Dünya

Sarkisyan Əliyevlə görüşə getdi - Qarabağ MÜZAKİRƏSİ

16 Oktyabr 2017 14:19

Ermənistan prezidenti Serj Sarkisyan Cenevrəyə gedib. Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akobyan Tvitter hesabında yazıb.

Somali paytaxtı qan gölünə çevrildi — Ölü sayı 280-i keçdi

16 Oktyabr 2017 13:41

Somali tarixinin ən qanlı terror hücumuna məruz qalıb.  Moqadişuda bomba yüklü maşının partlaması nəticəsində şəhər cəhənnəmə çevrilib. Hücum nəticəsində ölənlərin meyitləri tanınmaz hala düşüb. Ölənlərin sayı 280-i ötüb. 300 yaralı isə xəstəxanalara yerləşdirilib.

"WikiLeaks” Rusiya kəşfiyyatına işləyir - Klintondan qalmaqallı çıxış

16 Oktyabr 2017 13:13

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə keçmiş namizəd Hillari Klinton hesab edir ki, “WikiLeaks” saytı Birləşmiş Ştatlarda keçirilən seçkilərə mane olmaq üçün Rusiya hökuməti ilə fəaliyyətini koordinasiya edib.

ABŞ konqresindən yeni qərar: Ukraynaya ÖLÜMCÜL SİLAH veriləcək

16 Oktyabr 2017 13:00

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Uill Xörd bildirib ki, Ukraynaya ölümcül silahın verilməsi haqqında qərar yaxın vaxtlarda qəbul ediləcək. “Mən hesab edirəm, daşınabilən tank əleyhinə raket kompleksləri "Cavelin" Ukraynaya Rusiya təcavüzündən müdafiənin təminatı üçün lazımdır", - deyə "Qromadske" nəşrinə müsahibəsində Xörd bildirib.

İrlandiyada qasırğa: məktəblər və dövlət idarələri bağlandı 

16 Oktyabr 2017 12:57

Hazırda Britaniyada güclü qasırğa müşahidə olunur. 1987-ci ildən sonra Britaniyada ilk dəfə belə hava şəraiti olub. Ofeliya qasırğası İngiltərədə və İrlandiyada küləyin sürətini saatda 80 mil-ə çatdırıb.

Nurgül Yeşilçay İran filmində

16 Oktyabr 2017 12:42

Məşhur türkiyəli aktrisa Nurgül Yeşilçay İran filmində çəkiləcək. Olaylar bildirir ki, iranlı rejissor Bayram Fazlın “ Yadullahın gözəl cini” filminə dəvət alan aktrisa aldığı travma səbəbi ilə danışa bilməyən Dilaramın həyatını canlandıracaq. Akrtisa canlandıracağı obraz haaqında bunları deyib:

Banqladeşdə rohincalıların qayığı batdı - ölənlər, itənlər var

16 Oktyabr 2017 12:41

Banqladeşdə Myanmadan gələn Rohinca qaçqınlarının olduğu qayığın batması nəticəsində azı 12 nəfər həlak olub. Məlumata görə, qəzaya uğrayan qayıqda 50-60 qaçqının olduğu bildirilir. Hazırda 15 nəfər xilas edilib. 30 nəfərə yaxın adamın itkin düşdüyü barədə məlumat verilir.

Moskvanın mərkəzində ermənini güllələdilər

16 Oktyabr 2017 12:39

Moskvanın mərkəzində naməlum şəxslər bir nəfərə atəş açıblar. Güllələnən şəxs 44 yaşlı erməni olub. O, səhər saatlarında avtomobilindən enərkən silahlı hücuma məruz qalıb. Qətlin sifarişə bənzədiyi bildirilir. Polis araşdırma aparır. 

ABŞ-da Azərbaycana qarşı Qarabağ dinləmələri – Erməni lobbisi və Smitin BİRGƏ PLANI - VİDEO

16 Oktyabr 2017 12:29

Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək.

Kimdir bu "müstəqil ekspertlər", adları niyə qapalı saxlanılır?

16 Oktyabr 2017 12:18

ABŞ Konqresinin Helsinki komissiyasının oktyabrın 18-də keçirəcəyi "Qarabağ dinləmələri"ndə iştirak üçün Azərbaycandan kimlər dəvət edilib? Tədbirin təşkilatçısı, Helsinki komissiyasının həmsədri Kristofer Smit bu məqamı, hələ ki, "sürpriz" kimi saxlayır. O, tədbir barədə yarana biləcək texniki suallara nisbətən cavab verib. Yaydığı ilkin relizdə bildirib ki, "dinləmələr oktyabrın 18-də keçiriləcək, orada Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano, Ceyms Uorlik, Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər. Tədbirdə Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bunun qarşısının alınmasında ABŞ və ATƏT-in rolu müzakirə ediləcək" və sair.

39 İŞİD üzvü saxlanıldı

16 Oktyabr 2017 11:37

İstanbul Terrorla Mübarizə Şöbəsi İŞİD terror təşkilatına qrşı əməliyyat həyata keçirib. Olaylar bildirir ki, əməlittay 8 rayonda, 15 fərqli ünvanda həyata keçirilib. Əməliyyat zamanı 32 – si xarici vətəndaş olmaqla, 39 nəfər saxlanılıb. Saxlanılan şəxslərin üzərində İŞİD terror təşkilatına məxsus sənədlər, məlumatlar aşkarlanıb.

Kataloniya İspaniya ilə dialoqa hazırdır

16 Oktyabr 2017 11:36

Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya məktub ünvanlayıb. Məktubda İspaniyadan Kataloniyaya qarşı təzyiqləri dayandırmaq tələb olunur.

Saakaşvili: “Ukrayna hakimiyyəti məni öldürmək istəyir”

16 Oktyabr 2017 11:08

Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili ukraynalıları oktyabrın 17-də Kiyevdə mitinqə çağırandan sonra Xarkovda korrupsiya əleyhinə keçirilən mitinqdə həyatının təhlükədə olduğunu deyib.

PKK Avropanın mərkəzində basqın həyata keçirdi

16 Oktyabr 2017 11:05

PKK terror təşkilatının üvləri Fransanın rəsmi xəbər agentliyinə basqın edib. Paytaxt Parisdə yerləşən “AFP” agentliyinin mərkəz binasına zorla daxil olan terrorçular binanın qarşısından liderləri Abdullah Öcalanın posterini asıblar.

Dəniz Baykal xəstəxanaya yerləşdirildi

16 Oktyabr 2017 10:34

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal xəstəxanaya yerləşdirilib. Onun Fransadan qayıdan zaman gecəyarısı temperaturu yüksəlib və sətəlcəmin ilk simptomları aşkar edilib.