Dünya
Ukrayna müharibə üçün HƏRƏKƏTƏ KEÇDİ: "Rusiyanın rahatlığını pozacağıq"
Ukrayna donanması Rusiyaya qarşı hərəkətə keçib. Donanma Rusiyanın Qara dənizdəki flotuna qarşı “qurd sürüsü” adlı taktikadan istifadə etməyi planlaşdırıb. Ukraynalı general Aleksandr Requla taktika haqqında məlumat verib: “Taktika tək bir düşmənə qarşı bir neçə zirehli müharibə gəmisi ilə eyni zamanda, hücuma keçməyi ehtiva edir.
Müsəlman bayramları: olsun, olmasın - Almaniya çalxalanır
Almaniyanın daxili işlər naziri Tomas de Mezyerin ölkənin bir sıra bölgələrində İslam bayramlarının qeyd olunması barədə təklifini Almaniya Katoliklərinin Mərkəzi Komitəsi dəstəkləyib.
Məşhur aparıcı FETÖ –dən şübhəli bilindi
Türkiyə Bakırköy Respublika Prokurorluğu FETÖ terror qruplaşmasına məxsus qarşı bir neçə nəfər haqqında arşdırmalara başlayıb. Olaylar bildirir ki, şübhəli şəxslər arasında Ailə və Sosial Siyasət naziri Fatma Betül Kayanın həyat yoldaşı, FOX TV – nin məşhur səhər aparıcısı İsmayıl Küçükkaya və sərbəst vəkil kimi fəaliyyət göstərən Fidel Okan da var.
İraq ordusu Mosula doğru: peşmərgə ilə şiddətli döyüş
ÇL, 3-cü tur: “Qarabağ” “Ateltiko”ya qarşı - YENİLƏNİR
59 yaşlı kişi rus qıza görə ARVADINI ÖLDÜRDÜ - FOTO
Ronaldo ilə vaxt keçirmək pulludur - Günlük qiymət açıqlandı
7 polis həlak oldu – Pakistanda
Pakistanın cənub-qərbindəki Baloçistan əyalətinə bombalı hücum təşkil olunub. Olaylar bildirir ki, hücum nəticəsində yeddi polis məmuru həlak olub, 22 nəfər yaralanıb. Yaralılar Kuetta Dövlət Xəstəxanasına yerlə.dirilib. Pakistanın təhlükəsizlik rəsmiləri Küetta şəhərinin Sariab Mill rayonunda yerləşən Kuetta-Sibbi yolunda 35 nəfərlik polis konvoyunun keçməsi ilə partladıldığını elan edib.
Deputatların toxunulmazlığı ləğv edilir
Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, deputat toxunulmazlığının ləğvi və Antikorrupsiya məhkəməsinin yaradılması ölkədə korrupsiyaya qarşı mübarizənin mühüm tərkib hissəsidir. Poroşenkonun fikrincə, yeni məhkəmənin yaradılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılacaq.
Polis avtobusu partladıldı - Türkiyədə
Türkiyənin Mersin şəhərində polisin xidməti avtomobilinə hücum olub. Avtomobilinin partladılması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb. Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.
"Plastik əməliyyatlara "dur" deməlisən" - aktrisanı tanımadılar
Aktrisa Ketrin Zeta Cons Zuhair Muradın Fransanın Kann şəhərində təşkil edilən dəfiləsini izləyib. Fanatları gecəyə qara, sinə dekolteli transparan libasda qatılan Hollivud ulduzunu tanımaqda çətinlik çəkiblər. Maykl Duqlasla ailəli olan 48 yaşlı Ketrin yenidən plastik əməliyyat etdirib. Üzü tamamilə dəyişən Consun yeni görünüşü sosial şəbəkədə tənqid olunub. İstifadəçilər aktrisanı plastik əməliyyata həddindən çox meyl etməkdə günahlandırıblar.
“ATSC 3.0” standartlı ilk efir televiziya yayım şəbəkəsi istifadəyə verilib
Cənubi Koreyanın “Seoul Broadcasting System” (SBS), “Korean Broadcasting System” (KBS) və “Munhwa Broadcasting Corporation” (MBC) yayım şirkətləri “Ultra HD” formatlı kanalların translyasiyası üçün “ATSC 3.0” standartında dünyanın ilk yerüstü yayım şəbəkəsini istifadəyə veriblər.
Dünyada ən ekoloji İT şirkətləri məlum olub
Cənubi Koreyanın “Samsung Electronics” və “LG Electronics” şirkətləri yenilənən enerjidən istifadə və ətraf mühit üçün zərərli sayılan kimyəvi preparatların tətbiqinə görə dünyanın daha az ekoloji İT şirkətlərinin siyahısına daxil edilib. Bu haqda “Greenpeace” beynəlxalq ekoloji təşkilatının yeni hesabatında deyilir. Mütəxəssislər şirkətlərin istehsal fəaliyyətinin ekologiyaya təsirini qiymətləndiriblər. “Samsung” və “LG” şirkətləri ümumi zərərsizlik üçün “D-” və "D+" qiymətlərinə layiq görülüblər.
Yeni “ağıllı” qurğu itən əşyaları axtaracaq
"Samsung" şirkəti itən əşyaları axtarmağa imkan verən "ağıllı" "Connect Tag" brelokunu təqdim edib. Qurğunu müxtəlif yerlərə, o cümlədən çantaya və ya avtomobil açarına, körpənin olduğu yeri tez müəyyənləşdirmək üçün uşaq arxa çantasına və ya itən ev heyvanını tez tapmaq üçün onun xaltasına bərkitmək mümkündür.
Yeni “Huawei” smartfonları rəsmən təqdim olunub
“Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 10” və “Mate 10 Pro” smartfonlarını nümayiş etdirib. Gözlənildiyi kimi, çərçivəsiz dizayna malik smartfonlar 12 meqapikselli rəngli moduldan və 20 meqapikselli monoxrom sensordan ibarət qoşa əsas “Leica” kamerası ilə təchiz edilib. Məlumata görə, qurğular arasında əsas fərq onların ekran ölçülərindədir. Belə ki, kiçik model - “Mate 10” 5,99 düym diaqonallı “Quad HD” ekran (2560x1440 piksel), “Mate 10 Pro” isə 2160x1080 piksel təsvir ölçülü 6 düym diaqonallı displey ilə təchiz olunub.





.jpg)








