Dünya

NATO Türkiyənin Rusiyadan "S-400" almasından narahtdır

13 Oktyabr 2017 11:48

Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb. Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.   "Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır", - deyə Key Beyli Xatçison "Washington Post" nəşrinə müsahibəsində bildirib.  

Gürcüstan etiraz etdi, İrəvan səfir namizədini dəyişdi

13 Oktyabr 2017 11:38

Gürcüstan hakimiyyəti Ermənistanın bu ölkəyə təyin edəcəyi səfirlə bağlı İrəvanla razılığa gəlib. Səfir vəzifəsinə Ermənistan parlamentinin sabiq deputatı Ruben Sadoyan təyin ediləcək.  Onun keçmiş nəqliyyat və kommunikasiya naziri Qaqik Beklaryanın namizədi olduğu bildirilir. 

Türkiyə ordusu İdlibə girdi - Qanlı döyüşlər başlayır

13 Oktyabr 2017 11:35

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib şəhərinə daxil olub.  Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilib ki, əməliyyatlar "Azad Suriya Ordusu" ilə birgə aparılacaq. Əməliyyat Suriyanın şimal-qərb hissəsində təhlükəsizlik rejiminə əməl olunması üzrə nəzarət zonasının yaradılması məqsədilə həyata keçirilir.

Tramp yeni qərar imzaladı- SİSTEM DƏYİŞİR

13 Oktyabr 2017 11:27

ABŞ Prezidenti Donald Tramp, nəhayət ki, keçmiş prezident Barak Obamanın səhiyyə sistemini əvəz etmək üçün yeni addım atıb. Prezident “Obamacare” sisteminə alternativlər tapmaq üçün qərar imzalayıb.

"Muratla görüşmərəm" - Keçmiş sevgilisi

13 Oktyabr 2017 11:01

Ekin Türkmen keçmiş sevgilisi, müğənni Murat Dalkılıçla yenidən görüşdükləri, hətta müğənnidən bir film üçün təklif aldığı iddialarına aydınlıq gətirib. 

Futbolçu ölkə prezidenti seçildi

13 Oktyabr 2017 09:30

Əfsanəvi futbolçu Corc Vea ölkəsinin başçısı seçilib. “Milan”ın sabiq hücumçusu Liberiyada keçirilən prezident seçkisində rəqibini qabaqlayıb. O, seçki prosesində əsas rəqibi Joze Bokaya qalib gəlməyi bacarıb. 1987-2003-cü illərdə Liberiya millisində 60 oyunda 22 qola imza atan keçmiş forvard karyerası ərzində “Milan”la yanaşı, “Monako”, PSJ, “Çelsi”, “Mançester Siti” və “Marsel” klublarının da formasını geyinib.

Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıdı

13 Oktyabr 2017 09:28

Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb. Bu barədə oktyabrın 12-də Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb. Səfirliyin məlumatında bildirilib ki, respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə keçməsi barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır:

BMT - nin xoşməramlı səfiri təyin olundu

13 Oktyabr 2017 09:26

"Eurovision 2016" mahnı müsabiqəsinin ukraynalı qalibi Camalaya vəzifə verilib. Köləliyə qarşı mübarizə kampaniysında iştirak edəcəyi deyilən gənc müğənni Camala Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya komitəsinin xoşməramlı səfiri təyin edilib.

Daha bir ölkə YUNESKO-dan ayrılır

13 Oktyabr 2017 09:23

İsrailin baş naziri Binyamin Netanyahu XİN-ə ölkənin ABŞ-la birlikdə YUNESKO-dan çıxmasına dair göstəriş verib. Bu barədə məlumatı İsrail hökumətinin rəsmiləri  yayıb.

Seçkilərin 4-cü turu da nəticəsiz qaldı

13 Oktyabr 2017 09:21

Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin 4-cü turu da nəticə verməyib. Namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb. Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq.

ABŞ öz hökmranlığı üçün... - Dünya 100 il əvvələ QAYIDIR

12 Oktyabr 2017 20:00

Rusiya və ABŞ-ın münasibətləri bu gün o qədər aşağı səviyyəyə enib ki, çoxlar yeni Karib böhranı haqqında danışmağa başlayıblar. Bu fikirlər “Rusiya bu gün” beynəlxalq informasiya agentliyinin təşkil etdiyi “Karib böhranı və müasir reallıqlar” dəyirmi masasında ifadə edilib.

200 dollarlıq avtonom işləyən virtual reallıq şlemi təqdim ediləcək

12 Oktyabr 2017 19:50

“Facebook” sosial şəbəkəsinə məxsus olan “Oculus” şirkəti kompüterə qoşulma və ya smartfondan istifadə tələb etməyən yeni virtual reallıq şlemini təqdim edib. Bu haqda şirkətin bloqunda məlumat dərc edilib.

9 yaşlı qız atasının hazırladığı piroqu yedikdən sonra öldü

12 Oktyabr 2017 19:41

İngiltərədə 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqu yeyib. Qəflətən uşağın vəziyyəti pisləşib və dünyasını dəyişib. Hadisə Londonun şimalındakı Harrou rayonunda baş verib. 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqdan bir dilim yeyib və halı pisləşib. Uşağı təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. 5 gündən sonra isə Nainika dünyasını dəyişib.

“Microsoft Outlook” proqramında aşkar edilmiş boşluq məlumat itkisinə səbəb olur

12 Oktyabr 2017 19:32

“Microsoft Outlook” proqramı vasitəsilə göndərilmiş və “S/MIME” standartı üzrə şifrlənmiş elektron məktubların tərkibi poçt müştərisindəki boşluq səbəbindən təhlükə altındadır. “SEC Consult” şirkətinin təhlükəsizlik mütəxəssisləri cari ilin oktyabrında sözügedən boşluğu aşkar ediblər.