Rusiyalılar reklama nə qədər inanır?

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi reklam informasiyasına etibar sorğusu keçirib. Novator.az xəbər verir ki, oktyabrın 20-də açıqlanan nəticələrə görə, respondentlərin 57%-i reklam xarakterli məlumata etibar etmir. Sorğuya qatılanların yalnız 3%-i reklama etibar etdiyini bildirib.

Reklama münasibətdə dəyişkən mövqe bildirənlər 38% təşkil edib: həmin respondentlər reklama hərdən inanır, hərdən yox.

Sorğuya cəlb olunanların 70%-i reklamları müntəzəm olaraq televiziyada, 50%-i isə internetdə gördüyünü deyib.

Respondentlərin böyük qismi reklamı müdaxilə kimi qəbul edir: 41% reklam dəqiqələrində diqqəti öz işinə yönəldir, 30% isə kanalı dəyişir.

Sorğu 11-13 oktyabr arası 1800 respondent arasında aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31