Qırğızıstanda prezident seçkiləri başa çatdı

Qırğızstanda keçirilən prezident seçkiləri yerli vaxtla 20:00-da başa çatıb. Saat 17:00-a seçicilərin 40,12%-i və yaxud 1 213 803 nəfər səs verib. Səslərin 47 faizi, yəni 486 min səs sayılıb. Qırğızıstan Mərkəzi Seçki Komissiyası bu səslərin 233 minini hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekovun qazandığını açıqlayıb.

Qırğızstanda keçirilən prezident seçkiləri yerli vaxtla 20:00-da başa çatıb. Saat 17:00-a seçicilərin 40,12%-i və yaxud 1 213 803 nəfər səs verib. Səslərin 47 faizi, yəni 486 min səs sayılıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyası bu səslərin 233 minini hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekovun qazandığını açıqlayıb.

İkinci yerdə müxalifət liderlərindən Omurbek Babanov qərarlaşıb. Səslərin sayılması davam edir.

Qeyd edək ki, ölkədə 2375 seçki məntəqəsi fəaliyyət göstərib. Seçkilərdə 11 namizəd iştirak edir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31