Dünya

Qlobal kibertəhlükəsizlik xərclərinin illik artımı nə qədər olacaq?

20 Oktyabr 2017 19:37

“International Data Corporation” (IDC) analitik şirkəti 2021-ci ildə dünyada informasiya təhlükəsizliyi sahəsində avadanlıq, proqram təminatı və servislər üçün xərclərin 120 milyard dollara yaxın olacağını proqnozlaşdırır.     Bütün sahələr tərəfindən artan kibertəhdidlərin öhdəsindən gəlmək və təhlükəsizlik sahəsində tələblərə cavab vermək məqsədilə kibermühafizə üçün vəsaitlərin ayrılması nəzərə alınaraq 2016- 2021-ci illərdə bu məqsədlər üçün xərclərin orta hesabla 9,6 faiz artacağı gözlənilir. Şirkətin qiymətləndirməsinə görə, 2017-ci ildə kibermühafizə aparat və proqram vasitələri və müvafiq servislərə investisiyalar 10,3 faiz - 83,5 milyard dollaradək artacaq. Bu məbləğin 80 faizindən çoxu xidmətlər və proqram təminatına sərf olunacaq.

Elektron imzanın rəqəmsal ticarətdə perspektivləri genişlənir

20 Oktyabr 2017 19:25

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə Bakıda birinci Rəqəmsal Ticarət Qovşağına dair beynəlxalq konfrans keçirilib.   "Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda təşkil edilən beynəlxalq konfransın açılış nitqini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı edib. O bildirib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk olaraq elektron ticarət və elektron kommersiya sahəsində dövlət – özəl əməkdaşlığı üçün gözəl bir nümunədir.

“Google Play” proqramları quraşdırmazdan öncə onları yoxlamağa imkan verəcək

20 Oktyabr 2017 19:17

“Google Play” proqramlar mağazasında istifadəyə verilmiş yeni “Instant Apps” funksiyası smartfona quraşdırılmamış proqramı işə salmağa imkan verəcək. Bu, proqram səhifələrində "indi yoxla" düyməsi şəklində reallaşdırılıb. Hazırda bu imkan yalnız ABŞ-da bir neçə proqram üçün əlçatandır, amma yaxın vaxtlarda bu funksiyanın dünyada bütün “Android” istifadəçiləri üçün əlçatan edilməsi planlaşdırılır.

“iOS 11” sisteminin bazar payı azalmağa başlayıb

20 Oktyabr 2017 19:14

Real vaxt rejimində “iOS” sistemi ilə işləyən elektronikanın statistikasını izləyən “Mixpanel” servisinin məlumatına əsasən, “iOS 11” mobil əməliyyat sisteminin təqdim edilməsindən sonra ilk dəfə onun bazar payı azalmağa başlayıb.  “ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “iOS 11” sistemi 19 sentyabr 2017-ci il tarixində təqdim edilib. 24 saat bu versiyanı “iPhone”, “iPad” və “iPod touch” istifadəçilərinin 10,1%-i yükləyiblər. Bir, iki və üç həftə sonra yeni sistemin bazar payı müvafiq olaraq 25%, 35% və 47% təşkil edib.

İnfarktın qarşısını alan makaron istehsal edildi

20 Oktyabr 2017 18:43

İtaliyanın Toskana şəhərində yerləşən “Sant Anna” tədqiqat məktəbinin elm adamları infarktın qarşısının alınmasında effetiv olan makaron hazırlayıb. Yeni makaron çeşidi vücudu stressə və damar xəstəliklərinə qarşı daha müqavimətli edir.

Ayda 50 kilometrlik mağara tapıldı

20 Oktyabr 2017 18:38

Ayın ətrafında dövr edən və Yaponiyaya aid "Selene" kosmik aparatı 50 metr eni, 50 metr dərinliyi olan bir mağara kəşf edib.  Yaponiya Kosmik Araşdırmalar Agentliyi mağaranın radio dalğaları ilə incələndiyini və səthinin altındakı boşluğun 50 km uzunluğunda olduğunu bildirib. Yaponların kəşf etdiyi mağarada su və buz ola bilər. Yeni kəşf Ayda bazar qurmaq ümidlərini artırıb.

İş axtaran qız ona edilən təklifdən şok oldu: mesajı paylaşdı - FOTOFAKT

20 Oktyabr 2017 18:30

Ankarada G.K. adlı iş axtaran tibb bacısı müraciət etdiyi iş elanında aldığı təkliflə həyatının şokunu yaşayıb. 5 illk tibb bacısı təcrübəsi olan G.K. həftədə 2 gün "Ankarada tibb bacısı axtarılır" elanına görə müraciət etmək istəyib.  Həftədə 2 gün olduğunu görüncə növbəli iş rejimi olduğunu düşünərək saytda elanın altında yazılan nömrəyə zəng etsə də cavab verən olmayıb.

İsrailin baş naziri Putin və Merkelə zəng etdi

20 Oktyabr 2017 18:25

İsrailin Baş naziri Benyamin Netanyahunun Almaniya kansleri Angeal Merkel və Rusiya prezidenti Vladimir Putinlə gizli telefon danışığının mövzusu yayılıb.

Keçmiş Türkiyə gözəli reanimasiyaya yerləşdirildi

20 Oktyabr 2017 18:15

1975-ci ildə Türkiyəni ikinci gözəli seçilən Manolya Onur reanimasiyaya yerləşdirilib. Keçmiş model ötən gün qəfuildən ürəyini tutaraq yerə yıxılıb. Xəstəxanaya çatdırılan Manolyanın ağciyərinə gedən damarlardan birinin tıxandığı müəyyən olunub. 

D-8 ölkələrinin birgə universiteti yaradılacaq - İRANDA

20 Oktyabr 2017 17:42

İranda D-8 sammiti ölkələrinin birgə universiteti yaradılacaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bu universitetdə bütün D-8 ölkələrinin tələbələri təhsil ala bilər. R.T.Ərdoğan həmçinin əlavə edib ki, D-8 ölkələri bütün sahələrdə münasibətləri möhkəmləndirməlidir.

Alimlərdən xəbərdarlıq: "Sərnişinnəqliyyatda qocalara yer verməyin, ömürlərini uzadın"

20 Oktyabr 2017 17:32

Azərbaycanda və bir sıra Şərq ölkələrində sərnişinnəqliyyatda özündən yaşlılara yer vermək ənənəsi var. Bir sıra alimlər bunun əleyhinə çıxırlar. Alimlər bildirirlər ki, yaşlılara yer verəndə iki dəfə düşünün. Ayaq üstə dayanmaq onlar üçün idman sayılır. Alimlər qeyd edirlər ki, müntəzəm olaraq belə idman hərəkətləri insanı 10 yaş cavanlaşdırır.

"Oğluma qız paltarları geyindirib, makiyaj edirdi" - Səs-küylü boşanmada TÜKÜRPƏDİCİ İDDİA

20 Oktyabr 2017 17:19

Qonca Akkuş iki uşağının atası Uğur Akkuşun model Ebru Şallı ilə Bodruma qaçmağını bağışlamayıb. Qonca Akkuş ərinə 40 milyon TL təzminat tələbi ilə boşanmaq üçün məhkəməyə müraciət edib. Qonca Akkuş qərarını: "Şiddət və qorxu içində yaşamamaq, ərimi başqa qadınlarla paylaşmamaq üçün ayrılmaq istəyirəm" sözləri ilə izah edib.

Türkiyənin Baş naziri də Ankara merini istefaya səslədi

20 Oktyabr 2017 16:56

Türkiyənin Baş naziri Binəli Yıldırım Ankara meri İbrahim Melik Gökçeki istefa verməyə çağırıb. Məlumata görə, B.Yıldırım İ.Gökçekin hökumətin tələbini yerinə yetirəcəyinə ümid etdiyini bildirib. Bu tələbin səbəbi barədə məlumat verilmir.

Avropada türklərə ÖLÜM TƏHDİDİ: “İntiqam” andı içdilər və... – Türkiyəyə qarşı YENİ HÜCUM

20 Oktyabr 2017 16:37

PKK üzvləri Avropada türklərə qarşı “intiqam” hücumları edəcəklərini bəyan ediblər. Terror qruplaşmalarının Avropadakı üzvləri açıqlamalarında “Türk mərkəzləri, AKP və MHP-yə bağlı qurum və təşkilatlar hədəfədir, Avropa bu hücumların qarşısında dayana bilməyəcəklər” deyə bildiriblər.

Universitetin önündə əcnəbi tələbəyə təcavüz etdilər

20 Oktyabr 2017 16:18

Axşam saatlarında Texniki Universitetin yaxınlığında sevgilisi ilə görüşməyə gələn qıza təcavüz edib, pul kisəsini oğurlayıblar. Türkiyədə əslən Qırğızıstandan olan tələbəni zorla qolundan çəkərək tənha küçəyə salan şəxs ondan pul kisəsini istəyib. Daha sonra isə bıçaqla hədələyərək təcavüz edib. Huşunu itirmiş halda uzanan qızı yoldan keçən şəxslərdən biri görüb və xəstəxanaya aparıb.