Cənubi Koreya və ABŞ artıq bildirib ki, Şimali Koreya təxribatlarına cavab olaraq hərbi ölçülərə baxılır.

Obamaya Rusiya ilə bağlı gizli təklif

29 Avqust 2017 12:50

Barak Obamaya prezidentliyi dövründə Rusiyaya qarşı sanksiya və ya müharibə etmək təklifi edilib. Bu barədə ABŞ-ın Rusiyadakı səfri Con Tefft "Exo Moskvı" radiostansiyasına müsahibəsində deyib. Səfir bildirib ki, Rusiyaya qarşı sanksiyalar səmərəli olub: "Obama administrasiyasına seçim təqdim olunub: "Bəs siz Rusiya ilə müharibə aparmaq istəyirsiniz"? Heç kim bunu istəmirdi. Bildiyim qədər Rusiya da ABŞ-la müharibə etmək istəməzdi." 

Misirdə avtobus aşıb , 14 nəfər ölüb

29 Avqust 2017 12:31

Misirin paytaxtı Qahirədə 14 nəfərin ölümü ilə nəticələnən avtobus qəzası baş verib. Bu barədə Misirin Səhiyyə Nazirliyi açıqlama yayıb. Hadisə el-Minya magistral yolunda baş verib.

Putin İrəvanı yox edən sazişə görə Sərkisyanı təbrik etdi

29 Avqust 2017 12:22

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Serj Sərkisyana iki dövlət arasında qarşılıqlı yardım, əməkdaşlıq və dostluq haqqında razılaşmanın 20 illiyi münasibəti ilə təbrik məktubu göndərib. Bu barədə informasiyanı Kremlin Mətbuat Xidməti yayıb. Putin məktubda Rusiya-Ermənistan münasibətlərini yüksək dəyərləndirib.