Rusiyada yenə bomba həyəcanı - 400 nəfər təxliyə olundu

Rusiyanın Lipetsk şəhərində anonim zəngdən sonra texnikum binası təxliyə edilib. Məlumata görə, texnikuma bomba qoyulması barədə zəngdən sonra axtarışlar aparılıb. Binadan 400-ə yaxın adam çıxarılıb.

Rusiyanın Lipetsk şəhərində anonim zəngdən sonra texnikum binası təxliyə edilib. Məlumata görə, texnikuma bomba qoyulması barədə zəngdən sonra axtarışlar aparılıb. Binadan 400-ə yaxın adam çıxarılıb.

Qeyd edək ki, Lipetsk şəhərində ötən həftə anonim zənglərlə əlaqədar 70 obyekt təxlıiyə olunmuşdu. Ümumiyyətlə, Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bugünədək 170 şəhərdə 1 milyondan çox adam təxliyə olunub. Anonim zənglərdəki təhdidlərin heç biri öz təsdiqini tapmayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31