Dünya
Ukrayna prezidentinin iqamətgahına hərbi təchizatlar yerləşdirilib
Ukrayna prezidenti Petro Poroşenkonun Kozində yerləşən iqamətgahında hərbçilər və hərbi təchizat yerləşdirilir. Bunu Ukrayna Parlamentinin üzvü Viktoria Voytsytska Facebook-da yazıb: “Mən başa düşürəm ki, bu gün hüquq-mühafizə orqanları ərazinin təhlükəsizliyinin təmin edilməsinə cəlb edilib. Günün insidentsiz başa çatması müsbət haldır. Lakin prezidentin şəxsi iqamətgahının qorunmasına niyə bu qədər insan və təchizat cəlb edilib? Həmçinin yollar bağlanıb. Biz kimdən qorxmalıyıq? Mən insanların və hərbi təchizatların yalnız bir hissəsinin fotosunu çəkdim”.
Gürcüstanda bələdiyyə seçkilərini 600 beynəlxalq müşahidəçi izləyəcək
Gürcüstanda yerli idarəetmə orqanlarına keçiriləcək seçkiləri 20 minə yaxın yerli və 600 beynəlxalq müşahidəçi izləyəcək. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze deyib. Onun sözlərinə görə, MSK-da seçkilərin müşahidəsi üçün 71 yerli, 30 beynəlxalq və 74 yerli və xarici KİV qeydiyyata alınıb.
Putin özünü həm seçkilərə, həm də prezidentlikdən sonrakı dövrə hazırlayır- Qərb mediası
Vladimir Putin hələ 2018-ci il seçkilərinə namizədliyini açıqlamayıb. Lakin kulislərdə onun namizədliyinə və seçilməsinə hazırlıq tam sürətlə davam edir.
Rusiya və Çin ABŞ-a qarşı birləşir: Kosmosda silahlanma
Rusiya və Çin BMT Baş Assambleyasının müzakirəsinə kosmosa silah yerləşdirilməməsi ilə bağlı qətnamə layihəsi çıxarıb. Qətnamə layihəsində əsas məqsədin Yerdən kənarda silahlanma yarışının qarşısının alınmasından ibarət olduğunu bildirilib.
Gürcüstanda diskriminasiya hallarının əksəriyyəti dini və etnik mənsubiyyətlə bağlıdır
Gürcüstanda son bir ildə 201 diskriminasiya halı qeydə alınıb. Bu barədə Gürcüstan ombudsmanı Uça Nanuaşvilinin təqdim etdiyi hesabatda deyilir.
Kərküklə bağlı gizli anlaşmalar
Şimali İraqda vəziyyət dəyişməkdədir. Kürdlərin muxtariyyatı üçün keçirilən referenduma ciddi dəstək verən Qərb, Avropa eyni təhlükənin özünə doğru çevrildiyini gördükdə onlara dəstək verməkdən ehtiyat etməli oldu. Son günlər Şimali İraqda gedən döyüşlərdə İraq ordusunun kürdlərə ciddi zərbələr vuraraq onları xeyli sıxışdırması, Kərkükdə indiyə qədər mövcud olan təhlükənin bir qədər uzaqlaşdırılması belə deməyə əsas verir. Təsadüfi deyil ki, elə kürdlər də açıq şəkildə məğlubiyyətə doğru getdiklərini etiraf edirlər. Dünənə qədər güc, təhdid dili ilə danışan Bərzani, bu gün daha məyus, sakit görünür. Başda Bərzani olmaqla kürdlər etiraf edirlər ki, Qərb, Birləşmiş Ştatlar onlara xəyanət etdi. Və söz verdikləri dəstəkdən imtina edərək onları İraq ordusu qarşısında acız buraxdı.
Rusiyanın Ermənistanı silahlandırması...
Rusiya forpostu olan Ermənistanı silahlandırmaqda davam edir. 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.
Bu dinləmələr Ermənistana dəstəyin növbəti formasıdır”
Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasının ermənipərəst rəhbəri Kristofer Smitin təşəbbüsü ilə Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçiriləcəyi bildirilir.
Təcili yardım can verən uşağın yanına getmədi
Rusiyanın Penza şəhərində təcili yardım heyəti can verən uşağı ölümdən qurtarmaq üçün çağırışa getməyib. Rusiya İstintaq Komitəsinin (RİK) regional idarəsi faktla bağlı araşdırmalara başlayıb.
Dağlıq Qarabağdakı erməni separatçılarının əsas sponsorlarından biri öldü
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçıları və terrorçularının əsas sponsorlarından biri olan rusiyalı sahibkar Levon Ayrapetyan ölüb. Milyarderin qohumları onun öldüyünü təsdiqləyiblər.
Ermənilər Şahbaz Quliyevi İrəvandan Şuşaya apardılar
Aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən Dövlət Komissiyasına verilmiş məlumata əsasən, 2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunun ərazisində girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Quliyev Şahbaz Cəlal oğlu cari ilin avqust ayında müayinə məqsədilə aparıldığı Ermənistan Respublikasının Yerevan şəhərindən əvvəlki saxlanma yerinə geri qaytarılıb. Saxlanma yerinə qaytarılma prosesi 2017-ci il oktyabrın 16-da həyata keçirilib.
Anadoluda 4 min illik türk məzarı tapıldı
Türkün Anadoluya Malazgirt savaşı ilə girmədiyini sübut edən dəlillər üzə çıxmaqdadır. Hakkaridə 4 min illik türk məzarı aşkar edilib. Bundan başqa Anadolunun müxtəlif yerlərində qayaüstü rəsmlər, damğalar, işarələr, qəbirlər də türkün ərazidə bir neçə min il əvvəl də yaşadığını sübut edir. Van vilayətinin "Yüzüncü Yıl" universiteti arxeologiya fakultəsinin dekanı professor doktor Vəli Sevin də Anadolu qapılarının Malazgirt savaşı ilə açılmadığını, türklərin bir neçə min il əvvəl Anadoluda yaşadıqlarını bildirib.
Çin yeni internet sistemi yaradır - "ÖZÜMÜZ NƏZARƏT EDƏCƏYİK"
Çin özünün idarə edəcəyi yeni internet sistemi yaratmaq niyyətindədir. Bu barədə Çin prezidenti Si Szinpin Çin Kommunist partiyasının 19-cu qurultayında çıxışı zamanı deyib. "Yaradılacaq internet sahə aktivləşdirildikdən sonra bütün idarəetmə bizim əlimizdə olacaq.
“Albert Gəncəli” Rusiyada kriminal müharibədən sağ çıxdı, Moskvaya GƏLDİ və...
Sankt-Peterburq şəhərində “Kresti” həbsxanasında cəza çəkən “Albert Rıjıy” (“Albert Gəncəli” olaraq da tanınır) ləqəbli azərbaycanlı avtoritet Əli Heydərov Moskvaya etap olunub. “Praym kraym” saytı “Albert Rıjıy”ın Moskvada “qanuni oğru” kimi qarşılandığını yazır.
Moskvada bu dəfə kitabxanaya "bomba qoyuldu"
Moskvada polis əməkdaşları anonim zənglərdən sonra Kursk və Paveletsk vağzallarında, eləcə də Rusiya Dövlət Kitabxanasında axtarışlar aparılıb. Məlumatına görə, bu binalarda bomba qoyulması barədə zənglərdən sonra təxliyələr aparılıb.














