Dünya
Uruqvayda yeni qanun: "Marixuana apteklərdə satıla bilər"
Uruqvayda yeni qanun qəbul edilib. Marixuananın tibbi məqsədlərlə satışına icazə verilib. Artıq Uruqvay apteklərində həkimin resepti ilə marixuana satışı başlayacaq.
Rusiya "Taliban"ı maliyyələşdirir? - Sensasiyalı iddia
"Əfqanıstandakı "Taliban" hərəkatının maliyyə mənbələri arasında Rusiya da var. Bəli, bu belədir və "Taliban" rəhbərliyi də faktı təsdiqləyir. Britaniyanın nüfuzlu The Times qəzeti "Russia funds Taliban in war against Nato forces" ("Rusiya "Taliban"ı NATO-ya qarşı savaşda maliyyələşdirir") məqaləsində belə iddia ilə çıxış edib.
“O Səs Türkiyə” münsifindən İNANILMAZ açıqlama: “Hamımız irqçilik edə bilərik”
“O Səs Türkiyə” yarışmasında münsif kürsüsündə oturan Gökhan Özoğuz Yıldız Tilbenin iştirakçılara qarşı irqi-ayrıseçkilik etməsiylə bağlı açıqlama verib. Müğənni belə bir hadisə yaşanmadığını deyib: "Nə mübahisə olub, nə də Yıldız Tilbe irqi-ayrıseçkilik edən insandır. Hamımız irqçi ola bilərik, lakin Yıldız ola bilməz" dedi.
Rusiya oğurluq edən iki azərbaycanlı tutulub
Sankt-Peterburqun hüquq-mühafizə orqanlarının əməkdaşları zərgərlik mağazalarını yaran dəstəni ələ keçirib. Dəstə dörd nəfərdən ibarət olub. Cinayətkar dəstənin dörd üzvündən ikisi qanunsuz şəkildə Peterburqda yaşayan iki Azərbaycan vətəndaşı olduğu üzə çıxıb.
SON DƏQİQƏ: İraq ordusu ilə peşmərgə arasında müharibə yenidən alovlandı
İraqın Kərkük-Ərbil şəhərləri arasında gərginlik ən pik həddə çatıb. İki şəhər arasındakı yolda İraq ordusu ilə peşmərgə qüvvələri arasında silahlı qarşıdurma yaşanıb. İraq Kürd Muxtariyyəti qüvvələri Kərkük-Ərbil yolu üzərində torpaq yığınları yaratmaqla səngər düzəldib və yeni mövqelərdə möhkəmlənib. Bu səbəbdən magistral yolun bir tərəfi istifadəyə bağlanıb. Bölgəyə çox sayda zirehli avtomobil və əsgər gətirilib.
Kərkükdə GƏRGİNLİK
92 yaşındakı aktyor avtomobil qəzasına düşdü
110 nəfər şübhəli saxlanıldı
Anadolu Respublika Prokurorluğunda Kaynak holdinqdə FETÖ terror təşkilatına qarşı əməliyyat aparılıb. Olaylar bildirir ki, holdinqdə aparılan əməliyyat zamanı 110 şübhəlinin ByLock istifadəçisi olduğu məlum olub. Şübhəlilərin saxlanılması üçün təhlükəsizlik qüvvələri 24 ayr- ayrı ünvanda eyni zaman da əməliyyat həyata keçiriblər.
İki şagird qətlə yetirilidi
Putin səhvini etiraf etdi: “Sizə etibar edirdik”
Rusiya prezidenti Vladimir Putin Qərblə münasibətlərdə ölkəsinin əsas səhvini açıqlayıb. Bu barədə prezident “Valday” diskussiya klubunun toplantısında bildirib. “Qərblə münasibətlərdə əsas səhvimiz ondadır ki, biz sizə həddindən çox etibar edirdik. Sizin səhviniz bundan ibarətdir ki, bu etibarı zəif cəhət kimi qəbul etdiniz və ondan sui-istifadə etdiniz”, - deyə Rusiya prezidenti vurğulayıb.
Karapetyan Medvedevi Ermənistana niyə dəvət edib?
Rusiyanın baş naziri Dmitri Medvedev erməni həmkarı Karapetyanın dəvətilə oktyabrın 24-də Ermənistana səfər edəcək. Məlumata görə, Medvedev Karen Karapetyanla görüş keçirəcək. Görüşün ardınca onlar bir sıra sənəd imzalayacaq.
Ana doğduğu körpəni xəstəxananın tualetinə atıb, qaçdı - VİDEO
Doğum evinin sanitar qovşağındakı zibil qabına atılan körpə həkimlərin sayəsində sağ qalıb. Doğulan kimi zibilliyə atılan körpəni həkimlər xilas ediblər. Qadının körpəni ayaqyoluna atması anı doğum evinin təhlükəsizlik kamerasına düşüb. Görüntülər Perudakı Solidaridad Salud sağlamlıq mərkəzində çəkilib. Qadın uşağı zibil yeşiyinə atdıqdan sonra qaçıb.
ABŞ kəşfiyyatının keçmiş direktorundan Trampla bağlı İNANILMAZ SÖZLƏR
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan Şimali Koreya nüvə böhranını əslində prezident Donald Trampın yaratdığını deyib. O, D.Trampın tvitter çıxışlarının Şimali Koreyada gərginlik yaratdığını, buna görə də Pyonqyanqın əks-hücum taktikasına keçdiyini bildirib.
Oktay Kaynarca keçmiş sevgilisini Dəniz Çakırdan DANIŞDI
"Eşkiya dünyaya hökmdar olmaz” serialının əsas qəhrəmanı Oktay Kaynarca keçmiş sevgilisini yada salıb. Məşhur aktyor instaqram hesabında təsirli status yazıb: "Səfərlərimizdə istəsək də, istəməsək də, bəzən yol ayrıcları var. Əsl dostluqlar və kimin kimi necə qəbul etdiyi, necə dəyər verdiyi, həyatındakı rolu məhz bu yol ayrıclarında məlum olur... Yol davam edir, etməlidir də, bəzən azalaraq da çoxala biləcəyimizi unutmadan".
“Android”lər insanların iş tərəfdaşı olacaq
Yaponiyanın “Hiroshi Ishiguro Laboratories” şirkətinin yaradıcısı professor Xirosi İsiquro bildirib ki, gələcəkdə robot “android”lər yalnız insanları əvəz etməyəcək, həm də onların iş tərəfdaşları olacaq.














