Dünya
İtaliyadan gətirilən dekorativ bitkilərdə zərərvericilər aşkarlandı
İtaliyadan Azərbaycan Respublikasına idxal edilən dekorativ bitkilərə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən fitosanitar nəzarəti həyata keçirilərkən zərərli orqanizm aşkar olunub.
Əfqanıstanda iki hücum oldu - 11 polis öldü
Əfqanıstanda törədilmiş iki ayrı-ayrı hücum nəticəsində 11 polis həlak olub. Birinci hadisə Nimroz əyalətində baş verib. Məlumata görə, "Taliban" terror təşkilaıtna mənsub silahlılar polis kortejinə atəş açıblar. İnsident nəticəsində beş polis həlak olub, 3 nəfər yaralanıb. Fərəh əyalətində isə polis məntəqəsinə hücum nəticəsində 6 polisin həlak olduğu, daha bir nəfərin yaralandığı bildirilir. Bu hadisəyə görə də məsuliyyəti "Taliban" öz üzərinə götürüb.
“Dünyanın qalan hissəsinin taleyi Türkiyədən asılıdır”
“Bu gün Orta Şərqdə yaşanan problemlərin sadəcə Türkiyə üçün deyil, dünyanın qlobal sabitliyi və sülh üçün vacibdir. Bunu İspaniyanın sabiq Baş naziri Xose Luis Rodrigez Zapatero bildirib. O qeyd edib ki, dünyanın qalan hissəsinin taleyi Türkiyədən asılıdır: “Yəni Avropa ilə olan əlaqələrdən, Orta Şərqdəki sülh və sabitlikdən bəhs edirəm.
Ermənistan ordusunda oğurluq: Həbs edilənlər var
Ermənistan ordusunda oğurluq faktı qeydə alınıb. "N" saylı hərbi hissənin texniki diviziya komandirinin maddi texniki təminat üzrə müavini Albert Qriqoryan külli miqdarda mənimsəmədə günahlandırılır.
Bərzaninin ən yaxın adamına 7 illik həbs cəzası verildi
Bərzaninin köməkçisi Kosrat Rəsulu Kərkükü geri alan İraq əsgərlərini işğalçı adlandırdığına görə, 7 illik həbs cəzası gözləyir. Onun həbsi ilə bağlı qərarı İraq Məhkəməsi verib.
Çavuşoğludan Azərbaycana qarşı qəbul olunan sənədlə bağlı AÇIQLAMA
"Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları Deniz Baykal, İlhan Kesici və Ayşe Gülsün Bilgehanın AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləmələrini kəskin şəkildə pisləyirik". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, həmin millət vəkillərindən biri səhv etdiyini boynuna alıb, yəni Azərbaycanın əleyhinə olan sənədə bilmədən səs verdiyini yazılı olaraq müvafiq qurumlara bildirib.
İranın keçmiş prezidenti Əhmədinejad dövlətə 3,5 milyard dollar ziyan vurub
İranda keçmiş prezident Mahmud Əhmədinejadın ölkə rəhbəri olduğu dövrdə - 2009-cu ildə neft gəlirləri ilə bağlı qanunsuzluqlarla əlaqədar dövlətin məruz qaldığı zərəri ödəməsi barədə qərar çıxarıldığı məlum olub.
Avropa Parlamentinin sədri: "Avropa Kataloniyanın müstəqilliyini tanımayacaq"
Avropa dövlətləri Kataloniyanın müstəqilliyini qəbul etməyəcək. Bunu Avropa Parlamentinin sədri Antonio Tayani “Kore” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, Kataloniya böhranı krallığın daxili işidir: “Avropa məsələnin qarşılıqlı dialoq müstəvisində həllinin tərəfdarıdır. Vacib olan İspaniya qanunları və konstitusiyası çərçivəsində qərar qəbul etməkdir. Yaxşı olardı ki, Kataloniya müstəqilliyini elan etməsin, çünki Avropada heç kim Kataloniyanın müstəqilliyi ilə razılaşa bilməz”.
"Qadınların ərlərinin telefonuna baxması haramdır"
Misirin "Darül-Fitva" tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib.
Sepah: İran ballistik raket istehsalını sürətləndirəcək
ABŞ-ın təzyiqləri fonunda İranın raket proqramının inkişafı sürətləndiriləcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) bəyanatında deyilir.
100-dən çox insanı öldürən erməninin atası da eyni cinayətdə ittiham olunur
Moskvada müştəriləri zəhərləməkdə ittiham olunan daha bir taksi sürücüsü saxlanılıb. Saxlanılan taksi sürücüsü dünən barəsində həbs qətimkan tədbiri seçilən taksi sürücüsü erməni Vaaqn Karapetyanın atasıdır.
FETÖ –nün Azərbaycandakı kod adı həbs edildi
Azərbaycanda FETÖ terror qrupunun önəmli isimlərindən biri kimi tanınan Faruk Yıldız Türkiyədə saxlanıldı. Olaylar bildirir ki, Yıldız Ankara Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hava limanında saxlanılaraq, Ankara Ədliyyəsinə gətirilib. İstintaqı icra edən Respublika prokuroruna ifadə verən Ulduzlar həbs tələbi ilə Sentencing Ceza Məhkəməsinə göndərildi.
Milyonçu qızı avtomobiliylə piyadaların üstündən keçdi: 6 ölü - VİDEO - FOTO
Yaxın Şərq- qaynayan coğrafiya
Hazırda Yaxın Şərq dünyanın ən qaynar bölgəsi hesab edilir. Bir neçə illər öncə Yəmən və Liviyadan başlayan “demokratiya” hərəkatları daha sonra öz əhatə dairəsi və miqyasını genişləndirərək regionun digər ölkələrini əhatə etməyə başladı. Tədricən Misir, Suriya və hələ Yəmən və Liviya böhranından çox-çox əvvəl bu “demokratiya” uğrunda mübarizə aparan İraq da çox keçmədən Yaxın Şərqin fəlakət ocağına çevrildi. Qərbin uzun vədəli olan Yaxın Şərqi qan çanağına çevirmək planının indi də növbəti mərhələsi, qeyd edilən ölkələrin parçalanması prosesi həyata keçirilir.
İraqın taleyi necə olacaq?
Şimali İraqda hələ də bölgə üçün təhlükəli oyunlar oynanılır. Gah kürdlərə dəstək, gah da onlardan imtina kimi gedişlər Qərbin, Birləşmiş Ştatların Şimali İraqda hansı gedişi etmək istədiklərini tam müəyyənləşdirməkdə çətinlik yaradır. Hazırkı situasiyada isə görünən odur ki, Birləşmiş Ştatlar və Qərb kürdlərə dəstəkdən imtina edib. Ancaq nəyin qarşılığında, bu hələ ki aydın deyil.














