Dünya
Yerişə görə insanın şəxsiyyətini təyin edən yeni texnologiya təqdim edilib
Çinli alimlər tərəfindən hazırlanmış yeni biometrik eyniləşdirmə texnologiyası insanın şəxsiyyətini onun yerişinə görə təyin edəcək. Sistemin işləməsi üçün yalnız hədəfdən 50 metr məsafədə kamera lazımdır.
Deyingən arvadından bezdi - meşədə yaşayır
Arvadı daim deyinən, donquldanan kişi nə edir? Ya çayxanaya, pivəxanaya gedir, ya da həyətə - qonşu kişilərlə söhbətləşməyə. Sonra evə dönür, "dırdır" yenə başlanır.
Yutub tarixində rekorda imza atan məşhurlar pul toplamağa başladılar
Yutub tarixində ilk dəfə 4 milyarddan çox izlənən klip olan “Despacito”nun ifaçıları Luiz Fonsi və Deddi Yanki örnək bir kampaniya başladıb. Müğənnilər “Mariya” qasırğasının yerlə yeksan etdiyi Porto Rikonun bərpası üçün yardım aksiyasına start verib. Porto Rikoda anadan olan Luiz Fonsi kiçik yaşlarında ailəsi ilə birgə ABŞ-a köçüb. Lakin o vətən sevgisini unutmayıb və ən məşhur mahnısı olan “Despacito”ya da elə Porto Rikoda klip çəkib. “Mariya” qasırğasının vurduğu zərərləri aradan qaldırmaq üçün dəstək olmağa çalışan müğənni bu barədə 5.2 milyon izləyicisi olan instaqram hesabından paylaşım edib.
İnternetlə hazır ev almaq olar
İnternetdən mal və xidmətlərin satışı üzrə ixtisaslaşan ABŞ-ın “MODs International” şirkəti hazır ev satışı sahəsində yeni xidmət təklif edib. Novate.ru saytının yazdığına görə, təklif olunan ev–konteyner rahat yaşayış üçün tam yararlıdır. Sahəsi 30 kvadratmetr olan evdə bütün zəruri kommunikasiya xətləri çəkilib.
Şok kadrlar: aktyor jurnalisti şillələdi - VİDEO
Meksikanın məşhur aktyorlarından biri, teleseriallar ulduzu Eduardo Yanyes cinayət məsuliyyətinə cəlb olunub. Səbəb onun jurnalisti vurmasıdır. Reporyorun Los-Anceles Polis Departamentinə şikayətindən sonra aktyora qarşı cinayət işi qaldırılıb.
Qadınlar tərəfindən kəşf olunan 9 alət - SİYAHI
Tanınmış ixtiraçılar barədə soruşanda əksər hallarda Tomas Edison, Aleksandr Qraham Bell, hətta Leonardo da Vinçinin adlarını sayırlar. Amma qadın ixtiraçıların adları çəkilmir.
İstanbulda naməlum şəxs məktəblilərə atəş açdı - Yaralılar var
İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib. Trend-in məlumatına görə, naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. Hadisə yerinə polis və tibbi briqada cəlb olunub. Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək stəyib. Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.
Qarabağda separatçıların "DÖYÜŞÜ" BAŞLANDI
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma DQR-in “rəhbərliyi” arasında mübarizə başlayıb. Separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanla “DQR” “prezidenti” Bako Saakyan arasında münasibətlər kəskinləşib.
60 dəqiqə ərzində Rusiya məhv ediləcək: 3 il sonra Moskvanı gözləyən DƏHŞƏTLİ SONLUQ
ABŞ Müdafiə Naizrliyi (Pentaqon) ani qlobal zərbə komplekslərinin (Prompt Global Strike, PGS) yaradılmasına başlayıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov məlumat verib.
"Rusiya olmasaydı, Suriya deyə bir ölkə qalmayacaqdı"
Rusiyanın Müdafiə Nazirliyi Suriyanın 92%-nin terrorçulardan təmizləndiyini elan edib. Məsələ barədə fikirlərini bölüşən Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının professoru Aleksandr Vavilov Rusiyanın Suriyada apardığı mübarizələrin önəmini vurğulayıb: “Suriyada böyük irəliləyişlər qeydə alındı.
Şimali Koreya yenə təhdid etdi: “Əlimiz tətikdədir”
Şimali Koreya Guam adasında ABŞ-a qarşı görüləcək ən sərt tədbirlər üçün əllərinin tətikdə olduğunu açıqlayıb. Bu barədə Şimali Koreyanın dövlət agentliyindən məlumat verilib.
General Aydəmirov: “Polonez” sistemi “İsgəndər”lə rəqabət apara bilər
“İsgəndər” operativ-taktiki raket kompleksi (OTRK) Rusiya hərbi-sənaye kompleksinin (ISK) ən böyük nailiyyəti hesab edilir. Bəzi hərbi ekspertlərin fikrincə, hədəfin məhv edilməsinin dəqiqliyinə və dağıdıcı qüvvəsinə görə bu silahların analoqları, həmçinin onlarla rəqabət aparmağa qabil olan və onun hava hücumundan müdafiə (HHM) və ya raket hücumundan müdafiə (RHM) sistemlərinin raketlərini vura biləcək silah yoxdur.
Rusiya ilə ABŞ-ı birləşdirəcək körpünün tikilməsi təklif edildi
Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski Rusiyanın Çukotka yarımadası ilə ABŞ-ın Alyaska ştatı arasında körpünün tikilməsini təklif edib.
Antarktidada 36 min pinqvin acından ölüb
Antarktidada 36 min başlıq sürüdən cəmi iki pinqvin sağ qala bilib. Okeanın çəkilməsindən sonra pinqvinlər suya çatmaq üçün uzun yol qət etməli olublar və yolda onların, demək olar ki, hamısı acından ölüb.
Ərdoğan müttəfiq dövlətlərin Türkiyəyə qarşı ikiüzlü davranışı barədə
“Türkiyəni Qərb və dünyadan təcrid üçün əllərindən gələni edənlər nahaq yerə əziyyət çəkirlər”. Bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan təşkilatın mərkəzi qərargahında partiyanın əyalət sədrlərinin genişləndirilmiş toplantısında deyib.














