Dünya
“PETYA YEYİN” – Ukraynada unikal etiraz və Saakaşvilinin İNQİLAB PLANI
Ukraynada Ali Radanın önündə etiraz aksiyası keçirən müxalifət qüvvələri maraqlı addım atıblar. Etirazçılar “Petya yeyin” şüarı səsləndirərək, Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus “Roşen” qənnadı fabrinin istehsal etdiyi “Petya” şokaladı yeyiblər.
ABŞ-ın PKK SİRRİ ORTAYA ÇIXDI: terrorçu geyimli amerikalı əsgərlər...
Suriyada Rakka şəhərinin İŞİD-dən azad edilməsi ilə bağlı ABŞ-ın sirri ortaya çıxıb. Əməliyyatdan reportaj hazırlayan hollandiyalı hərbi müxbir Hans Jaam Melissen YPG (PKK/PYD terror təşkilatının silahlı qanadı) üzvləri arasında ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin də olduğunu yazıb.
Ermənistana hərbi yardım nəyə hesablanıb?
Ənənəvi olaraq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesindən əvvəl və sonra müəyyən təxribatçı hərəkətləri ilə prosesə mane olan Ermənistana bu dəfə təxribatçı əməlində öz ağası da yaxından dəstək nümayiş etdirdi. Söhbət Rusiyadan və Azərbaycan-Ermənistan preidentlərinin Cenevrə görüşü ərəfəsində Moskvadan İrəvana növbəti hərbi yardımın ayrılmasından gedir.
Sergey Lavrov Avropa Şurasının baş katibi ilə görüşüb
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Avropa Şurasının baş katibi Torbyörn Yaqland arasında görüş keçirilib. Məlumata görə, görüşün yalnız protokol hissəsi mediaya açıq olub.
Yaponiyanın səfirliyində təxliyə - Bomba var?
Bu gün Moskvada Yaponiyanın səfirliyinə bomba qoyulması barədə anonim zəng olub. Anonim zəng paytaxt fövqəladə xidmətinə daxil olub. Məlumata görə, zəngdən dərhal sonra səfirliyin binası təxliyə edilib. Hazırda Qroxolski döngəsi 27 ünvanında yerləşən səfirliyin binası nəzarətə götürülüb. Binada mütəxəssislər tərəfindən axtarış aparılıır.
Putinin xüsusi Xəzər nümayəndəsi - Məqsəd nədir?
Xəbər verildiyi kimi ötən gün Rusiya prezidenti Dağıstan rəhbəri Ramazan Abdulatipovu özünün Xəzər regionu dövlətləri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edib.
Ərdoğan Bərzani ilə görüşü rədd etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İlə görüşməkdən imtina edib. Bu barədə diplomatik mənbələrdən məlum olub.
Kataloniyada erkən seçkilər keçiriləcək
İspaniyanın müxalif Sosialist partiyası və İspaniya hökuməti Kataloniyada erkən regional seçkilərin keçirilməsi barədə razılıq əldə edib. Seçkilərin 2018-cu ilin yanvarında keçirilməsi nəzərdə tutulur.
100-dən çox İŞİD üzvünü öldürən 24 yaşlı tələbə qıza gör ə 1 milyon dollarlıq vəd
Türkiyə ordusu ABŞ-ın əsas qalasına hücuma hazırlaşır
İdlib əməliyyatına başlayan Türkiyə Afrin və Münbiçə müdaxiləyə hazırlaşır. Türkiyə Afrin və Münbiçi təmizləyəcəyi təqdirdə, Suriya ilə 911 kilometrlik sərhəd xəttinin 511 kilometrliyinə nəzarəti ələ alacaq. “Fərat qalxanı” əməliyyatının davamı olan bu prosesdə məqsəd sərhədi terrorçulardan təmizləmək, həmçinin, yaradılacaq “təhlükəsizlik bölgələrinə” suriyalıları köçürməkdir. Ümumilikdə “Türkiyə qalxanı” adlandırılan əməliyyatda hər keçən gün irəliləyiş əldə olunur. Məlumata görə, Türkiyə ordusu Afrin və Münbiçə müdaxilə üçün ciddi hazırlıq görür.
Bina çökdü – Həlak olanlar var
Hindistanın cənubunda Tamil Nadu əyalətində avtobus şirkətinə aid bina çökdü. Olaylar bildirir ki, binanın çökməsi nəticəsində 8 nəfər həlak olub.
Rusiya və Ermənistan arasında hərbi saziş təsdiqləndi
Ermənistan prezidenti Serj Sarkisyan bu gün bir sıra qanunların təsdiqlənməsi ilə bağlı fərman verib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Məlumata görə, Sarkisyan Ermənistan və Rusiya arasında hərbi əməkdaşlıq haqqında sazişi də təsdiqləyib.
Rusiyalılar reklama nə qədər inanır?
ABŞ nüvə hücumuna hazır olmalıdır
MKİ direktoru Mayk Pompeo yeni açıqlamalar verib. Pompeo xəbərdar edib ki, Şimali Koreya nüvə silahı hazırlanmasında artıq sonuncu mərhələdədir. Rəsmi Pxenyan artıq ABŞ-a nüvə zərbəsi endirə bilər.
Dəniz Baykalı oğlu müalicə edəcək
Xəstəxanada ciddi müalicə altında olan CHP millət vəkili Dəniz Baykalın vəziyyəti ilə bağlı yenilik var. Həkimlərin açıqlamasına görə, kritik vəziyyəti geridə qoyan Dəniz Baykalın vəziyyətində geriləmə yoxdur. Müalicənin 5-ci günündə həkimlərin sırasına qatılan millət vəkilinin oğlu professor Ataç Baykal xəstəxananın icazəsi ilə atasının müalicəsində şəxsən özü iştirak edəcək.














