Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıdı
Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb. Bu barədə oktyabrın 12-də Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb. Səfirliyin məlumatında bildirilib ki, respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə keçməsi barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır:
13 Oktyabr 2017 09:28 DünyaKoreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb.
Bu barədə oktyabrın 12-də Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.
Səfirliyin məlumatında bildirilib ki, respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə keçməsi barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır:
"KXDR hesab edir ki, ümumxalq səsvermə beynəlxalq normalara uyğun keçirilib. Rəsmi Pxenyan bu məsələ ilə bağlı öz mövqeyini BMT-də səsvermə zamanı bildirib". A24.Az