Tillersonun Bərzaniyə məktubu üzə çıxdı

ABŞ Dövlət katibi Reks Tillersonun Şimali İraq Kürd Muxtariyyətində keçirilən 25 sentyabr müstəqillik referendumundan əvvəl Məsud Bərzaniyə məktub yazıb. Dövlət katibinin məktubunu “Blomberq” agentliyi üzə çıxarıb. Xəbərə görə, dövlət katibi M.Bərzaniyə məktubu sentyabrın 23-də göndərib.

ABŞ Dövlət katibi Reks Tillersonun Şimali İraq Kürd Muxtariyyətində keçirilən 25 sentyabr müstəqillik referendumundan əvvəl Məsud Bərzaniyə məktub yazıb.

Dövlət katibinin məktubunu "Blomberq" agentliyi üzə çıxarıb. Xəbərə görə, dövlət katibi M.Bərzaniyə məktubu sentyabrın 23-də göndərib.

Məktubda Tillerson Bərzaniyə bildirir ki, İraqın baş naziri Heydər İbadi yeni və güclü müzakirə çərçivəsində alternativ təkliflər ortaya qoyur. Bu müzakirələr gündəmdəki mövzularla bağlıdır və bir ildən çox sürməməlidir. Tillerson qeyd edib ki, müzakirələrin sonunda hər iki tərəfin qarşılıqlı olaraq qəbul edəcəyi nəticəni əldə etmək olmasa və ya Bağdad tərəfindən fərqli mövqe ifadə edilsə, müstəqillik referendumuna ehtiyac duyulduğunu qəbul edərik. Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31