Dünya
Ermənistanda Qarabağla bağlı İNANILMAZ AÇIQLAMA: “Biz azərbaycanlılarla...”
“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Serj Sarkisyanın özünə və Qarabağdan gələnlərin qəbiləsinə sərfəli deyil. Çünki bu qəbilə Qarabağda müharibə dalğası zamanı Ermənistanda hakimiyyəti tutdu və məhz münaqişə nizama salınmadığı üçün hakimiyyətdə qala bilir”.
“Taliban”ın əlində 5 il əsir qalan hərbçi ölkəsində həbs edildi: Ömürlük
ABŞ ordusunun çavuşu Bov Berqdahl “Taliban” terror təşkilatının əlində 5 il əsir qaldıqdan sonra Quantanamodakı “Taliban” üzvləri ilə dəyişdirilib. Ərarilikdə təqsirləndirilən hərbçi öz ölkəsində məhkəmə qarşısına çıxarılıb.
Polis məntəqəsinə hücum - 12 nəfər həlak oldu
Əfqanıstanın Pakita vilayətinin mərkəzində yerləşən polis məntəqəsinə bombalı və silahlı hücum təşkil olunub. Olaylar bildirir ki, silahlı hücum və partlayış nəticəsində ən az 12 nəfərin həlak olub, 60 nəfər yaralanıb. Əfqanıstan rəsmiləri partlayış nəticəsində polis rəisinin və iki tecavüzkarın həlak olduğunu açıqlayıb.
Müharibənin ən dəhşətli ssenarisi bu olacaq - Hər an BAŞLAYA BİLƏR
Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahının tamamilə qadağası ideyasını dəstəkləyir. Bu haqda KXDR-in BMT-dəki daimi nümayəndəsi Kim İn Ren bildirib. O həmçinin əlavə edib ki, Pxenyan ABŞ-ın bu silaha malik olduğu müddətdə öz arsenalını saxlamaq niyyətindədir. Nüvə müharibəsinin istənilən vaxt başlana biləcəyini deyən diplomatın sözlərinə görə, Pxenyanda mövcud olan nüvə silahı və ballistik raketlər özünümüdafiə üçün vacibdir.
Rusiyada yenə bomba həyəcanı - 400 nəfər təxliyə olundu
Rusiyanın Lipetsk şəhərində anonim zəngdən sonra texnikum binası təxliyə edilib. Məlumata görə, texnikuma bomba qoyulması barədə zəngdən sonra axtarışlar aparılıb. Binadan 400-ə yaxın adam çıxarılıb.
Rusiyalı ekspert Cenevrə görüşünü şərh etdi: “Nəsə demək çox çətindir”
Bu barədə Yaxın Şərq və Qafqaz ölkələri üzrə rusiyalı ekspert Stanislav Tarasov Azərbaycan və Ermənistan prezidentlərinin ötən gün Cenevrədə keçirilən görüşünü erməni KİV-lərinə şərh edərkən bildirib. "Tərəflər hərbi qarşıdurma riskini azaldan danışıqlar formatını qoruyub saxlamalıdırlar. Görüş barədə bu qədər deyə bilərəm, çünki məlumat çox azdır. Belə görüşlər zamanı bir qayda olaraq gündəlik məlum olur və ya məlumat sızıntısına yol verilir ki, ekspertlər bunun əsasında təhlillər apara bilsinlər.
Saakaşvilinin tərəfdarları Kiyevdə etiraz edir
Ukraynanın paytaxtı Kiyevdə iki minə yaxın insanın iştirakı ilə Ali Radanın qarşısında mitinq keçirilir. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin partiyası “Yeni güclər hərəkatı”da daxil olmaqla bir sıra siyasi qüvvələrin təmsilçiləri Ali radanın qarşısında toplaşıblar.
Erməni zabit və kursant yaralanıb
İrəvanda ağır yol qəzası baş verib. 19 yaşlı Qriqor iradə etdiyi "Vaz 217230" markalı 10 ՏX 100 nömrəli avtomobillə İrəvan sakini 18 yaşlı Seda və 47 yaşlı Simeonu vurub. Qəza nəticəsində xəsarət alan şəxslər Erebuni tibb mərkəzinə, daha sonra Ermənistan Müdafiə Nazirliyinə məxsus "Muratsan" hospitalına köçürülüb.
Astronomiya elmində inqilab — 6 yeni qalaktika kəşf edildi
Astronomlar elmdə inqilaba səbəb olan kəşfə imza atıblar. Uzaq kosmos və qalaktikaların doğulmasını müşahidə edən alimlər 6 yeni qalaktika kəşf ediblər.
Yad kişi ilə cinsi əlaqədə olmasa, ərinin cəsədini görə bilməz - Qəribə Afrika adəti
Afrikanın cənubunda yerləşən Malavidəki qəribə adətlər digər ölkələrin vətəndaşlarını dəhşətə gətirir. Belə ki, burada 9-10 yaşlı qızlar və dul qadınlar cinsi əlaqəyə məcbur edilir.
Acun daha bir verilişin yayımını dayandırdı
Sentyabrın 25-dən TV8-də yayımlanan "Emlak avcıları" verilişi də reytinq qurbanı olub. Kanalın sahuibi Acun ilıcalı proqramın gözlənilən nəticəni verməməsi səbəbindən yayımını dayandırıb.
ABŞ-da “qara dəlik” qorxusu - Bütün regionu UDACAQ
Ağ Ev Rakkanın azad edilməsindən sonra Suriyada vəziyyətin nizama salınması üzrə dəqiq strategiyaya malik deyil. Bu haqda rəsmi mənbələrə istinadən NBC telekanalı bildirib. Telekanal qeyd edir kimi, Suriya üzrə planın müzakirəsi çətinliklərlə rastlaşıb. Xüsusi halda, ABŞ-ın siyasi dairələri ölkənin prezident Bəşər Əsəd və İran güclərinin nəzarətinə verilmədən döyüşçülərdən azad edilməsi üzrə eyni fikrə gələ bilmirlər. Bundan başqa, Vaşinqtonda Suriyada hakimiyyətin ötürülməsi üsulu üzrə razılaşma yoxdur.
Dəniz Baykal təcili əməliyyata alındı
Türkiyəli millət vəkili Dəniz Baykal təcili əməliyyata alınıb. Onun beynində ödem toplanıb. CHP-li millət vəkilinin müalicə aldığı Ankara Universiteti İbn Sina xəstəxanasının professoru D. İbiş onun beyin qanaması keçirdiyini bildirib: “D.Baykalın beyninin tomoqrafiyasını çıxardıq. Onun beynində ödem yaranıb və qanama artıb. Fiziki müayinə zamanı aşkarlanan simptomlar da nəticəyə uyğun gəldi və biz onun əməliyyat edilməsinə qərar verdik. Xəstə hazırda əməliyyatdadır”.
PKK-ya daha bir ZƏRBƏ - Komandiri ələ keçirildi
Hazırda davam edən PKK əməliyyatlarından gələn son xəbər görə, təşkilatın ən önəmli liderlərindən olan “Zelal” kod adlı Necla Atak və onun 6 yardımçısı ələ keçirilib.PKK-nın Mardin bölgəsindən cavabdeh olan Zelal qaldığı evdə əməliyyat komandalarının xüsusi təyinatlı itləri tərəfindən tapılıb.
İŞİD Kərkünün iki kəndini ələ keçirdi
İŞİD terror təşkilatı Kərkükün qərb hissəsində iki kəndi ələ keçirdiyini açıqlayıb. Olaylar bildirir ki, İŞİD Kərkükün El-Milh və Et-Tuveyliğa kəndlərini ələ keçirib. Terror qrupunun bölgədə neft quyularının olduğu istiqamətə doğru irəlilədiyi, kənd sakinlərinin də qonşu kəndlərə qaçdığı bildirilir.














