Dünya
4 yaşlı nəvə babanı güllələdi - VİDEO
ABŞ-ın Şimali Karolina şatında 4 yaşlı oğlan tüfəngdən babasının üzünə atəş açıb. Baba olay yerində həlak olub. Elizabet Siti şəhərinin sakini, 57 yaşlı Denni Patriknəvəsi ilə birlikdə gəzintiyə yollanmışdı. D.Petrik meşəlikdə ov tüfəngndən atəş açırdı. Nəvə də maşında tüfəngi götürüb və babasına atəş açıb. Bir qədər sonra uşaq evə qayıdıb, qonşulara "Baba ölüb!" deyib.
Türkiyənin tanınmış müğənnisi öldü
Türkiyənin tanınmış müğənnisi Semra İnanç dünyasını dəyişib. İfaçı müalicə olunduğu xəstəxanada vəfat edib. Semra İnanç günorta namazından sonra torpağa tapşırılacaq.
Mahmud Abbas son 10 ildə ilk dəfə Qəzzaya gedəcək
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ay ərzində Qəzza sektoruna gedəcək. Məlumata görə, bu, Fələstin liderinin son 10 ildə anklava ilk səfəri olacaq.
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
Bu gün saat 9 radələrində “2012 TS4” asteroidi Yerə ən yaxın - 43 min km məsafədən keçdi. Bu, Yerlə Ay arasındakı məsafədən 10 dəfəyə qədər az idi. Bunu açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib. O bildirib ki, asteroidin sürəti saatda 28 min kilometr, yəni 1 saniyədə 7.6 km sürətlə hərəkət etdirdi. Uzunluğu 40 metr, diametri 10 metr idi.
İndoneziyada vulkan püskürdü
İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı püskürüb. Məlumata görə, bu gün səhər saatlarında vulkan 2 km hündürlüyə kül püskürüb.Təbiət hadisəsi nəticəsində zərərçəkən olmayıb. Bəzi yerlərdə təxliyə işləri aparılır. Vulkanın ötən gün də püskürdüyü bildirilir.
30 arvadı olan səhra komandiri öldürüldü - VİDEO
Rusiyanın “Ulduz” telekanalı səhra komandirinin cəsədinin nümayiş etdirildiyi eksklüziv kadrları dərc edib. Məlumata görə, Abu Bakr Ömər bir neçə il İraq həbsxanasında olub.
Gözəllik müsabiqəsinin qalibi anidən öldü - Məşhur seriala çəkilirdi
1997-ci ildə Uels gözəli seçilən, "Coronation Street" serialına çəkilən aktrisa Melanie Hughes ( Melani Hyuuz ) bazar günü vəfat edib. O, 38 yaşında dünyasını dəyişib.
Vyetnamı sel "yuyur" - 48 ölü, itənlər var
Vyetnamın mərkəzi və şimal rayonlarında aramsız yağışlar sürüşməyə və daşqınlara səbəb olub. Nəticədə ölənlərin sayı 48 nəfərə çatıb, daha 22 nəfərin taleyi məlum deyil.
Rusiyada 10-dan çox iş adamının qətlində FTX əməkdaşlarının adı hallanır
Rusiya İstintaq Komitəsi yerli sahibkarların ölümündə təqsirli bilinən Federal Təhlükəsizlik Xidmətinin (FTX) Tümen vilayəti üzrə idarəsinin keçmiş əməkdaşları ilə bağlı məsələni araşdırır.
Türkiyə İraq sərhədinə zirehli tanklar göndərdi - GƏRGİNLİK DAVAM EDİR
İraq-Türkiyə sərhədindəki Habur sərhəd qapısına çox sayda zirehli avtomobil və piyadadaşıyanlar, həmçinin və tanklar göndərilib. Türkiyədən gələn hərbi karvan gecə saatlarında Silopi bölgəsindəki Tank Taburuna yerləşdirilib. Tanklar sərhəd bölgəsində təhlükəsizliyi gücləndirmək və hərbi dəstələrə yardım məqsədilə sərhəd xəttinə göndəriləcək.
Rusiya Ermənistana 100 milyon dollarlıq yeni silah krediti verəcək
Rusiya Ermənistana müasir silahlar və hərbi texnikanın alınması məqsədi ilə 100 milyon dollarlıq yeni kredit verəcək. Kredit razılaşmasının təsdiqi məsələsi bu gün Ermənistan hökumətinin iclasında müzakirə ediləcək.
250 min əsgər qarşı-qarşıya - Bölgənin taleyini həll edəcək MÜHARİBƏ BAŞLAYIR
İraq ordusu Şimali İraq kürd muxtariyyətinin nəzarəti altında olan Dayrabun və Bacid bölgələrində əməliyyata hazırlaşır. Haviceyi İŞİD-dən təmizləyən 50 minlik İraq ordusu Ərbilin nəzarətindəki Mosul, Kərkük, Diyala, Dayrabun və Bacidə yönəlib.
Yəhudilərin layihəsi sıradan çıxarılır: Türkiyənin “tək qapı” HƏMLƏSİ
Şimali İraq kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan Bağdad və Ankara Ərbilə qarşı ardıcıl addımlar atır. Bu addımlardan biri də kürd muxtariyyətinə birbaşa açılan Habur sərhər keçid məntəqəsinin Ovaköy sərhəd-keçid məntəqəsi ilə əvəzlənməsidir. Bununla da, İraq və Türkiyə arasında ticarətdə kürd muxtariyyəti “ofsayd”a salınır.
Viza böhranı ilə əlaqədar Ankaradan AÇIQLAMA
Ankara və Vaşinqton viza böhranının həll edilməsi üçün birlikdə çalışacaq. Bu haqda Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyətləri qarşıdakı günlərdə görüşərək mövzunu müzakirə edəcəklər.
İŞİD Dəməşqdəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror qruplaşması Dəməşqdə çərşənbə günü baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə ərəb KİV-ləri məlumat yayıb.














