Rusiya və Ermənistan arasında hərbi saziş təsdiqləndi

Ermənistan prezidenti Serj Sarkisyan bu gün bir sıra qanunların təsdiqlənməsi ilə bağlı fərman verib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.  Məlumata görə, Sarkisyan Ermənistan və Rusiya arasında hərbi əməkdaşlıq haqqında sazişi də təsdiqləyib.

Belə ki, Sarkisyan Ermənistan və Rusiya arasında 2013-cü ilin iyunun 25-də "Ermənistan Respublikası və Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlığın inkişafı haqqında" imzalanmış müqavilə çərçivəsində təchiz olunan hərbi təyinatlı məhsulların mövcudluğu və məqsədyönlü istifadə olunmasına nəzarətin aparılma qaydası haqqında sazişi təsdiq edib. AzVision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31