İraq ordusu Mosula doğru: peşmərgə ilə şiddətli döyüş
18 Oktyabr 2017 11:00 Dünyaİraq ordusu və Haşdi-Şabi qüvvələri Mosul su anbarını peşmərgədən azad edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Səhər saatlarında su anbarına nəzarəti təhvil vermək istəməyən peşmərgə ilə Haşdi-Şabi qüvvələri arasında şiddətli atışma baş verib. Atışma nəticəsində 8 Haşdi-Şabi üzvü, 1 nəfər peşmərgə həyatını itirib, daha 11 nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, Mosulda yerləşən su anbarı daha əvvəl İŞİD-in nəzarətində olmuş, terrorçular hakimiyyəti anbarı partlatmaqla hədələmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31