Dünya
Kremlin böyür-başındakı erməni mafiozlar: Abramyan, Karapetyan və digərləri
Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin, o cümlədən prezidentlər arasında şəxsi münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq Moskvanın Qafqaz siyasətində ermənilərin xeyrinə meyllənmə vaxtaşırı olaraq özünü büruzə verir. Virtualaz.org xəbər verir ki, Kremlin siyasətinə təsir edən bütün digər amillərlə yanaşı Rusiyadakı erməni oliqarx-mafioz qruplaşmalarının da rolunu nəzərə almaq lazımdır.
Sabiq MTN polkovnikinin məhkəməsinə şahidlər məcburi gətiriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə bəzi şahidlərin məhkəməyə gəlmədiyi məlum olub. Hakim Fikrət Qəribov bildirib ki, şahidlər haqqında məcburi gətirilmə haqqında qərar çıxarılıb.
Britaniya da parçalanır? - Konvey Ayland müstəqillik istəyir
Britaniyanın Konvey Ayland icması da İspaniyada Kataloniyanın atdığı addımı ataraq müstəqilliyi uğrunda mübarizə aparmaq niyyətindədir. Təxminən 18 kilometr ərazidə icmanın 38 000 əhalisi yaşayır. Konvey Ayland icmasının 15 müstəqil üzvlərindən biri Deyb Blekvel isə deyib: "Müstəqilliyimiz uğrunda hərəkata başlamağın vaxtı çatıb, kiminsə bizə nələrisə diktə etməsindən bezmişik".
13 fələstinli həbs edildi
İsrail ordusu Qərb Şəriyənin müxtəlif bölgələrində 13 fələstinlini həbs edib. Olaylar bildirir ki, həbs olunan fələstinlilər terror aktlarının təşkilində günahlandırıllar.
Saakaşvili Poroşenkoya bir neçə saat vaxt verdi - VİDEO
“Pyotr Poroşenko Ukrayna prezidenti olduğu müddətdə, ölkədə yaxşılığa doğru heç nə dəyişməyəcək”. Bunu "Yeni güclərin hərəkatı" partiyasının rəhbəri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna Ali Radasının yaxınlığında keçirilən mitinqdə çıxışında deyib. “Nə qədər ki, Poroşenko var, heç nə yaxşı olmayacaq. Əgər bu gün Poroşenko sizi eşitməyəcəksə, onda başqa yerə köçmək lazımdır. Poroşenko öz postundan getməli və Ukrayna xalqını azad etməlidir”, - Saakaşvili deyib.
Telefonda "Hər şeyi sizin üçün etdim" deyəndə qızı anladı - Dəhşətli cinayətin VİDEOsu
Haqqında uzaqlaşdırma qərarı olan ər boşanmaq istəyən həyat yoldaşını küçənin ortasında bıçaqlayıb. Bursada bir kişinin boşanmaq istəyən arvadını bıçaqlama anı təhlükəsizlik kameralarına düşüb.
Bərzaninin GİZLİ PLANI: ABŞ əsgərləri hərəkətə keçdi
İraq ordusu dünəndən etibarən başlatdığı əməliyyatla Kərkük, Dakuk, Gulala, Tuzhurmatu və Sincar bölgələrini azad edərək, Ərbilin bir addımlığına qədər irəliləyib. Növbəti hədəf Mosuldur. İlkin məlumatlara görə, İraq ordusu Mosula bağlı ərazilərin az bir qismini azad edib, hazırda əməliyyat davam edir.
XXI əsrin sonuna kimi... – Yer kürəsi üçün məhvedici hadisənin ANONSU VERİLDİ
Yaxın yüz ildə ən güclü günəş partlayışı baş verəcək. Bu nəticəyə Harvard Universitetinin alimləri gəliblər. Superpartlayışın nəticələri indiyə kimi baş verən nəticələrlə müqayisədə dağıdıcı olacaq.
Məşhur ekstrasens insanları yoxsul edən vərdişlərin siyahısını açıqladı - FOTO
Məşhur ekstrasens Aleksandr Şeps elə hesab edir ki, insanın varlana və maddi vəziyyətini düzəldə bilməməsinin əsl səbəbləri onun pis vərdişləri ilə bağlıdır. Odur ki, Şeps insanı kasıb edən vərdişlərin siyahısını açıqlamağa qərar verib.
Sevgilisinin sədaqətini yoxlayan oğlan peşman oldu - "Belə lənətə gəlmiş qızlara inanmayın"- VİDEO
Oğlan sevgilisinin ona xəyanət videosunu Youtube-dakı səhifələrdən biri ilə bölüşüb. O, videonu "bu tip lənətə gəlmiş qızlara inanmayın", - başlığı ilə yayıb. Videoda oğlanın sevgilisinin ona özünü futbolçu kimi təqdim edən şəxslə ""flört" etməsi, onu öpüb, qucaqlaması və nömrəsini alması əks olunub.
7 saatlıq qələbənin ŞOK SİRRİ - Gizli razılaşmanın detalları AÇIQLANDI
Kürdüstan Yurdsevərlər Birliyinin keçmiş rəhbəri Cəlal Təlabaninin oğlu Bafıl Tələbani və “Haşdi Şabi” şiə qruplaşmasının nümayəndəsi, “Bədir” briqadasının komandiri Hadi Amiri arasında gizli razılaşma imzalanıb.
Dünyadakı yoxsulluq və səfalətin başlıca səbəbləri
Dünyada artan müharibələr, yeni-yeni yaranan münaqişə ocaqları minlərlə, on minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi, həyatlarını itirməsi, çətin şərtlər altında yaşamasına gətirib çıxarır. Bu gün Yaxın Şərq kimi böyük bir coğrafiya məhz bu problemdən, münaqişələrdən əziyyət çəkir.
Baz nazir: Türkiyədə ali məktəblərə qəbul imtahanları ləğv edilə bilər
Türkiyədə ali təhsil müəssisələrinə qəbul imtahanları ləğv edilə bilər. Çəlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün hakim Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayında çıxışı zamanı bildirib.
Sensasiyalı kəşf: elm dəyişir, kosmosda qızıl yaranır - VİDEO
ABŞ-dakı LİGO və Avropadakı "Virgo"nun liderliyi ilə dünyanın müxtəlif ölkələrindəki 70 rəsədxana iki ulduzun toqquşduğunu bəyan ediblər. Yerdən təqribən 130 milyon işıq ili uzaqlığında, NGC 4993 qalaktikasında olan ulduzların hər biri Günəş ağırlıqdadır. Toqquşmadan sonra cazibə dalğaları 100 saniyə davam edib. Bundan sonra isə 2 saniyə ərzində qamma şüalanması olub. İki ulduzun toqquşması nəticəsində yaranmış elektromaqnit şüalanması rentgen, ultrabənövşəyi, optik, infraqırmızı və radiodalğa diapazonlarında qeydə alınıb. Amerikalı astronomlar hələ 2015-ci ildə məkan və zamanı əyərək dəyişən cazibə dalğalarını aşkarlamışdılar. Bu dalğalar Yerdən 1 milyard işıq ili uzaqlıqdakı iki qara dəliyin toqquşması nəticəsində yaranmışdı.
Qandonduran HADİSƏ: ana 2 uşağını diri-diri bişirdi, ATALARINI İSƏ...
Qanun keşikçilərinin sözlərinə görə, amerikalı ana ərinə zəng vuraraq, videoçatda uşaqların yanmış bədənlərini göstərib. Ata dərhal polis çağırıb. Qorxunc hadisə ABŞ-ın Corciya ştatının Atlanta şəhərinin sakinlərini dəhşətə gətirib. Ruhi xəstə olduğu bildirilən çoxuşaqlı ana 1 və 2 yaşlı oğullarını sobada diri-diri yandıraraq öldürüb. Bu barədə "The Atlanta Journal-Constitution" məlumat yayıb. Polisdən bildirilib ki, cütlüyün daha iki uşağı var və xoşbəxtlikdən onlar zərər çəkməmiş polis özünü yetirib.













