Dünya
“Android” sistemi ilə işləyən smartfonların 41%-i dağıdıcı "Wi-Fi” hücumu qarşısında dayanıqsızdır
“Wi-Fi” şifrləmə protokolunda aşkar edilmiş təhlükəli boşluq nəticəsində “Android” sistemi ilə işləyən smartfonların 41%-i “KRACK” hücumu qarşısında dayanıqsızdır.
Kömür mədəni çökdü
Yeni “Samsung” smartfonlarının videosu dərc edilib
“MySmartPrice” resursu rəsmən təqdim edilməyən “Samsung Galaxy A5” (2018) və “Galaxy A7” (2018) smartfonlarının nümayiş olunduğu videoçarx dərc edib.
İNANILMAZ OLAY: 11 ayda dörd uşaqları oldu
İngiltərədə yaşayan bir cütlük indiyə kimi görülməyən bir ilkə imza atıblar. Belə ki, onlar bir il ərzində 4 uşaq sahibi olublar. İngiltərənin Suffolk şəhərində yaşayan Toni və Jackie Roulandın 5 yaşında bir qızları vardı.
Sevgilisini qətlə yetirən Aygül: Dəhlizdə saçımdan tutub saxladı...
Antalyanın Manavgat qəsəbəsində 31 yaşlı sevgilisi Salim Sarıkayanı öldürdüyü iddiasıyla saxlanılan 34 yaşlı qırğız Aygül Nurbek Kyzy məhkəmədə danışıb. Mart ayında sevgilisi Salim Sarıkayanı öldürdüyü iddiasıyla həbs olunan Aygül Nurbek Kyzyın təqsirləndirildiyi prosesin ikinci mərhələsi baş tutub. Prosesdə Aygülün ilk ifadəsi alınıb.
Partlayıcı maddəni aşkarlayan "ağıllı" üzük icad edildi
Kaliforniya Universitetinin tədqiqatçıları istifadəçinin yaxınlığındakı kimyəvi, bioloji və iflic edici təsirə malik təhlükəli şüaları aşkarlayan "ağıllı" üzük hazırlayıblar. Yalnız orta barmağa taxılması nəzərdə tutulan "ağıllı" üzük smartfonla birgə işləyir və xüsusi siqnal vasitəsilə təhlükəni dərhal sahibinə çatdırır.
Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partayış" baş verəcək
Növbəti yüz il ərzində Günəşdə bütün dünyanın enerji sisteminin işinə təsir etmək gücündə olan "super partlayış" baş verəcək. Məlumata görə, bu qənaətə Harvard universitetinin bir qrup alimi gəlib.
İspaniya Konstitusiya Məhkəməsi Kataloniya ilə bağlı qərar verdi
İspaniya Konstitusiya Məhkəməsi Kataloniyada baş tutan referendumu qanunsuz hesab edib. Referendumun ispan millətini parçaladığı və qanun pozuntuları ilə həyata keçirildiyi bildirilir.
Suriya müharibəsinin başa çatacağı vaxt AÇIQLANDI
“Suriyada hərbi əməliyyat bu ilin sonuna kimi başa çata bilər, amma Rusiya ölkədəki hərbi qruplaşmasını azaltmayacaq”. Bu haqda Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Frans Klinseviç bildirib.
Almaniyalı politoloq Cenevrə görüşü haqqında: “Cəbhədə vəziyyət gərginləşə bilər”
"Gündəliyi olmayan siyasi danışıqlar iflasa məhkumdur”. Bu barədə 168.am xəbər portalına almaniyalı siyasi şərhçi Aleksandr Rar Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən bildirib.
Erməni deputat etiraf etdi: “Metsamor” Çernobılın bənzəridir
“Hazırda “Metsamor” atom elektrik stansiyasının (AES) texnologiya və avadanlıqları köhnəlib, istifadəyə yararsızdır”. Bu barədə “Nairit” zavodunun keçmiş direktoru, eks-deputat Qaqik Nersisyan “1in.am” saytına verdiyi müsahibəsində bildirib.
Alman polisindən qalmaqallı ADDIM: “Öcalana azadlıq…”
Almaniyanın bütün bölgələrində terror təşkilatları və terrorçulara göz yuman ölkə polisi daha bir qalmaqala imza atıb. Alman polisi PKK-ya sosial şəbəkədəki hesabından açıq dəstək verib.
Türkiyədə kömür mədənində uçqun - Dağıntılar altında qalanlar var
Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində kömür mədənində uçqun baş verib. Dağıntılar altında adamların qaldığı deyilir. Hadisə yerinə xilasedicilər və tibbi yardım maşınları cəlb edilib. Dağıntılar altında qalanların sayı hələlik məlum deyil.
Türkdilli ölkələrin vahid investisiya platforması yaradıla bilər
Türkdilli ölkələr maliyyə bazarlarına qarşılıqlı investisiyalar üçün vahid platforma yaratmalıdır. Məlumata görə, bunu Bakıda “Azərbaycanın kapital bazarları. İmkanlar və perspektivlər” konfransında “InvestAZ” investisiya şirkətinin rəhbəri Elşən Quliyev deyib.
Referendumdan sonra 700 şirkət Kataloniyanı tərk edib
Bir müddət əvvəl keçirilmiş müstəqillik barədə referendumdan sonra 700-ə yaxın şirkət öz ofislərini Kataloniyadan İspaniyanın başqa regionlarına köçürüb. Məlumata, təkcə ötən həftə ərzində 92 şirkət Kataloniyadan çıxdığını elan edib. Ümumilikdə isə 691 şirkətin Kataloniyanı tərk etməsi barədə məlumat verilib.














