Müsəlman bayramları: olsun, olmasın - Almaniya çalxalanır

Almaniyanın daxili işlər naziri Tomas de Mezyerin ölkənin bir sıra bölgələrində İslam bayramlarının qeyd olunması barədə təklifini Almaniya Katoliklərinin Mərkəzi Komitəsi dəstəkləyib.

Almaniyanın daxili işlər naziri Tomas de Mezyerin ölkənin bir sıra bölgələrində İslam bayramlarının qeyd olunması barədə təklifini Almaniya Katoliklərinin Mərkəzi Komitəsi dəstəkləyib. Komitənin sədri Tomas Şternberq deyib: "Çoxsaylı dini icmaların olduğu ölkəmizdə yerli sakinlər arasında müsəlmanların çox olduğu yerlərdə bayramların qeyd edilməsi Almaniyanın xristian ənənələrinə xələl gətirməyəcək. Bayramlar təqvimi muzey eksponatı və ya istirahət günlərinin sıralaması yox, Avropa dəyərlərinin zənginliyidir".

Fəqət almanların əksəriyyəti ölkədə müsəlman bayramlarının qeyd edilməsinə qarşıdır. Bild qəzetinin sifarişi ilə İnsa sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri belədir. Respondentlərin 70 faizi DİN başçısı T. de Mezyerin təklifinə qarşı çıxıblar.

DİN başçısının mənsub olduğu Xristian-Demokrat İttifaqı (CDU) partiyası da bu təklifi qətiyyətlə pisləyib. Almaniyada hazırda 4,5 milyon müsəlman yaşayır ki, bu da ölkə əhalisinin 5,5 faizidir. Milli.az Deutsche Welle-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31