Dünya
ABŞ-da ölümcül virus yayılır
Kaliforniyadakı meşə yanğınlarında ölənlərin sayı 36 nəfəri keçdiyi bir vaxtda yeni bir təhlükə insanları vahiməyə salıb. Ölkənin bir çox ştatlarında "Hepatit A" virusu yayılıb. Kaliforniya, San Dieqoda fövqəladə vəziyyət elan edilib.
Deputat: "Türkiyə Qarabağa getmiş vətəndaşları haqqında hüquqi prosedur başlamalıdır"
Ukraynanın yük təyyarəsi qəzaya uğradı: ölənlər var
“Heç kim mənə əxlaq dərsi keçə bilməz!": Müğənni OD PÜSKÜRDÜ
Həyat yoldaşına xəyanət etməkdə günahlandırılan türkiyəli müğənni Gülben Ergen Seda Sayanın verilişində açıqlama yayıb. Haqqında çıxan xəbərlərə od püskürən ifaçı ilk olaraq eks-həyat yoldaşı Erhan Çelikinin avtomobilinə hücum etməsi ilə bağlı danışıb: “Belə bir açıqlama verdiyim üçün təəssüf edirəm. Hesabat vermək çox pis şeydir. İnsan haqlıdırsa, özünü müdafiə edər. Amma haqsızlıqla üzləşirsə, haqqını tələb etməlidir.
Sabiq baş nazir prezident olmaq istəyir
“Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko Ukrayanda 2019-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bu barədə “NewsOne” telekanalı məlumat verib.
Araz Ağalarovun qabırğaları sındı
Azərbaycan əsilli rusiyalı oliqarx Azar Ağalarov idmanla məşğul olarkən iki qabırğasını sındırıb. Biznesmen bu barədə Zhara TV-yə “Crocus Fitness”in təqdimat zamanı deyib.
Kraliçanın 100 milyonluq yaxtası mübahisələr doğurdu
Böyük Britaniya kraliçası II Elizabet üçün tikilməsi nəzərdə tutulan 100 milyon funt-sterlinq dəyərində yaxta mübahisələr doğurub. Daily Telegraph qəzetinin yaydığı məlumata görə, bəzi nazirlər 104 metrlik özəl yaxtanın düzəldilməsinə razılıq veriblər.
İŞİD-dən tam azad edildi
İŞİD-in Suriyadakı qeyri-rəsmi olan Rakka şəhəri terrorçulardan tam təmizlənib. Məlumata görə, son terrorçular "Suriya Demokratik Qüvvələri”nin dəstələrinə təslim olublar.
“YouTube” proqramında videonu avtomatik işə salan funksiya tətbiq ediləcək
“Google” şirkəti “YouTube” proqramında tez-tez yeni funksiyaları sınaqdan keçirir. Bu dəfə internet nəhəngi çarxların avtomatik işə salınmasını yoxlayıb. Bu haqda “Androidcentral” nəşri yazır.
“Ağıllı” üzük kimyəvi və bioloji təhlükələri aşkarlayacaq
San Dieqo Kaliforniya Universitetinin tədqiqatçıları istifadəçinin yaxınlığındakı kimyəvi və bioloji təhlükələri aşkarlayan “ağıllı” üzük yaradıblar.
Bükülən “iPhone” smartfonu təqdim ediləcək
“Apple” korporasiyası “LG” şirkəti ilə birgə bükülən “iPhone” smartfonlarının hazırlanması üzrə işə başlayıblar. Məlumata görə, “LG” şirkətində gələcək “iPhone” smartfonunun yaradılması üçün elastik OLED displeyin hazırlanması ilə məşğul olacaq mühəndislərdən ibarət ayrıca qrup yaradılıb. Eyni zamanda “LG Innotek” şirkətində elastik çap lövhəsinin hazırlanmasına məsul olan komanda yaradılıb.
Avtonom taksilər üçün yeni “NVIDIA” platforması buraxılacaq
"NVIDIA" şirkəti avtonom avtomobillərin yaradılması texnologiyası ilə bağlı yeni yanaşma təqdim edib. Şirkət mütəxəssislərinin nümayiş etdirdiyi və yarım ilə satışa çıxarılacaq "Drive PX Pegasus" platforması avtonom taksilər üçün ən yaxşı sistem olacaq.
“Microsoft” okean dibi ilə 6600 km uzunluğunda kabel çəkib
"Microsoft" şirkəti Atlantik okeanın dibi ilə "Marea" adlı internet kabelin çəkilməsi üzrə işləri başa çatdırıb. Yeni internet kabelin buraxılış qabiliyyəti saniyədə 160 Tbit təşkil edir ki, bu da adi ev internet xəttinin orta sürətindən 16 milyon dəfə çoxdur.
Robot masajçı Sinqapur klinikasında işə başlayıb
Ötən il klinik sınaqları keçirilən “Emma” (Expert Manipulative Massage Automation) robot masajçının hazırkı “Emma 3.0” versiyası Sinqapur klinikasında fəaliyyətə başlayıb.
Dördkameralı “ZTE Nubia Z17S” smartfonu rəsmən təqdim olunub
“ZTE” şirkəti çərçivəsiz ekran və dörd kamera ilə təchiz edilən yeni qabaqcıl “Nubia Z17S” smartfon modelini rəsmən təqdim edib. Qurğunun üst tərəfini tam əhatə edən displeyin diaqonalı 5,73 düym, təsvir ölçüsü “Full HD+” (2040 x 1080 piksel) təşkil edir. Smartfon müasir “Qualcomm Snapdragon 835” prosessoru əsasında işləyir və komplektləşmədən asılı olaraq 6 və ya 8 giqabaytlıq operativ yaddaş və 64 və ya 128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz olunur.

.jpg)












