Dünya
Türk deputatlarla bağlı Bakıdan açıqlama
Təəssüflə qeyd edirəm ki, Türkiyədən olan millət vəkilləri, böyük Atatürkün yaratdığı partiyanın nümayəndələri Azərbaycanın əleyhinə olan qətnamənin qəbul edilməsini dəstəkləyiblər. Bu bir daha onu göstərir ki, Türkiyənin içərisində olan bəzi qüvvələr hələ də Azərbaycan barəsində mənfi fikir yaratmağa çalışırlar.
Baş nazirə sui-qəsd cəhdi — Yəməndə ŞOK HADİSƏ
Yəmənin baş naziri Əhməd bin Dağr ölkənin Lahic şəhərinə səfər edib. Lahicdə baş nazirə sui-qəsd təşkil edilib. Əhməd bin Dağr isə yaralanmadan qurtula bilib. Naməlum şəxslər baş nazirin kortecinə Sabiha bölgəsində atəş açıblar.
Ermənistanın müdafiə xərcləri artacaq
Ermənistan müdafiə xərclərini 37 milyard drama qədər artıracaq. Bu barədə İnnovasiya və İnstitusional Araşdırmalar Mərkəzinin rəhbəri Atom Markaryan jurnalistlərlə görüşü zamanı deyib. Onun sözlərinə görə, artım ÜDM-un kontekstində təxminən 1,5 faiz təşkil edir.
Çin dağlarda tras çəkir - 13,4 milyard dollara
Çin hökuməti İbin və Pançjihua şəhərləri arasında ölkə tarixinin ən bahalı yolunun tikintisinə başlayıb. Məlumata görə, Çinin cənub-qərbindəki Sıçuan əyalətinin ərazisindən keçəcək trasın çəkilməsi 13,4 milyard dollara başa gələcək. Dağlıq ərazidən keçəcək yolun uzunluğu 450 kilometr təşkil edəcək. Hesablamalara görə, yolun hər kilometri 30 milyon dollara başa gələcək. Yolun tikintisinin başa çatacağı vaxt hələlik məlum deyil.
Rusiya ABŞ kəşfiyyatçılarını bu üsulla de-şifrə edirdi - ŞEYTANIN BELƏ AĞLINA GƏLMƏYƏN ÜSUL
Günümüzdə də davam edən Rusiya-ABŞ kəşfiyyat müharibəsinin tarixi keçmişə dayanır. Bu savaşın ən qzığın dövrlərindən biri isə II Dünya müharibəsindən sonra başlanan “soyuq müharibə” vaxtı idi. Amerikalılar rus adı altında Moskvada, ruslarsa amerikalı adı altında Vaşinqtonda sözün həqiqi mənasında “yeraltı döyüş” aparırdı. Amma tarixi mənbələr Rusiyanın ABŞ casuslarını daha çox de-şifrə etdiyini yazır. Bunun səbəbi isə olduqca sadə və maraqlıdır.
“Kara Sevda”nın Nihanı 2500 qadın üçün Bakıya GƏLİR - AÇIQLAMA
“Kara Sevda” serialında Nihan rolu ilə Azərbaycanda sevilən türkiyəli aktrisa Neslihan Atagül Bakıya gələcək. Məlumata görə, onun gəliş səbəbi “Altın Kelebek Ödülleri” çərçivəsində siması olduğu şampun firmasının təşkil etdiyi gecədir. Bu barədə məlumatı tədbirin mətbuat xidməti verib: “Elektra Evenets Hallda 3 noyabr gecəsi baş tutacaq tədbirdə 2500 qadının iştirakı gözlənilir.
Sarkisyandan Qarabağla bağlı HİYLƏGƏR OYUN: 2018-ci ilin aprelinə kimi...
Azərbaycan və Ermənistan prezidentlərinin MDB dövlət başçılarının Soçidə keçirilən sammiti çərçivəsində görüşü olmadı. Hərçənd, görüş öncəsi bu haqda ehtimallar səsləndirilirdi.
“O Səs Türkiyə” münsifləri arasında QIRĞIN - ÇƏKİLİŞLƏR LƏĞV OLUNDU
“O Səs Türkiyə”nin münsifləri Yıldız Tilbe ilə Gökhan Özoğuz mübahisə edib. Dünən Yıldız Tilbe ilə Gökhan Özoğuz arasında “O Səs Türkiyə” çəkilişlərində böyük qalmaqal yaşanıb. Bu səbəbdən də çəkilişlər yarımçıq qalıb. Bu ildən etibarən “O Səs Türkiyə” də münsif heyətinə daxil olan müğənni iştirakçılar arasında irqçi-ayrıseçkilik edib. Onun bu hərəkəti Gökhan Özoğuzun xoşuna gəlməyib. Elə bu səbəbdən də müğənnilər arasında ilk ciddi mübahisə yaşanıb.
Avstraliyada 3 nəfər paraşütün qurbanı olub
Avstraliyanın şimal-şərqində Kvinlend ştatında üç nəfər paraşütlə tullanma zamanı həlak olub. Məlumata görə, hadisə Mişen Biç yaşayış məntəqəsində baş verib. Belə ki, paraşütlə tullananlardan biri yerli sakinlərdən birinin yaşayış ərazisinə, digər ikisi isə ağacların üstünə düşüb.
Hava limanında anakonda dərisi ilə tutuldu
İstanbulda hava limanında tekstil sənayesində istifadə olunan ilan və timsah dərisi aşkar edilib. Məlumata görə, Sinqapurdan İstanbula gələn sərnişinlərdən biri özünü şübhəli apardığı üçün Atatürk hava limanının əməkdaşları həmin şəxsin üzərinə baxış keçiriblər. Baxış zamanı iki çantadan dəyəri 120 min lirə olan 99 ilan, o cümlədən anakonda dərisi və 3 timsah dərisi tapılıb. Qaçaqmalçıların ilan dərilərini Malayziyadan gətirdiyi bildirilir.
Avropa Məhkəməsi hərbi xidmətə görə Ermənistanı cərimələdi
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanda "Yehova Şahidləri"nin hüquqlarının pozulmasına görə İrəvan hakimiyyətini 12 min avro cərimələyib. 2011-ci ilin dekabrın 6-da Artur Adyan, Qaregin Avetisyan, Harutyun Xaçatryan və Vahan Markaryan Avropakonvensiyasının insan hüquqlarının müdafiəsi və əsas azadlıqların 34-cü maddəsinə uyğun olaraq Avropa Məhkəməsində Ermənistana qarşı iddia qaldırıblar.
Sarkisyan Soçidə kriminal avtoritetlərlə görüşüb
Ermənistan prezidenti Serj Sarkisyanı Rusiyanın Soçi şəhərinə səfəri zamanı kriminal avtoritetlər qarşılayıb. Soçi hava limanında Sarkisyanı qarşılayanlar arasında məşhur avtoritet, iş adamı “Robson” ləqəbli Ruben Tatulyan da olub. Ruben cinayətkar aləmdə nüfuzlu şəxslərdən biridir. Məlumata görə, “Robson” Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hayrapetyanın yaxın adamıdır və o, Ermənistana tez-tez səfər edir. Ermənistandakı yüksək vəzifəli şəxslər və oliqarxlar onunla tanışlığa can atırlar.
Vyetnamda güclü daşqın - 54 nəfər həlak oldu
Vyetnamda güclü yağış daşqınlara səbəb olub. Olaylar bildirir ki, daşqın və torpaq sürüşməsi səbəbi ilə 54 nəfər həlak olub, 39 nəfər itgin düşüb, 31 nəfər ağır yaralanıb. İtgin düşən insanların axtarışında 580 polis və 2 mindən çox vətəndaş iştirak edir.
115 nəfər həbs edildi
İstanbulun 15 mərkəzi ərazilərində 124 ünvanda eyni vaxtda FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. Olaylar bildirir ki, aparılan əməliyyat zamanı 115 nəfər saxlanılıb. Saxlanılan şəxslər terroru dəstəklədiklərindən, dini fırıldaqçılıqda, vergiden yayınmaqda ittiham olunurlar.
İsveçdə silahlı hücum
İsveçin Trelleborg şəhərinin mərkəzində silah səsləri eşidilib. Olaylar bildirir ki, silahlıların açdığı atəş nəticəsində 4 nəfər ağır yaralanıb. Hadisə şahidləri cinayətkarın 6 dəfə atəş açdığını bildiriblər.














