Dünya

Cenevrə görüşündən dərhal sonra Sərkisyandan növbəti aqressiv mövqe

17 Oktyabr 2017 12:07

Cenevrə danışıqları başa çatar-çatmaz Ermənistan prezidenti Serj Sərkisyan yenidən aqressiv açıqlaması ilə İrəvanın sülh prosesinə hazır olmadığını bir daha təsdiqləyib. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra İsveçrədəki Ermənistan səfirliyində bu ölkədəki erməni diasporunun nümayəndələri ilə görüşən Sərkisyan danışıqlarda problemin həlli istiqamətində hər hansı bir nəticənin əldə edilmədiyini söyləməklə yanaşı, həmçinin özünün ənənəvi aqressiv fikirlərini bir daha səsləndirib.

Şimali İraqdakı müharibə Avropanı qorxuya saldı

17 Oktyabr 2017 11:58

Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ali nümayəndəsi Federika Moqerini İraqın baş naziri və Silahlı Qüvvələr Komandiri Heydər Əl İbadi ilə telefonla danışıb.

Erməni şərhçidən Qarbağ ETİRAFI: “İrəvan uduzdu, Sarkisyan isə...”

17 Oktyabr 2017 11:41

Cenevrədə prezidentlər səviyyəsində növbəti Qarabağ görüşü baş tutdu. Ciddi nəticə yoxdur, yeganə qazanc danışıqların davam etdirilməsi üzrə razılıqdır. Hələlik görüşün ictimaiyyətə məlum olan tərəfi bundan ibarətdir. Lakin Ermənistan ictimaiyyəti İrəvanın həm Cenevrədə, həm də ümumiyyətlə, keçmiş prezident Levon Ter-Petrosyanın dövründən başlamış indiyə qədər bütün təmaslarda məğlub olduğunu hesab edir.

Əfqanıstanda polis idarəsinə hücum olub

17 Oktyabr 2017 11:21

Əfqanıstanın şərqində Paktiya vilayətində Qardez şəhərində polis idarəsinə hücum olub. Məlumata görə, bu barədə xəbəri ölkənin daxili işlər naziri Nəcib Daniş təsdiqləyib.

İraqda ölən türk hərbçilərin sayı 4-ə çatıb

17 Oktyabr 2017 11:19

İraqın şimalında, Türkiyə sərhədinə yaxın Zap vadisi bölgəsində antiterror əməliyyatı davam edir. Məlumata görə, əməliyyat zamanı PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 2 türk hərbçi həlak olub. 

London metrosunda növbəti TERROR

17 Oktyabr 2017 10:52

Türkiyədə fövqəladə vəziyyət müddəti uzadıldı

16 Oktyabr 2017 22:19

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb. Bunu Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası iclasının yekunu olaraq Türkiyənin vitse-prezidenti Bəkir Bozdağ bildirib.

ABŞ da təsdiqlədi: İraq ordusu Kərkükə girdi

16 Oktyabr 2017 22:13

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olması ilə bağlı açıqlama verib. Məlumatda ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin Kərkük yaxınlığında olduğu bildirilib.

Viza məhdudiyyəti qismən aradan qalxdı

16 Oktyabr 2017 22:12

ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi viza məhdudiyyətini qismən aradan qaldırıb. Müalicə məqsədilə və digər xüsusi hallarda ABŞ-a getmək istəyən Türkiyə vətəndaşlarına viza veriləcək. Vizanı yalnız ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğu verəcək.

Azərbaycanlıların yaşadığı kənddə XÜSUSİ ƏMƏLİYYAT

16 Oktyabr 2017 22:08

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunun Qaratəhlə kəndində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən 25 yaşlı gənc saxlanılıb.

Facebook sabiq xüsusi xidmət orqanı işçiləri ilə əməkdaşlıq edəcək

16 Oktyabr 2017 20:02

"Facebook" sosial şəbəkəsi yeni qərar qəbul edib. Sosial şəbəkədə bəzi kampaniyaları operativ şəkildə izləmək və potensial təhlükələr barədə məlumat əldə etmək üçün məxfi məlumatlara girişi olan əməkdaşları işə cəlb edəcək.

Çin alimləri BUNU DA ETDİ: insan yerişinə görə onun kimliyi müəyyən ediləcək

16 Oktyabr 2017 19:55

Çin alimləri insanları yerişinə görə təyin edə bilən kamera hazırlayıb. İnsan üzünü gizlətdikdə belə, yeni biometrik identifikasiya texnologiyası onun kim olduğunu rahatlıqla müəyyən edəcək.

Bu körpə görənləri şoka saldı

16 Oktyabr 2017 19:50

Macarıstanda doğulan körpə parlaq ağ saçları ilə həm həkimləri, həm də valideynlərini şoka salıb. 

“Wi-Fi” şifrləmə protokoluna müdaxilə edilib

16 Oktyabr 2017 19:46

Simsiz giriş nöqtəsi və qurğular arasında məlumatların təhlükəsiz ötürülməsini təmin edən “WPA2” (“Wi-Fi Protected Access II”) şifrləmə protokoluna müdaxilə edilib. Aşkar edilmiş boşluq ev və ya ofis şəbəkəsinin əhatə zonasında yerləşən hakerlərə “Wi-Fi” şəbəkəsinin parolunu ələ keçirməyə, internet trafiki dinləməyə və şifrlənməmiş rabitə kanalı üzrə ötürülən istənilən informasiyanı ələ keçirməyə imkan verir.

Smartfondan ən çox hansı ölkənin sakinləri istifadə edir?

16 Oktyabr 2017 19:35

“Counterpoint” tədqiqat şirkəti dünya əhalisinin smartfondan istifadə müddətinin öyrənildiyi hesabatın nəticələrini dərc edib.