Cenevrə görüşündən dərhal sonra Sərkisyandan növbəti aqressiv mövqe

Cenevrə danışıqları başa çatar-çatmaz Ermənistan prezidenti Serj Sərkisyan yenidən aqressiv açıqlaması ilə İrəvanın sülh prosesinə hazır olmadığını bir daha təsdiqləyib. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra İsveçrədəki Ermənistan səfirliyində bu ölkədəki erməni diasporunun nümayəndələri ilə görüşən Sərkisyan danışıqlarda problemin həlli istiqamətində hər hansı bir nəticənin əldə edilmədiyini söyləməklə yanaşı, həmçinin özünün ənənəvi aqressiv fikirlərini bir daha səsləndirib.

Cenevrə danışıqları başa çatar-çatmaz Ermənistan prezidenti Serj Sərkisyan yenidən aqressiv açıqlaması ilə İrəvanın sülh prosesinə hazır olmadığını bir daha təsdiqləyib. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra İsveçrədəki Ermənistan səfirliyində bu ölkədəki erməni diasporunun nümayəndələri ilə görüşən Sərkisyan danışıqlarda problemin həlli istiqamətində hər hansı bir nəticənin əldə edilmədiyini söyləməklə yanaşı, həmçinin özünün ənənəvi aqressiv fikirlərini bir daha səsləndirib. O, açıqca Qarabağdan vaz keçməyəcəklərini bildirib: "Bizim üçün yeganə həll variantı Qarabağın Azərbaycanın hüdudlarından kənarda olmasıdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31