Dünya
Dünya Bankı Azərbaycanla bağlı proqnozunu AÇIQLADI
2017-ci ildə Avropa və Mərkəzi Asiya regionunun iqtisadiyyatı 2,2% böyüyəcək. Bu barədə Dünya Bankının (DB) yenilənmiş proqnozunda deyilir. May ayında dərc olunan sənəddə iqtisadi artım tempi ilə bağlı proqnoz 1,9% səviyyəsində olub.
"Rusiya münaqişənin sülh yolu ilə həllinə sadiqdir" - Uorlik
ABŞ və Rusiya arasında gərgin münasibətlərə baxmayaraq, Qarabağ münaqişəsi bizim rəsmi Moskva ilə sıx əməkdaşlıq etdiyimiz sahələrdən biridir. Bunu ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.
Müəllim "D" hərfini yaza bilməyən 1-ci sinif şagirdini şillələdi - VİDEO
Türkiyənin Adana şəhərində Hacı. A. adlı müəllim yazı taxtasına çıxardığı 1-ci sinif şagirdi Salih G.-nı "D" hərfini yaza bilmədiyi üçün döyüb. Hadisə anının görüntüsü internetdə yayılıb.
Amerikanın ƏLƏVİ SSENARİSİ: Türkiyə üçün xaos PLANI
ABŞ-ın Türkiyə daxilində xaos yaratmağı planlaşdırır. Bu barədə Vətən Partiyasının rəhbəri Doğu Perinçek deyib. Onun sözlərinə görə, ABŞ Türkiyə daxilində ələvi tələsi hazırlayır.
Olimpiya çempionu: Fürsət tapan kimi məni zorlayırdılar
Ermənilər Xocavənddə tarixi abidələrimizi dağıdır
Dağlıq Qarabağdakı tarixi abidələr separatçı ermənilər tərəfindən məhv edilir. Hazırda Xocavənd şəhərində yerləşən Qırmızıbazar qəsəbəsində qədim binalar sökülür. Belə ki, həmin binaların yerində 2 çoxmərtəbəli bina inşa ediləcək. Tikintini aparan “Rafo” şirkətinin direktoru Karen Alaverdyan bildirib ki, artıq işin birinci mərhələsi başlayıb. Məlumata görə, ermənilər hərmin ərazidə 4 mərtəbəli 3 və 4 otaqdan ibarət 2 bina tikilməyi planlaşdırılır.
Sarkisyan baş nazir, Karapetyan isə müavini olacaq
Ermənistanda hakimyyət daxilində yeni razılaşma əldə olunub. Cenevrə görüşündən əvvəl və sonra aparılan üzünmüddətli danışıqlar nəticəsində prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında vəzifə bölgüsü aparılıb.
“O, öləndə 24 saat otağımdan çıxmadan ağladım” - İvanka Tramp
Amerika liderinin qızı İvanka Tramp yeniyetməlik dövrünə aid maraqlı etiraf edib. Xatirələrini bölüşən xanım Tramp 90-cı illərdə rok həvəskarı olduğunu, hətta bir dəfə saçını göy rəngə boyadığını deyib. O, göy saçlarını görəndə anasının hirsləndiyini, yenidən əvvəlki rənginə boyatdırdığından söz açıb.
PKK ABŞ əsgərlərini həbs etdi
PKK/PYD terror qruplaşması onlara dəstək verən ABŞ əsgərlərini həbs edib. Həbs olunanlar Kevin Hovard və Taylor Hudsondur. K.Hovard 28 yaşındadır, ABŞ ordusunun keçmiş əsgəridir. 1 ildir Suriyada PKK/PYD qruplaşması tərkibində döyüşür. T.Hudson da keçmiş Amerika əsgəridir. Hovardla birlikdə terror qruplaşmasına qoşulub.
Yaponiyanın cənubu 6,1 balla "silkələndi"
Yaponiyanın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanlar Okinava adası yaxınlığında, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində sunami təhlükəsi yaranmadığı bildirilib. İnsan təlafatə və dağıntılar qeydə alınmayıb.
İspaniya Kataloniyanın muxtariyyətini dayandırır
İspaniya hökuməti Kataloniya vilayətinin muxtariyyət statusunun dayandırılmasını bəyan edib. Məlumata görə, mərkəzi hakimiyyət Kataloniyada özünüidarə sisteminin məhdudlaşdırılmasını nəzərdə tutan Konstitusiyanın 155-ci maddəsinin tətbiqi üçün prosedura başlayacaq.
16 yaşlı Kübra sevgilisinə qurban getdi
Sevgilisi ilə görüşməsin deyə qardaşları tərəfindən evdə dustaq kimi saxlanılan 16 yaşlı D.Kübra faciəli şəkildə həyatını itirib. Hadisə Türkiyənin Bursa şəhərində baş verib. Valideynlərini itirdikdən sonra qardaşları ilə birlikdə yaşayan Kübra sevgilisi ilə qaçmaq istəyib. Qardaşlarının evdə olmadığından istifadə edən qız yaşadıqları 6 mərtəbəli binanın 3-cü mərtəbəsindən düşmək istəyib. Pərdə ilə yataq örtüyünü bir-birinə düyünləyən qız pəncərədən düşmək istəyərkən müvazinətini itirərək 10 metr yüksəklikdən yerə çırpılıb.
Şimali Koreya ABŞ-ı ağlasığmaz zərbə ilə hədələdi
Koreya Xalq Demokratik Respublikası ABŞ-ı gözləmədiyi bir vaxtda ərazisinə ağlasığmaz zərbə endirəcəyi ilə təhdid edib. Bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi Şimali Koreyanın dövlət xəbər agentliyinə istinadən yazıb. Bildirilir ki, xəbərdarlıq Koreya yarımadası yaxınlığında ABŞ və Cənubi Koreya gəmilərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərlə əlaqədar edilib.
Yeznəsini təcavüzdə günahlandıran müğənni öldürüldü - VİDEO
Hindistanın məşhur müğənni və rəqqasələrindən olan 22 yaşlı Harşita Dahiya naməlum şəxslər tərəfindən ölürülüb. Konsertindən qayıdan müğənni Chamara mahalında güllələnib. Başından və boynundan güllə yarası alan müğənni yerindəcə keçinib. Şübhəlilər hadisə yerindən qaçıblar.
Saakaşvilinin tərəfdarları yenidən Kiyevin mərkəzində toplaşıb
Kiyevin mərkəzində Mixail Saakaşvilinin tərəfdarları toplaşmağa başlayıb. Ali Radanın qarşısında çadır quran mitinq iştirakçıları tələblərinin yerinə yetirilməsini istəyir. Bu gün parlamentin iclasında tələblərin bəzilərinə baxılacağı gözlənilir.














