Dünya

Eyfel qülləsi bağlandı - Bu dəfəki səbəb?

13 Oktyabr 2017 15:46

Parisdə Eyfel qülləsi turistlərin üçün bağlanıb. Məlumata görə, buna günorta saatlarından başlayaraq gecəyə qədər davam edəcək tətillər səbəb olub. Fransada həmkarlar ittifaqlarının etirazları artıq bir neçə həftədir davam edir. Tətillər əmək qanunvericiliyinə dəyişikliklərlə bağlıdır.

Avropaya 29 avroya gedə bilərsiz - Razılıq əldə olundu

13 Oktyabr 2017 15:35

Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib.

Avropa İttifaqının binasında kütləvi ZƏHƏRLƏNMƏ

13 Oktyabr 2017 15:34

Brüsseldə Avropa İttifaqı Şurasının binasında zəhərli tüstünün yayılması nəticəsində 10-dan çox insan zəhərlənib. Bu haqda qurumun mətbuat xidmətindən bildirilib. Öz növbəsində Belçikanın VRT telekanalı 17 nəfərin zəhərlənmə ilə xəstəxanaya yerləşdirildiyini xəbər verib.

Ruslar oktyabrın 13-də uçmağa qorxurlar

13 Oktyabr 2017 15:16

Ruslar 13 oktyabr tarixində uçmaqdan qorxurlar. Belə bir qənaətə "Momondo" turizm xidməti xüsusi sorğudan sonra gəlib. Belə ki, bu cümə gününə olan uçuşlara tələbat ötən həftə ilə müqayisədə 26 % azalıb və bunun ayın 13 olması ilə əlaqədar olduğu bildirilir.

Türkiyədə fövqəladə vəziyyət daha 3 ay müddətinə uzadıla bilər

13 Oktyabr 2017 14:41

2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddən sonra tətbiq edilmiş fövqəladə vəziyyətin müddəti yenidən uzadıla bilər. Məlumata görə, bazar ertəsi Türkiyə Parlamenti ölkə ərazisində fövqəladə vəziyyətin daha 3 ay müddətinə uzadılması barədə məsləyə baxacaq.

Acları doyurmaq üçün yemək sifariş verdi, hesab gələndə şok oldu 

13 Oktyabr 2017 14:40

Hindistanda qəribə hadisə baş verib. Axileş Kumar adlı kişi restoranda əyləşib sifariş verdiyi yeməyi gözləyirmiş. O, pəncərədən küçəyə baxanda kiçik bir oğlan uşağının yeməklərə baxaraq udqunduğunu görür. Oğlanın yanında isə ondan bir az böyük bacısı olub. Axileşin uşaqlara ürəyi yanır və onları masasına dəvət edir. Sonra baş verənlər isə onu heyrətə gətirib.

Adını Marsa göndərmək istəyənlər üçün NASA-dan JEST - TƏLƏSİN

13 Oktyabr 2017 14:30

Amerika Aviasiya və Kosmik Stansiyası (NASA) gələn il Marsa göndərməyi planlaşdırdığı “InSight” kosmik gəmisi ilə bağlı qəribə və maraqlı layihəyə imza atıb. NASA hələ 2015-ci ildə bütün dünya insanlarına müraciət edərək adını Marsa göndərmək istəyənlərin tələbini qəbul etdiyini bildirmişdi. Həmin elandan bu günə qədər 827 min insan adını Marsa göndərmək üçün NASA-ya müraciət ünvanlayıb. Daha sonra bu vakansiyanı bağladığını elan edən NASA ikinci bir çip açmaqla Marsa adını göndərmək istəyənlərə yeni şans yaradıb.

Çində lazer silah

13 Oktyabr 2017 14:02

Çin Kosmik Elm və Sənaye Təşkilatı 200 metr məsafədəki hədəfə atəş edə bilən lazer silah hazırlayıb. Olaylar bildirir ki, lazer silah heç bir səs və radiasiyaya yol vermədiyi qeyd olunur.

Məşhur Hollivud ulduzlarına təcavüz edən prodüserə cinayət işi açıldı - Coli də şikayətçi idi

13 Oktyabr 2017 14:01

Bir çox məşhur sima tərəfindən cinsi istismarda təqsirləndirilən “Oscar” mükafatlı prodüser Harvi Veynşteyn haqqında ABŞ və İngiltərə polisi istintaq işi açıb.  Nyu-York polisi prodüserin törətdiyi təcavüz hadisələrinin 2004-cü ildən başladığını bildirib. London polisi isə təcavüzün 1980-ci illərdən başlandığını iddia edib. H.Veynşteyn isə haqqında irəli sürülən ağır iddiaları qəbul etməyərək, qarşılıqlı razılaşma olmadan cinsi əlaqəyə girmədiyini deyib.

Əsgər anaları Sarkisyanı BİABIR ETDİ: “Sən haradan biləsən ki...”

13 Oktyabr 2017 13:59

Ermənistanda əsgər anaları yenidən müdafiə naziri Viqen Sarkisyana qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları övladlarının yüksək rütbəli zabitlər tərəfindən qətlə yetirildiyini və bütün bu cinayətlərin açılmadığını deyirlər. “Əgər bu illər ərzində Müdafiə Nazirliyi bizim məsələmizlə maraqlansaydı, hüquq-mühafizə orqanları və məhkəmələr övladlarımızın qətlilə bağlı cinayət işlərini açardı”, - deyə əsgər anaları bildirib.

Dəniz Baykal da AŞPA-da Azərbaycana qarşı səs verdi - FOTOFAKT

13 Oktyabr 2017 13:52

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki hesabat müzakirəyə çıxarılmış və əlavə və dəyişikliklər edildikdən sonra hər iki hesabat üzrə qətnamələr qəbul edilmişdi.

Rusiya Mərkəzi Bankı avrodan qızıla keçir

13 Oktyabr 2017 13:32

Rusiya Bankı (Mərkəzi Bank) son 10 ildə qızıl-valyuta ehtiyatlarının idarə edilməsində önəmli dəyişikliklər edib. Dəyişikliklər əsasən avro və qızıl ehtiyatlarına aid olub. Belə ki, son 10 il ərzində Rusiya Bankı ehtiyatlarında avronun payını 40%-dən 25,7%-ə endirib. Bu dövr ərzində dolların payı isə 40-49% diapazonunda dəyişib. Mərkəzi Bank bu dövrdə qızıl ehtiyatlarını 8 mlrd. ABŞ dollarından 73,6 mlrd. dollara, yəni 9 dəfədən çox artırıb. Ümimilikdə, oktyabr ayının 1-nə Rusiya Bankının idarəetməsində 424 mlrd. dollar həcmində aktivlər cəmlənib.

Təyyarə təcili eniş etdi

13 Oktyabr 2017 13:21

Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi təcili eniş etməli olub. Olaylar bildirir ki, 121 sərnişin və 6 ekipaj üzvü olan təyyarə Keniyanın Mombasa hava limanından İstanbula doğru istiqamətlənməli idi. Lakin, təyyarə səmaya qalxar – qalxmaz sərnişinlər qorxu dolu anlar yaşayıb. Belə ki, təyyarənin mühərrəklərinin birində olan problem onun təcili olaraq Mombas hava limanına eniş etməsinə səbəb olub. 

Fahriye təkliflərdən uşaq üçün imtina edir?

13 Oktyabr 2017 13:17

Türkiyəli aktrisa Fahriye Evcenin iyunda baş tutan toyundan sonra gələn bütün film və serial təkliflərindən imtina etməsinin səbəbi bəlli olub. Burak Özçivitlə ailəli olan aktrisa tezliklə ana olmaq istəyir. Elə buna görə də heç bir layihədə yer almayacaq.