İraqda ölən türk hərbçilərin sayı 4-ə çatıb

İraqın şimalında, Türkiyə sərhədinə yaxın Zap vadisi bölgəsində antiterror əməliyyatı davam edir. Məlumata görə, əməliyyat zamanı PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 2 türk hərbçi həlak olub. 

İraqın şimalında, Türkiyə sərhədinə yaxın Zap vadisi bölgəsində antiterror əməliyyatı davam edir. Məlumata görə, əməliyyat zamanı PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 2 türk hərbçi həlak olub. Beləliklə, 24 saat ərzində ölən türk hərbçilərin sayı 4-ə çatıb. Biri ağır olmaqla 2 əsgər yaralanıb. 16 terrorçu zərərsizləşdirilib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31