Dünya
Barselonada etiraz: Liderlər həbs edildi, xalq ayağa qalxdı
“Mədəniyyət toplumu” (Òmnium Cultural) və Kataloniya Milli Birliyi (Assemblea Nacional Catalana) adlı dinc qurumların başında gələn və “İki Jordi” adı ilə tanınan aktivistlər Barselonada etiraz aksiyası keçirib.
"Rusiyanı cəzalandırmaq arzusundayıq"
"Böyük Britaniya Rusiya ilə normal münasibətləri bərpa edə bilmir. Çünki, Rusiya özünü elə aparır ki, sanki iki ölkə arasında soyuq müharibə gedir. Bizim məqsədimiz Rusiya ilə normal münasibətləri qoruyub saxlamaqdır. Lakin, əmin olun ki, dağıdıcı və düşmənsayağı münasibətə görə Rusiya cəzalandırılacaq".
Nazir: "Ermənistan prezidentinin bəyanatdan kənara çıxması düzgün deyil"
"Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanda böyük maraq doğurur. Hazırda Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Xüsusilə tərəfdaşlıq sazişi ilə bağlı işlər gedir". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Sarkisyandan sonuncu Qarabağ görüşü ilə bağlı ŞOK ETİRAF: “Biz Əliyevə...”
“Ermənistan Cenevrədə Vayana və Sankt-Peterburq razılaşmalarından (atəşkəsə nəzarət mexanizmi - red.) imtina edərək, məğlub oldu”. Bu barədə erməni politoloq Manvel Sarkisyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib.
İş elanı: "Kim cəllad olmaq istəyir?"
Zimbabvedə 52 nəfər vakant cəllad işində alışmaq üçün müraciət edib. Zimbabve ədliyyə nazirinin müavini Virciniya Mabhizanın dediyinə görə, "vətəndaşlar bu işdə çalışmaqda çox maraqlıdır": "İş elanından sonra müraciət edənlər arasında kişilərlə yanaşı, qadınlar da var".
Dostunun 61 yaşlı anasına təcavüz etdi
Ankarada yaşayan G.Y adlı şəxs az öncə həbsdən çıxan N.A ilə tanış olub. 15 gün əvvəl tanış olan dostlar qısa zamanda daha da mehribanlaşıblar. N.A anası ilə birgə yaşan dostunun evində tez-tez qonaq olub.
Tuba Büyüküstünün məşhur müğənni ilə 14 il əvvəlki görüntüləri üzə çıxdı - VİDEO
Türkiyənin məşhur aktrisası Tuba Büyüküstünün 14 il əvvəlki görüntüləri üzə çıxıb. Aktrisa 2003-cü ildə məşhur müğənni Kenan Doğulunun "Tanımamışsın" klipində çəkilib. Tuba həmin klipdə təxminən 2-3 saniyəlik kadrlarda görünüb. Karyerasına model kimi başlayan kino ulduzunun bu görüntüləri marağa səbəb olub.
Pakistanda PARTLAYIŞ: 6 polis öldü
Pakistanın şimal-qərbində yerləşən Kvetta şəhərində güclü partlayış baş verib. Şəhər məscidlərindən biri partladılıb. Hadisə nəticəsində ilkin məlumatlara görə, 6 polis həyatını itirib, 8 nəfər ağır yaralanıb.
Bərzaniyə daha bir ŞOK – Peşmərgənin geri çəkilməsinin səbəbi ortaya çıxdı
Kərkükdə peşmərgənin İraq ordusu və Haşdi Şabi qarşısından çəkilməsinin arxasında gizli bir razılaşmanın olduğu önə sürülüb. Kürdistan Yurdsevərlər Birliyinin keçmiş lideri Cəlal Tələbaninin oğlu Bafel Tələbaninin Haşdi Şabi ilə 9 maddəlik bir razılaşma imzaladığı iddia edilib. İraq parlamentinin millət vəkili Məsud Heydər gizli razılaşmanın detallarını açıqlayıb. O, razılaşmada Bafel Tələbani ilə Haşdi Şabinin səlahiyyətli nümayəndəsi Hadi Əmirinin imzasının olduğunu deyib.
Separatçı Dağlıq Qarabağ rejiminin əsas sponsorlarından biri ölüb
Dağlıq Qarabağdakı qondarma rejimi maliyyələşdirən əsas fiqurlardan olan erməni biznesmen Levon Ayrapetyan ölüb. Bu barədə onun ailəsindən bildirilib. 68 yaşında ölən L. Ayrapetyan Moskvada dəfn olunacaq.
Medvedev Avropa Birliyinə görə Yerevana gedir
Rusiya baş naziri Dmitri Medvedev oktybarın 24-də Yerevana səfər edəcək. Oktyabrın 18-də xüsusi reyslə təhlükəsizlik xidməti və protokol xidmətinin əməkdaşları da Yerevana gələcəklər.
Moskvada erməni taksi sürücüsü 100 nəfəri zəhərləyərək öldürüb
Moskvada müştəriləri zəhərləməkdə ittiham olunan taksi sürücüsü saxlanılıb. İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yuliya İvanova bildirib ki, həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb. KİV-in yazdığına görə, milliyyətcə erməni olan 29 yaşlı Vaaqn Karapetyan 100 nəfərin ölümündə günahkar ola bilər. Onların arasında tanınmış aparıcı Artur Bitov da var.
İraq ordusu Kərkük və digər mübahisəli əraziləri ələ keçirib
İraq ordusu bundan əvvəl kürd administrasiyanın əlində olan mübahisəli ərazilərə nəzarəti tam təmin etdiyini bəyan edib. Məlumata görə, bununla əlaqədar zəfər elan edən rəsmi Bağdad bu istiqamətdə aparılan hərbi əməliyyatların uğurla başa çatdığını bildirib.
Rusiya yeni "İsgəndər" raketlərini sınaqdan çıxarıb
Rusiya yeni "İsgəndər" raketlərini sınaqdan çıxarıb. Məlumata görə, "İsgəndər" kompleksləri üçün yeni raketlərin sınağı Həştərxan vilayətində "Kapustin Yar" poliqonunda keçirilib.














