Dünya
Kvant hesablamalar sahəsində böyük irəliləyişə nail olunub
“Intel” şirkəti kvant hesablamalarının reallaşdırılmasına böyük töhfə verərək materialşünaslıq və istehsal prosesləri üzrə qabaqcıl üsulların tətbiqi ilə hazırlanan yüksək ötürücülüyə malik çip təqdim edib.
“Amazon” şirkəti sukeçirməz bukrider təqdim edib
“Amazon” şirkəti “Kindle” seriyasının 10 illiyi münasibətilə ilk sukeçirməz bukriderini təqdim edib. “Kindle Oasis” adlı yeni qurğu “IPX8” müdafiə sisteminə malikdir ki, bu da qurğunu 1 metr dərinliyində suda 30 dəqiqə saxlamağa imkan verir.
Portretlərin canlandırılması üçün alqoritm yaradılıb
Tel-Əviv Universitetindən olan alimlər qrupu ilə “Facebook” sosial şəbəkəsinin nümayəndələri tərəfindən hazırlanmış alqoritm şəkil və insan portretlərini canlandırmağa imkan verir.
“OUKITEL K8000” smartfonu böyük akkumulyator tutumu ilə təchiz ediləcək
“OUKITEL” şirkəti smartfon üçün 10 min milliamper/saat tutumunun çox olması qərarına gələrək “К10000” modelinin buraxılışından sonra nisbətən az tutuma malik qurğu buraxmağa hazırlaşır. Belə ki, “OUKITEL К8000” adlanacaq yeni smartfonun akkumulyator tutumu 8 min milliamper/saat təşkil edəcək.
Yeni “Honor WaterPlay” planşeti sukeçirməz olacaq
"Honor" şirkəti "WaterPlay" planşet kompüterini təqdim edib. Modelin əsas xüsusiyyətlərindən biri onun suyadavamlı olmasındadır. Qurğu "IP67" standartına uyğun hazırlanıb ki, bu da hətta 1 metrədək suyun dərinliyində yarım saatdan çox qaldıqdan sonra işləmək imkanına zəmanət verir. Lakin 10,1 düym diaqonallı planşetin müsbət cəhətləri bununla məhdudlaşmır. Məsələn, qurğu, həmçinin fərdi məlumatların mühafizəsi üçün barmaq izi skaneri ilə təchiz edilib.
"Kənan" ərindən boşanan qadını internetdə aldatdı - Pulunu, telefonunu aldı
Türkiyənin Bursa şəhərində bir bankda çalışan 39 yaşlı Şule N. internetdə tanış olduğu özünü Kənan Çələbi kimi təqdim edən saxta mayor tərəfindən aldadılıb. Şule N. həm pulunu, həm də işini itirərkən fırıldaqçı olduğu məlum olan Fatih Ö. saxlanılaraq həbs edilib.
16 yaşlı qohumunu qaçıran oğlanın özünü "qaçırdılar" - Qızın qardaşının qisası ağır oldu
Ankaranın Kahramankazan qəsəbəsindəki xəstəxanada silahlı qarşıdurma baş verib. Kahramankazanda 25 yaşlı Ömer Doğan 16 yaşlı qohumu R.D.-ni qaçırarkən güllə yağışına tutulublar. Belə ki, onları təqdib edən qızın qardaşının atəş açması nəticəsində maşını idarə edən 40 yaşlı Ekrem Genç dünyasını dəyişib.
Amerikaya məxsus helikopter qəzaya uğradı
ABŞ- ın Şimali Koreya yaxınlığında keçirilən Hərbi -Dəniz təlimləri zamanı bir Amerikan helikopteri qəzaya uğrayıb. Helikopterin Yaponiya sahilləri yaxınlığında dənizə düşdüyü bildirilir.
ABŞ UNESCO-nu tərk edir
ABŞ hakimiyyəti UNESCO üzvlüyündən çıxmaq haqqında qərar qəbul edib. "Haber7" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumata görə, 2011-ci ildə Fələstin UNESCO-ya üzv qəbul edildikdən sonra ABŞ və İsrail buna qarşı çıxıblar. Birləşmiş Ştatların bu təşkilata borcu 500 milyon dollara çatıb.
O xəritə Rusiyanın sifarişidir” - Türk mediasından şok iddia
Ötən həftə ölkə gündəmini zəbt edən "Azərbaycan tarixi" dərsliyindəki səhv Türkiyə mediasında da işıqlandırılıb. Bu barədə yazan "Sözcü" qəzeti qalmaqallı iddia irəli sürüb. Nəşr sözügedən məsələnin arxasında Rusiyanın dayandığını yazır. Xəbərdə qeyd edilir ki, bu haqda Azərbycandakı mənbələr danışıblar. Onlar iddia edib ki, dərslik və oradakı xəritə Rusiya tərəfindən sifarişlə hazırlanıb.
9 yaşlı qız atasının hazırladığı piroqu yedikdən sonra öldü — ŞOK HADİSƏ
İngiltərədə 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqu yeyib. Qəflətən uşağın vəziyyəti pisləşib və dünyasını dəyişib.
Putin 11-ci qubernatoru da işdən çıxardı
Rusiya prezidenti Vladimir Putin Pskov vilayətinin qubernatoru Andrey Turçakı tutduğu vəzifədən azad edib. Bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Məlumata əsasən Turçak öz istəyi ilə vəzifədən gedib. Müvəqqəti olaraq vilayətə Mİxail Vedernikov rəhbərlik edəcək.
ABŞ Müdafiə Departamentinin rəsmisi Azərbaycanda səfərdədir
ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper Azərbaycanda səfərdədir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər zamanı bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.
Ərdoğan: "ABŞ-da bir qrup yeni hakimiyyətlə Türkiyənin arasını pozmaq istəyir"
“Şimali İraqda PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlarda ələ keçirilən silahlar ABŞ və Rusiya silahlarıdır”. Məlumata görə , bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan valilər toplantısında çıxışında deyib.
İspaniya qırıcısı paradda qəzaya uğrayıb
İspaniyanın milli bayramı münasibətilə keçirilən paradda iştirak edən "Eurofighter" qırıcısı Lyanos aviabazasında qəzaya uğrayıb. Məlumata görə, qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Eləcə də qırıcının ekipajının taleyi hələ məlum deyil. İnsidentlə bağlı detallar dəqiqləşdirilir.














