Dünya
İstanbulda partlayış - Yaralılar var
İstanbulda baş vermiş partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Partlayış boş yanacaqdaşıyan maşının olduğu anbarda baş verib. Yaralılar anbarın işçiləri olub. Hazırda partlayışın səbəbi ilə bağlı araşdırma aparılır.
Eyfel-in işıqları söndürüləcək - Bu dəfə Somaliyə görə
Parisdə Eyfel qülləsinin işıqları Somalidə baş vermiş terror aktının qurbanlarının xatirəsinə gecə saatlarında söndürüləcək. Bu barədə Fransa paytaxtının meri Ann İdalqo elan edib.
Karib dənizində QƏZA - Sərnişinlər dənizə töküldü
Karib dənizində Haitidən olan miqrantları daşıyan qayıq qəzaya uğrayıb. Qayığın aşması nəticəsində 40-dan çox adam itkin düşüb. Hadisə zamanı qayıqda 50-yə yaxın miqrantın olduğu bildirilir.
11 yaşlı oğul anasının biabırçı formada ölümündən xəbərsizdir
İnternetdə ovsunladı - Gəlin evlənəndən sonra bakirə çıxmadı, hələ üstəlik də... - TƏFƏRRÜAT
İnternetdə tanış olub evlənən bəy aldanıb. Türk telekanalında yayımlanan “Yalnız Deyilsən” verilişinə 24 yaşlı oğlan müraciət edib. Onun dediyinə görə, qısa zaman öncə sosial şəbəkədə bir qızla tanış olub. 3 ay sonra qızla evlənmək qərarına gəlib. Qız isə kimsəsiz olduğunu deyərək, toya heç bir qohumunu çağırmayıb. Gəlinin sənədi olmadığına görə, nigah rəsmiləşdirilməyib. Toydan 15 gün sonra isə gəlin evdəki qızılları və pulları götürərək qaçıb.
General əsgərinin arvadına intim mesaj göndərdi, ordudan qovuldu
Tabeliyindəki çavuşun həyat yoldaşına intim mesajlar göndərən general ordudan qovulub. Hadisə ABŞ-da baş verib. Xüsusi əmrlə İtaliyaya göndərilmiş çavuşun arvadına yazan general mesajlarının silinməsini tələb edib. Ancaq qadın bu təklifi qəbul etməyib və bir çoxunu media ilə bölüşüb.
Rusiya regionda münaqişənin alovlanmasına rəvac verir
Rusiya artıq neçə dəfədir ki, davamlı şəkildə açıq-aşkar Ermənistanın maraqlarına xidmət edən addımları ilə rəsmi Bakıda Kremlə olan etimad, inam hissini zəiflədir. Əgər son bir neçə ildə cərəyan edən proseslərə nəzər yetirsək, aşıq-aşkar görərik ki, 2013-cü ildən etibarən Azərbaycana qarşı şimaldan gələn bu kimi təzyiq və təsir vasitələri əhəmiyyətli dərəcədə artıb.
Naziri istefaya göndərən aktrisa 38 il sonra danışdı: "Hələ də sevirəm"
70-ci illərdə "Naziri istefaya göndərən qadın" kimi tanınan aktrisa-müğənni Aynur Aydan 38 il sonra bununla bağlı danışıb. Vaxtilə daxili işlər naziri Hasan Fehmi ilə yaşadığı eşq ilə gündəmdən düşməyən 71 yaşlı aktrisa onu hələ də unuda bilmədiyini deyib: "Ondan incisəm də, unuda bilmirəm.
Mədəndə QƏZA - 10 nəfər yerin altında qaldı
Permdə duz mədənində alışma səbəbindən təxminən 290 mədənçi təxliyə edilib. Vilayət Fövqəladə Xidməti nümayəndəsi liftlərə xidmət göstərən 10 nəfərin hələ yerin altında qaldığını bildirib. Mədəndə alışmanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.
İraq qoşunları Kərkükə girdi
İraqın Müdafiə Nazirliyinin birliklərii və İranın dəstəklədiyi "Həşdi Şabi" dəstələri Kərkük şəhərinə daxil olublar. Şəhərdə Kərkükü tərk etmək istəməyən kürd "peşmərgə"lərlə iraq hərbçiləri arasında sporadik döyüşlər gedir. Hazırda İraq ordusu strateji baxımdan çox böyük önəm daşıyan K1 hərbi bazasını ələ keçiriblər. Bazaya helikopterlərlə İraq ordusunun xüsusi təyinatlıları daşınır. K1 bazası ilə yanaşı, İraqın "Şimal Neft Şirkəti"nin kompleksi, habelə neft-qaz strukturunun bir sıra obyektləri də iraqlı hərbçiləri nəzarətindədir. Dəkukdakı bazanı da "peşmərgə"lər tərk ediblər.
Venesuelada seçki nəticələri — Müxalifət məğlub oldu
Venesuelada keçirilən əyalət seçkilərində Sosyalistlər qələbə qazanıb. Rəsmi açıqlamaya əsasən, 22 bölgədən 17-ində Maduro qazanıb. Seçkidən əvvəl keçirilən rəy sorğularında müxalifət 11 və ya 18 əyalətdə hökuməti əldə edəcəkdi. Müxalifət seçki nəticələrinin saxtalaşdırıldığını iddia edir.
Gülben Ergenin idman məşqçisi ilə xəyanət GÖRÜNTÜLƏRİ üzə çıxdı - FOTO
Gülben Ergenin ilk həyat yoldaşı Mustafa Ərdoğanı aldadıb "Şahdamarım" xitabı ilə mesajlar yazdığı kişinin idman müəllimi olduğu üzə çıxıb. “Söylemesem, olmaz” proqramının aparıcısı Nihad Doğanın iddiasına görə Gülben Ergen Mustafa Ərdoğanla evli olduğu illərdə ona məşqçisi ilə xəyanət edib. Sözügedən verilişdə irəli sürülüb ki, Gülben 3 ildir reklam üzü olduğu markadan da çıxarılıb.
İsraildən Suriyaya zərbə
İsrailin döyüş təyyarələri Suriyadakı hava müdafiə bataliyonunu məhv edib. Olaylar bildirir ki, hücum İsrail ərazisində baş verib. Məlumata əsasən Suriyanın Hava Müdafiə qoşunu Şam şəhərinin şərqində yerləşir.
17 məzar açdıqdan sonra tapdığı qızını 8 il sonra tanınmaz halda tapdı - VİDEO
Ankarada 8 ildir yoxa çıxan qızı üçün 17 məzar açdıran ananın üzü gülüb. Televiziya proqramına gələn xəbərlə qızına qovuşan ana Fatma Toyquncu qızının psixologiyasının pozulduğunu deyib.
Kərkükdə FƏLAKƏT SSENARİSİ: Şərqi parçalayacaq “şəhər dövlətlər” yaradılır
“Kərkük döyüşü dövlətlər savaşından sonra şəhərlər savaşının adıdır. Bölgədəki böhranları bu günə qədər dövlətlər ölçüsündə qiymətləndirirdik, bundan sonra şəhərlər üzərindən qiymətləndirəcəyik”.














