Dünya
“Nokia 7” smartfonu rəsmən nümayiş edilib
“HMD Global” şirkəti Çində orta səviyyəli “Nokia 7” smartfon modelini təqdim edib. Korpusu alümin çərçivədən ibarət smartfon “Full HD” (1920 х 1080 piksel) təsvir ölçülü 5,2 düym diaqonallı ekran, “2.5D” dairəvi haşiyəyə malik “Corning Gorilla Glass 3” şüşə panel, barmaq izi skaneri, 16 meqapikselli əsas və 5 meqapikselli ön kamera ilə təchiz edilib. Məlumata görə, əsas yeniliklərdən biri ön və əsas kameranın eyni anda şəkil çəkərək “Bothie” rejimini yaratdığı ikitərəfli “Dual-Sight” çəkilişinin aparılma imkanıdır.
Alimlər səs vasitəsilə biometrik eyniləşdirmə üçün əlavə müdafiə vasitəsi hazırlayıblar
Biometrik eyniləşdirmə zamanı səsdən istifadə edilməsinə baxmayaraq, belə üsul indiyədək etibarlı sayılmır, çünki bu müdafiə vasitəsini təqlid və ya səs yazısı vasitəsilə dəf etmək mümkündür. Miçiqan Universitetinin alimləri bu çatışmazlığı aradan qaldırmaq üçün “VAuth” texnologiyası hazırlayıblar.
Noutbukların avtonomluğunda inqilab gözlənilir
“Microsoft” korporasiyasının “Asus”, “HP” və “Lenovo” şirkətləri kimi tərəfdaşları bazarda qüvvələr nisbətini dəyişəcək noutbuklar buraxmağa hazırlaşır.
Hibrid “HP ZBook x2” planşeti təqdim olunub
“HP” şirkəti “ZBook” mobil işçi stansiyalar seriyasını klaviaturası çıxarılabilən hibrid planşetlə genişləndirib. “ZBook x2” adlanan qurğu öz sinfində ən güclülərdən biri hesab olunur.
"Kənanın rədd etdiyi seriala mən də çəkilmərəm"
Aktyor Kıvanç Tatlıtuğun “Siyah beyaz aşk”da çəkilməməsinin səbəbi üzə çıxıb. Aktyor həmkarı Kənan İmirzalıoğlunun serialda oynamaq istəməyərək təklifi rədd etməsi səbəbindən belə addım atıb.
"Qızım doğulandan sonra qadın olduğumu hiss etdim"
Rusiyalı model İrina Şeyk müsahibə verib. Məlumata görə, 31 yaşlı model 7 ay əvvəl ana olmasının ona yaşatdığı hisslərdən danışıb: “Qızımın dünyaya gəlişi məni qadınlığımın zirvəsinə qaldırdı. Ondan sonra qadın olduğumu hiss etdim”.
Ay orbitinə hava ilə doldurulmuş yaşayış modulu buraxılacaq
“Bigelow Aerospace” özəl kosmik şirkəti “United Launch Alliance” müəssisəsi ilə birlikdə bəyanatla çıxış edərək 2022-ci ilədək Ay orbitinə hava ilə doldurulmuş yaşayış modulunu çıxarmağı planlaşdırmasını açıqlayıb.
“Microsoft” şirkəti “Windows 10 Fall Creators Update” yeniləməsini təqdim edib
“Windows 10” sistemi ilə işləyən qurğu sahibləri üçün “Windows 10 Fall Creators Update” adlı böyük yeniləmə əlçatan olub. Bu haqda “Microsoft” şirkətinin bloqunda məlumat dərc edilib.
Azərbaycanlı məşhur keçmiş türk ərini məhkəməyə verdi
Günay Musayeva keçmiş həyat yoldaşını məhkəməyə verib. Bir neçə ildir Türkiyədə yaşayan və orada fəaliyyət göstərən model eks-ərindən 500 TL-lik aliment xərclərinin artırılmasını istəyib.
Fransalı aktrisa 100 yaşında vəfat edib
Məşhur fransalı aktrisa və müğənni Daniel Darye 100 yaşında vəfat edib. O, Bua-le-Rua şəhərindəki evində vəfat edib. Daryenin ilik flimi 1931-ci ildə çəkildiyi “Bal” olub. O daha çox 1936-cı ildə çəkilmiş “Mayerlinq” filmi ilə populyarlıq qazanıb.
İnsan üzlü "pişik" görənləri təəccübləndirir - VİDEO
Bir neçə gün əvvəl Malaziyada insan üzlü pişikin doğulması barədə məlumat yayılıb. Sosial şəbəkəyə yüklənən video ölkədə geniş müzakirələrə yol açıb. Görüntülərlə bağlı polisdən açıqlama gəlib. Bildirilib ki, belə bir varlıq yoxdur. Polislər düşünür ki, bu, sadəcə, silikondan hazırlanmış uşaq oyuncağıdır və satılmaq üçün qoyulub.
Hülyanın "kişilər xəyanət edə bilər" sözlərinə görə kanal cərimələndi
Türkiyəli müğənni-aparıcı Hülya Avşarın verilişində "Kişilər xanımlarına hiss etdirmədən xəyanət edə bilərlər" sözləri Star TV-nin başını bəlaya salıb. Radio-Televiziya Üst Qurumu (RTÜK) telekanala rekord məbləğdə cərimə müəyyən edib.
Niderlandın baş naziri: Katoliniya məsələsinin Avropa İttifaqına dəxli yoxdur
Niderlandın baş naziri Mark Ryutte hesab edir ki, referendum keçirilən Katoliniya məsələsinin Avropa İttifaqına heç bir aidiyyatı yoxdur. Məlumta görə, o, bəyan edib ki, bu, İspaniyanın daxili işidir.
Nişanlısı zənginə cavab verməyincə evlərinə getdi: gördüyündən şok oldu
Türkiyənin Afyonkarahisar vilayətində yaşayan 3 uşaq atası, mərmər ustası Satılmış Gökhasan 29 yaşlı böyük oğlu Tahsin Gökhasanı nişanladıqları şəxslər tərəfindən 50 min lirə aldadığını deyib.
Putin özünün və Medvedyevin maaşını azaltdı
Rusiya prezidenti Vladimir Putin bir sıra hökumət rəsmilərinin əmək haqqının azaldılması barədə imzaladığı sərəncamın vaxtını daha bir il müddətinə artırıb. Rusiya prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb.














