Dünya

“Antarktidada Azərbaycan böyüklükdə dəlik” - təhqiramiz MANŞET

12 Oktyabr 2017 14:26

Dünyaca məşhur "Sputnik" xəbər agentliyinin türkcə bölməsi Antarktidada meydana gələn dəliyin böyüklüyü ilə bağlı maraqlı müqayisəylə diqqət çəkib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür" - Rus general

12 Oktyabr 2017 14:24

Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür.  Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.

İngiltərədən sərt bəyanat: "Kataloniyadakı müstəqillik cəhdi tanınmayacaq"

12 Oktyabr 2017 14:18

Böyük Britaniyanın Avropa üzrə naziri Dunkan yeni açıqlama verib. Dunkan Kataloniyadakı müstəqillik referendumunun qeyri-qanuni olduğunu bildirib. İngiltərəli nazir deyib: "Bu referendum qeyri-qanuni idi və hüququn üstünlüyünü şübhə altına alan bir cəhd idi. Bu səbəbdən heç bir müstəqillik elanını tanımayacağıq".

Ermənistanda mətbuata təzyiqlər artıb

12 Oktyabr 2017 14:17

Ermənistanda on gün ərzində iki jurnalistə hücum edilib. Bu barədə Ermənistan Jurnalist Təşkilatları bəyanat yayıb.

Erməni oliqarx əsgərlərin hesabına varlanır

12 Oktyabr 2017 14:15

Ermənistanın “Vivacell- MTS” şirkətinin baş direktoru Ralf Yerikyan, şair Razmik Davoyan, kinorejisor Artavazd Peleşyan və televiziya aparıcısı Nara Şlemçyana İrəvanın fəxri vətəndaşı adının verilməsi nəzərdə tutulub.

"Metsamor-1" stansiyası 40 ilə söküləcək

12 Oktyabr 2017 14:13

Ermənistanın "Metsamor-1" stansiyasının işləməyən enerji blokunun sökülməsinə azı 40 il vaxt lazımdır. Bu məsələ enerji blokunun sökülməsi strategiyasına daxil edilib və qanun layihəsi Ermənistan hökumətinin bu gün keçirilən iclasında təsdiqlənib.

Rusiyada kütləvi zəhərlənmə - Məktəb yeməkxanasında

12 Oktyabr 2017 14:11

Rusiyanın Maqadan vilayətində uşaqların məktəb yeməkxanasında zəhərlənməsi faktı qeydə alınıb. Məlumata görə, Maqadan vilayət Səhiyyə İdarəsi artıq zəhərlənmə faktı qeydə alınan 30 saylı məktəbdə yoxlamaya başlayıb.

Putin İrana gedir

12 Oktyabr 2017 14:10

Rusiya prezidenti Valdimir Putinin İrana səfəri planlaşdırılır. Məlumta görə, bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Yuriy Uşakov deyib. O, səfərin dəqiqi tarixi barədə açıqlama verməyib.

Bozdağ: Türkiyənin təhlükəsizliyini hərbi yolla təmin etmək hüququ var

12 Oktyabr 2017 14:08

Türkiyə öz təhlükəsizliyini təmin etmək məqsədilə Suriyanın İdlib şəhərində hərbi əməliyyat hüququna malikdir. Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavin Bəkir Bozdağ deyib. Baş nazir müavininin sözlərinə görə, İdlibdə hərbi əməliyyat beynəlxalq hüquqa zidd deyil.

ABŞ YUNESKO-dan çıxır: Vergiyə və İsrailə görə

12 Oktyabr 2017 14:05

"ABŞ rəsmən YUNESKO-dan çıxmağa hazırlaşır. Hökumətin niyyəti bu qurumun tərkibində yalnız müşahidəçi kimi qalmaqdır". Bu barədə ABŞ-ın "Foreign Policy" nəşri yazıb. Məlumata görə, rəsmi Vaşinqton quruma ödənilən yüksək məbləğdə üzvlük haqqına və İsrail əleyhinə qəbul edilən qətnamələrə etiraz olaraq üzvlükdən çıxacağını bəyan etmək niyyətindədir.

Moskva cavab addımları atacaq - Bayraq BÖHRANI - VİDEO

12 Oktyabr 2017 14:03

Rusiya diplomatik mülkiyyəti barəsində Vaşinqtonun hərəkətlərinə cavab veriləcək. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Rusiya diplomatik mülkiyyəti olan binaların üstündən Rusiya bayraqlarının götürülməsi Moskva tərəfindən təhqir kimi qiymətləndirilir. “Artıq ABŞ-a qətiyyətli şəkildə etirazı bildirilib.

Qardaş ölkə ABŞ-ın “böyük oyunu”nu 4 hücumla alt-üst edəcək - Hərbi planın DETALLARI

12 Oktyabr 2017 14:02

Türkiyə cənub sərhədlərində ABŞ-ın dəstəyi ilə PKK/PYD terror təşkilatının qurmaq istədiyi “terror dəhlizi”ni dörd mərhələli əməliyyatla yerlə bir edəcək. Türkiyənin İraq və Suriyanın şimalında “terror dəhlizi” oyununa qarşı tətbiq edəcəyi uzunmüddətli hərbi planının detalları ortaya çıxıb.

Kremlin əsas müttəfiqi əlindən alınır

12 Oktyabr 2017 14:00

Avropa İttifaqının rəhbərliyi Belarus lideri Aleksandr Lukaşenkonu “Şərq tərəfdaşlığı” sammitinə dəvət edib. Bu haqda “EU Observer” nəşri yazıb. Lukaşenko dəvəti qəbul edərsə, bu, onun Avropa İttifaqının paytaxtı Brüsselə birinci səfəri olacaq. Nəşr qeyd edir ki, Lukaşenkonun 23 illik hakimiyyəti müxalifət liderlərinin qətlləri və təqibləri, “seçkilərin saxtalaşdırması” və dinc nümayişlərinin dağıdılması ilə qeydə alınıb.

Metroda qumbara həyəcanı

12 Oktyabr 2017 13:59

Rusiyanın Sankt-Peterburq şəhərində metroda qumbara daşıyan şəxs saxlanılıb. Metroda yoxlama zamanı 42 yaşlı Belarus vətəndaşının çantasında qumbara olduğu aşkarlanıb. Buna görə stansiyanın fəaliyyəti 20 dəqiqə dayandırılıb. Stansiyadakı insanlar təcili çölə çıxardılıblar.

Saakaşvili bu tarixdə öldürülə bilər - ŞOK İDDİA

12 Oktyabr 2017 13:58

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də öldürülə bilər. Krım tatar televiziyası ATR-in baş direktor müavini Ayder Mujdabayev feysbuk səhifəsində yazıb. “Saakaşvilini qətl gözləyir. Ola bilər ki, bu, oktyabrın 17-də baş versin. Onu Rusiya QRU-sunun (Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsi - red) agentləri izləyir və Moskvadan əmr olacağı halda öz işlərini görəcəklər.