Saakaşvilinin tərəfdarları Kiyevdə etiraz edir
Ukraynanın paytaxtı Kiyevdə iki minə yaxın insanın iştirakı ilə Ali Radanın qarşısında mitinq keçirilir. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin partiyası “Yeni güclər hərəkatı”da daxil olmaqla bir sıra siyasi qüvvələrin təmsilçiləri Ali radanın qarşısında toplaşıblar.
17 Oktyabr 2017 13:02 DünyaUkraynanın paytaxtı Kiyevdə iki minə yaxın insanın iştirakı ilə Ali Radanın qarşısında mitinq keçirilir. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin partiyası "Yeni güclər hərəkatı"da daxil olmaqla bir sıra siyasi qüvvələrin təmsilçiləri Ali radanın qarşısında toplaşıblar. Etirazçılar deputatların toxunulmazlığının ləğvini, korrupsiya əleyhinə məhkəmənin yaradılmasını və seçki qanunvericiliyinə dəyişikliklərin edilməsini tələb edirlər. Ukrayna Ali Radasının sədri Andrey Parubiy müvafiq komitəyə deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı qanun layihələrinin nəzərdən keçirilməsi üçün təklif verib. AzVision.az "UNİAN"-a istinadən xəbər verir.