Dünya

40 terabaytlıq “Western Digital” sərt diskləri buraxılacaq

16 Oktyabr 2017 19:30

"Western Digital" şirkəti "Innovating to Fuel the Next Decade of Big Data" tədbiri çərçivəsində 40 terabayt tutumlu 3,5 düym diaqonallı sərt disklər yaratmağa imkan verən yeni maqnit yazma texnologiyasını təqdim edib. Belə toplayıcılara zərurət isə informasiya həcminin artması ilə əlaqədardır. Məsələn, "ağıllı" şəhər sistemləri çoxsaylı kameralardan və digər ötürücülərdən məlumatların toplanılmasını nəzərdə tutur. Bunun üçün çoxlu yer tələb olunduğundan istehsalçılar toplayıcıların tutumunun artırılması üzrə üsulların axtarışı ilə məşğuldurlar.

“Windows 10” əməliyyat sistemi istifadəçiləri izləyir?!

16 Oktyabr 2017 19:25

Daha bir Avropa dövləti "Microsoft" şirkəti tərəfindən "Windows 10 Home" və "Pro" sistemlərinin idarəetməsi altında işləyən kompüterlərdən toplanılan böyük həcmli məlumatlardan narahatdırlar. Niderland Məlumatların Mühafizəsi İdarəsindən (Autoriteit Persoonsgegevens, PA) bildirilib ki, istifadəçilərin fərdi informasiyasını emal edən ABŞ şirkəti Niderland qanunvericiliyini pozur. "Microsoft" şirkəti öz siyasətini dəyişdirməsə, ona sanksiya tətbiq ediləcək.

Yeni onlayn təhsil proqramı istifadəyə verilib

16 Oktyabr 2017 19:20

“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak yeni “Woz U” onlayn təhsil proqramını istifadəyə verib. Proqram texniki təhsilin mənimsənilməsində müxtəlif insanlara yardımın göstərilməsini nəzərdə tutur.

“Android” sistemli qurğular üçün videozənglər sadələşdirilib

16 Oktyabr 2017 19:16

“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün videozənglərin edilməsini sadələşdirəcək proqram yenilənmələri həyata keçirməyə başlayıb. Söhbət faktiki olaraq “Google Duo” videoçatının “Telefon”, “Kontaktlar” və  “Bildirişlər” əlavələri ilə daha sıx inteqrasiyasından gedir.

“Android” sistemi ilə işləyən smartfonlar təhlükə altındadır

16 Oktyabr 2017 19:11

“ESET” antivirus şirkətinin mütəxəssisləri ekranı bloka salmaq funksiyasına malik və “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün ilk şifrləyici virus aşkar ediblər. Bu haqda şirkətin rəsmi saytında məlumat verilib.

Londonda 5 manata ev satılır - Temza çayının sahilində

16 Oktyabr 2017 19:05

Yeni təmirdən çıxmış 3 otaq, 1 mətbəxdən ibarət, həyətyanı sahəsi olan ev satılır. Ev sahibi alıcı axtramaqdan yorulduğu üçün evi bu qədər ucuz satdığını deyib.

Keçmiş sevgilisi tərəfindən qətlə yetirilən aparıcının məzarını gecələr ziyarət edən kimdir? - VİDEO

16 Oktyabr 2017 18:50

Türkiyənin məşhur aparıcısı Vatan Şaşmaz 27 avqust axşamı keçmiş model sevgilisi Filiz Aker tərəfindən bir otel otağında silahla vurularaq öldürülmüşdü. Böyük kədər içində olan ailəsi mərhum sənətçinin məzar daşını hazırladıb. Sevənləri hər həftə sonu məzarı ziyarət edərək Şaşmaz üçün dua edirlər.

Demetdən boşanmaqda olduğu ərinə sərt sözlər: "Utanmaz"

16 Oktyabr 2017 18:45

Keçmiş model Demet Şenerlə basketbolçu əri ibrahim Kutlouayın boşanma prosesi davam edir.  Model vəkili vasitəsilə ərinin “Demet Şener gündəmdə qalmaq üçün mediadan, varlanmaq üçün isə məhkəmədən istifadə etməsə, proses yekunlaşar” açıqlamasına əsəbiləşib.

Proqramlaşdırıla bilən süni dəri yaradıldı

16 Oktyabr 2017 18:40

Kornell Universitetinin mühəndisləri proqramlaşdırıla bilən süni dəri hazırlayıblar. Səkkizayaqlı ilbiz və mürəkkəbböcəyinin xüsusiyyətləri yeni materialın prototipi qismində çıxış edib.

19 yaşında milyonçu olan gənc - Çətindir, amma zövq alıram

16 Oktyabr 2017 18:37

19 yaşlı Akşay Rupareliya tələbədir. Buna rəğmən o, artıq milyonçudur. Oksford Universitetində oxuyan Akşay "Doorsteps" adlı rielter agentiliyinin banisi və sahibidir. Agentliyin dəyəri hazırda 12 milyo funt-sterlinqi keçib. Akşay Rupareliyanın dediyinə gör, uğurunun sirri bəsitdir. "Rielterlər adətən alqı-satqı prosesində böyük faiz tələb edirlər. Bizdə isə komissiya faizi bəzən cəmi 99 funt olur.

Dənizdən Hülyaya sərt sözlər: "Cahildir"

16 Oktyabr 2017 18:33

Müğənnia-aparıcı Hülya Avşarın verilişində “Kişilər qadınlarını hiss etdirmədən aldatsın” ismarışına etiraz edənlərdən biri də keçmiş model Dəniz Akkaya olub.  Akkaya Avşarı “cahil qadın” adlandırıb:  “Biabırçılıq. Bu qadının savadsızlığı haqda heç danışmaq lazım deyil”.

Türkiyə İraqın şimalına hava məkanını bağlayır

16 Oktyabr 2017 18:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb. Toplantı 1 saat 40 dəqiqə sürüb. Toplantıda ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması, İraqın şimalına Türkiyə Hava məkanının bağlanması, İraqın şimal bölgəsi ilə həmsərhəddə yerləşən İbrahim Halil buraxılış məntəqəsinin bağlanması hökumətə tövsiyə edilib.

Portuqaliyada meşə yanğınları: 20 ölü

16 Oktyabr 2017 18:04

Portuqaliyada meşə yanğınları başlayıb. Yanğınların söndürülməsinə 7 min yanğınsöndürən cəlb olunub. Yanğınlar səbəbindən 20-yə yaxın avtomobil yolu bağlanıb. Təbii fəlakətin təhlükə yaratdığı rayonlardan yerli sakinlər təxliyə edilib. Mülki Müdafiə Xidmətinin məlumatına əsasən, ölkədə meşə yanğınları nəticəsində 20 nəfər həlak olub. 

NASA etiraf etdi: 9-cu planet var, amma... - VİDEO

16 Oktyabr 2017 18:01

ABŞ Kosmik və Aviasiya İdarəsi (NASA) günəş sistemində mövcud olduğu ehtimal edilən 9-cu planet haqqında açıqlama verib.  NASA hələ ki, tapılmayan, ancaq haqqında əhəmiyyətli dəlillər tapılan nəhəng planetin var olduğunu qəbul edib. “Planet X” adlandırılan nəhəng buz planetinin Yerdən 10 qat daha ağır çəkiyə sahib olduğu və Günəşə Neptundan sonra 20 qat daha uzaq olduğu ehtimal edilir. Bu planet haqqında hələ ki, 5 dolğun sübut tapılıb.

Avtobusda qadın sərnişinin dodağından öpən kişi saxlanıldı - VİDEO

16 Oktyabr 2017 17:55

Türkiyənin Samsun şəhərində sərnişin avtobusunda yanında oturan qadına təcavüz edən şəxs saxlanılıb. 33 yaşlı N.K. adlı qadının yanında oturan 43 yaşlı S.B. arasındakı dioloq həbslə bitib. İddiaya görə, N.K. sevgilisindən ayrıldığını danışarkən ağlamağa başlayıb. S.B.-nin da təsəlli verməyə çalışaraq N.K.-nı qucaqlayaraq dodağından öpdüyü iddia edilir.