Deyingən arvadından bezdi - meşədə yaşayır
Arvadı daim deyinən, donquldanan kişi nə edir? Ya çayxanaya, pivəxanaya gedir, ya da həyətə - qonşu kişilərlə söhbətləşməyə. Sonra evə dönür, "dırdır" yenə başlanır.
13 Oktyabr 2017 19:10 DünyaArvadı daim deyinən, donquldanan kişi nə edir? Ya çayxanaya, pivəxanaya gedir, ya da həyətə - qonşu kişilərlə söhbətləşməyə. Sonra evə dönür, "dırdır" yenə başlanır.
Qapalı dairə.
Britaniyalı Malkolm Epplqeyt isə evdəki vəziyyət dözülməz səviyyəyə çatanda bir qədər irəli gedib.
O, meşəyə yollanıb.
Milli.Az Unilad-a istinadən bildirir ki, İngiltərənin Birmingem şəhərinin sakini, 62 yaşlı M.Epplqeyt arvadının deyingənliyinə dözməyərək London yaxınlığındakı Qrinviçə, sıx meşəliyə yollanıb. "Səyahət" üç həftə davam edib, çünki Oksfordda onun velosipedini oğurlamışdılar.
"Evlənənə qədər bəxtəvərdim. Farnboroda tam 25 il bağban işlədim, normal yaşadım. İşimi sevirəm. Bağda çalışmağın vurğunuyam. Amma evlənəndən sonra həyatım pisləşdi. Bağda işləməyə çox vaxt ayırdığım üçün arvadım hirsləndi. O, evdə çox oturmadığıma görə sinirlənirdi, deyinirdi. Nikahımı qorumaq üçün xeyli çalışdım. Amma alınmadı. Kimsəyə söz demədən evi tərk etdim. Onlar üçün tam 10 il itkin düşdüm", - Malkolm deyib.
O, üç nəfərlə birlikdə kempinqdə yaşayıb. Gecələr meşədə gizlənir, səhər açılanda isə bağa, işləməyə yollanırdı.
İndi o, evsizlər üçün sığınacaq olan "Emmaus Greenwich"də yaşayır. Malkolm uzun müddət meşəni tərk etmək istəməsə də, sığınacağın əməkdaşları sonucda onu dilə tutublar.
Malkolm həyatından çox razıdır.
"Mənə ikinci şans verdilər. Həyatımdan razıyam. Burada əla otağım var, aktiv sosial həyat yaşayıram", - M.Epplqeyt söyləyib.