Bükülən “iPhone” smartfonu təqdim ediləcək

“Apple” korporasiyası “LG” şirkəti ilə birgə bükülən “iPhone” smartfonlarının hazırlanması üzrə işə başlayıblar. Məlumata görə, “LG” şirkətində gələcək “iPhone” smartfonunun yaradılması üçün elastik OLED displeyin hazırlanması ilə məşğul olacaq mühəndislərdən ibarət ayrıca qrup yaradılıb. Eyni zamanda “LG Innotek” şirkətində elastik çap lövhəsinin hazırlanmasına məsul olan komanda yaradılıb.

"Apple" korporasiyası "LG" şirkəti ilə birgə bükülən "iPhone" smartfonlarının hazırlanması üzrə işə başlayıblar. Məlumata görə, "LG" şirkətində gələcək "iPhone" smartfonunun yaradılması üçün elastik OLED displeyin hazırlanması ilə məşğul olacaq mühəndislərdən ibarət ayrıca qrup yaradılıb. Eyni zamanda "LG Innotek" şirkətində elastik çap lövhəsinin hazırlanmasına məsul olan komanda yaradılıb.

Bu, "Apple" şirkətinin bükülən telefon çıxarmaq planı ilə bağlı yayılmış ilk şayiə deyil. Məsələn, 2016-cı ilin dekabrında "LG" şirkəti 2018-ci ildə bükülən ekranların istehsalına başlamaq planı haqda məlumat vermişdilər, həm də "Apple" şirkətin tərəfdaşlarından biridir. Anonim mənbə bildirib ki, 2020-ci ildə "iPhone" üçün bükülən ekranların istehsalına başlanıla bilər. "ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31