Dünya

31 yaşlı Sebastyan Kurts Avstriyanın yeni kansleri olacaq

16 Oktyabr 2017 09:56

Avstriyada keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb. İlkin nəticələrə görə, seçkilərdə ölkənin xarici işlər naziri, 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi mühafizəkar əhval-ruhiyyəli Avstriya Xalq Partiyası (ANP) liderlik edir. Partiya lideri indi Nazirlər Kabinetinin formalaşdırılması səlahiyyətinə sahib olacaq. Bundan əlavə, qələbə Kurtsa respublikanın kansleri postunu tutmaq imkanı verəcək.

Qırğızıstanda prezident seçkiləri başa çatdı

15 Oktyabr 2017 20:09

Qırğızstanda keçirilən prezident seçkiləri yerli vaxtla 20:00-da başa çatıb. Saat 17:00-a seçicilərin 40,12%-i və yaxud 1 213 803 nəfər səs verib. Səslərin 47 faizi, yəni 486 min səs sayılıb. Qırğızıstan Mərkəzi Seçki Komissiyası bu səslərin 233 minini hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekovun qazandığını açıqlayıb.

Tillersonun Bərzaniyə məktubu üzə çıxdı

15 Oktyabr 2017 18:49

ABŞ Dövlət katibi Reks Tillersonun Şimali İraq Kürd Muxtariyyətində keçirilən 25 sentyabr müstəqillik referendumundan əvvəl Məsud Bərzaniyə məktub yazıb. Dövlət katibinin məktubunu “Blomberq” agentliyi üzə çıxarıb. Xəbərə görə, dövlət katibi M.Bərzaniyə məktubu sentyabrın 23-də göndərib.

Məşhur yazıçıdan gözlənilməz etiraf: "Biseksualam"

15 Oktyabr 2017 18:44

Məşhur türkiyəli yazıçı Elif Şafak biseksual olduğunu açıqlayıb. O, bunu etiraf etmək üçün bu vaxta qədər cəsarət tapmadığını deyib: "Biz yazıçılar hər zaman bir hekayə ardınca qaçırıq. Eyni zamanda, siyasi və mədəni tabular, səsimizi ucadan çıxara bilmədiyimiz mövzularla da maraqlanırıq. Bunlar bizim cəsarət tapıb haqqında danışa bilmədiyimiz şeylərdir. Lakin, mən həmişə cinsiz azlıqlar, qadın və LGBT haqları haqqında yazmağa çalışmışam".

Ölkədə 3 günlük matəm elan olundu

15 Oktyabr 2017 18:41

Somalinin paytaxtı Moqadişuda partlayış nəticəsində ölənlərin sayı 189-a çatıb, 200-dən çox adam yaralanıb. Partlayıcı ilə yüklənmiş yük maşını dünən paytaxtın Xodan rayonunda mehmanxana yaxınlığında partladılıb. Partlayışa görə məsuliyyəti hələ ki heç bir təşkilat üzərinə götürməyib.

İran İraq Kürdüstanı ilə quru sərhədini bağladı

15 Oktyabr 2017 11:35

İran İraq kürd muxtariyyəti ilə quru sərhədini bağlayıb. Bu barədə bazar günü “Al Mayadin” telekanalı məlumat yayıb. Tehrandan məsələ ilə bağlı rəsmi təsdiq hələlik yoxdur.

Acun açıqladı

15 Oktyabr 2017 09:32

TV 8 kanalının sahibi Acun İlıcalı “O səs Türkiyə”nin münsif kürsüsündə əyləşən müğənni Yıldız Tilbe haqqında açıqlama verib. O İnstaqram hesabında ifaçını müdafiə edib: “Son günlərdə xəbər tapmaqda çətinlik çəkən bəzi jurnalistlər Yıldız Tilbe ilə bağlı olmayan bir xəbəri gündəmə gətirməyə çalışır. Ona “O Səs Türkiyə” çəkilişlərində yaşandığı iddia edilən hadisə yalan və böhtandır. Yıldız Tilbe əcnəbi dil bilmədiyi, başqa dillərdə deyilən sözləri tam başa düşmədiyi üçün geri dönmədiyini deyib. Onun bu səmimi sözlərinin irqçiliklə nə bağlılığı ola bilər?!

Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”

15 Oktyabr 2017 09:25

Yağlı yeməklər orqanizmdə piylənməyə səbəb olmaqla yanaşı, insan beyninin fəallığını da azaldır. Bu yaxınlarda aparılan tədqiqatlar da insan beyninin qeyri-düzgün qidalanma nəticəsində intellektual və keyfiyyətli fəaliyyətini yavaş-yavaş itirdiyi təsdiq olunub. Vircinya ştatının Tibb kollecindən olan bir qrup alimin uzun müddətli araşdırmaları sona çatıb. Siçanlar üzərində aparılan tədqiqatlarda həqiqətən də qidalanma pozğunluğu və yağlı yeməklərin təsirindən beyində yaddaş genlərinin balansının pozulmasına rast gəlinib.

Qırğızıstanda prezident seçkiləri keçirilir

15 Oktyabr 2017 09:24

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir. Qırğızıstan vaxtı ilə səhər saat səkkizdə ölkə ərazisində 2 375 seçki məntəqəsi açılıb. Seçicilərin ümumi sayı 3 025 768 nəfərdir. Bunların 2 908 455-i Qırğızıstanda, 18 580 seçici isə xarici ölkələrdə səs verəcək.

Məscid yandırıldı

14 Oktyabr 2017 22:38

"Facebook"dan daha bir YENİLİK

14 Oktyabr 2017 19:45

“Facebook” yemək sifarişi qəbul etməyə başlayacaq. Sosial media nəhəngi “Facebook” ABŞ-da yemək sifarişlərinin qəbuluna başlayacaqlarını açıqlayıb. Xidmət hələ ki, yalnız ABŞ-da göstəriləcək. “Evə çatdırılma” və “restorandan al” seçimləri ilə müştəriyə xidmət edəcəklər. Həmçinin, istifadəçiləR restoranlar haqqında dostlarının rəylərini də oxuya biləcəklər. Hazırda məhdud sayda restoranlar var.