Yerişə görə insanın şəxsiyyətini təyin edən yeni texnologiya təqdim edilib

Çinli alimlər tərəfindən hazırlanmış yeni biometrik eyniləşdirmə texnologiyası insanın şəxsiyyətini onun yerişinə görə təyin edəcək. Sistemin işləməsi üçün yalnız hədəfdən 50 metr məsafədə kamera lazımdır.

Çinli alimlər tərəfindən hazırlanmış yeni biometrik eyniləşdirmə texnologiyası insanın şəxsiyyətini onun yerişinə görə təyin edəcək. Sistemin işləməsi üçün yalnız hədəfdən 50 metr məsafədə kamera lazımdır. Yeni texnologiya hərəkətin ritmi, sürəti və başqa xüsusiyyətləri daxil olmaqla unikal yeriş "təsvir"inə əsaslanır. Çin Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Avtomatlaşdırma İnstitutunun elmi işçisi deyib ki, yeni texnologiya gözün qüzehi qişasının skanerləri ilə müqayisədə dəfələrlə sürətli işləyir.

Tanıma sürəti 200 milli-saniyəyə (insanın göz qırpmağı 300-400 ms təşkil edir) bərabərdir. Alimin sözlərinə görə, alqoritm 1000 kv metr sahədə 1000-dək insanı tanımaq qabiliyyətinə malikdir. Biometrik eyniləşdirmə sistemləri Çində hər yerdə tətbiq olunur. Ölkənin 4 şəhərində dörd yol ağızlarında qurulmuş kameralar küçə hərəkəti qaydalarını pozan piyadaları müəyyənləşdirir, Pekin ictimai parkında tualet kağızını oğurlayan şəxslərlə mübarizə aparmağa kömək edir. "ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31