“Taliban”ın əlində 5 il əsir qalan hərbçi ölkəsində həbs edildi: Ömürlük
ABŞ ordusunun çavuşu Bov Berqdahl “Taliban” terror təşkilatının əlində 5 il əsir qaldıqdan sonra Quantanamodakı “Taliban” üzvləri ilə dəyişdirilib. Ərarilikdə təqsirləndirilən hərbçi öz ölkəsində məhkəmə qarşısına çıxarılıb.
17 Oktyabr 2017 13:28 DünyaABŞ ordusunun çavuşu Bov Berqdahl "Taliban" terror təşkilatının əlində 5 il əsir qaldıqdan sonra Quantanamodakı "Taliban" üzvləri ilə dəyişdirilib. Ərarilikdə təqsirləndirilən hərbçi öz ölkəsində məhkəmə qarşısına çıxarılıb.
B.Berqdahl Əfqanıstanın cənubunda 2009-cu ildə birliyini tərk etdikdən sonra "Taliban" tərəfindən qaçırılmışdı. 5 il sonra isə Quantanamo körfəzindəki Amerikanın dəniz bazasında əsir saxlanılan 5 terrorçu ilə dəyişdirilmişdi. Daha sonra çavuş "fərarilik" və "düşmən qarşısında yanlış davranmaq" maddələri ilə təqsirli bilinib. O, fərariliyə görə 5 ilə qədər həbs cəzası alsa da, daha sonra ikinci günahı ucbatından ömür boyu həbsə məhkum edilib. Barak Obamanın prezidentliyi dövründə B.Berqdahlın ölkəsinə qayıtması ABŞ üçün böyük uğur kimi dəyərləndirilmişdi. Publika.az