Dünya

İsveç Şimali Koreyadan 43 il əvvəlki borcunu tələb edib

23 Oktyabr 2017 16:03

İsveç Şimali Koreyadan 43 il əvvəl "Volvo" avtomobillərinin tədarükü ilə bağlı yaranmış borcu qaytarmasını tələb edib.

Türkiyə hökuməti Almaniyadan 81 nəfərin ekstradisiyasını tələb edib

23 Oktyabr 2017 16:00

Türkiyə hökuməti Almaniyadan 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddə şübhəli bilinən 81 nəfərin ekstradisiyasını tələb edir. “Deutsche Welle” xəbər verir ki, bunu Almaniya Federal Ədliyyə Nazirliyi ölkə parlamentindəki “Sollar” fraksiyasının məsələ ilə bağlı sorğusunu cavablandırarkən bildirib.

ABŞ Türkiyəyə qarşı hücuma hazırlaşır - BÖYÜK TOQQUŞMA

23 Oktyabr 2017 15:52

İdlibin təmizlənməsi əməliyyatına başlayan Türkiyəyə qarşı yeni hücum planlaşdırılır. PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-dən təşkil olunan Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ-ın dəstəyi ilə Rakkanı İŞİD-dən təmizləyəndən sonra İdlibə hücuma hazırlaşır.

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

23 Oktyabr 2017 15:50

"Rusiya şirkətləri İraqKürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdırlar". Məlumata görə, bunu Rusiyanın xarici işlər naziriSergey Lavrov iraqlı həmkarı İbrahim əl-Cəfəri ilə keçrilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib. 

Sergey Lavrov: “Ümid edirik ki, Bağdadla İraq Kürdüstanı arasında müharibə olmayacaq”

23 Oktyabr 2017 15:45

“Moskva Bağdadla İraqKürdüstanı arasında müharibə olmayacağına ümid edir”. Bunu Rusiyanın xarici işlər naziriSergey Lavrov iraqlı həmkarı İbrahim əl-Cəfəri ilə keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.  S. Lavrov Rusiyanın rəsmi Bağdad və Ərbilə İraq Kürdüstanı ətrafında vəziyyətin nizamlanmasına dair planlarını təklif etməyəcəyini deyib: "Hesab edirəm ki, planda tərəflər özləri birbaşa dialoqa getməyə, yoxsa onlara hansısa vasitəçinin olmasına qərar verməlidir".

Əsəd rejiminin etibarlı şəxsi rejimdaxili qarşıdurmada öldürülüb

23 Oktyabr 2017 15:23

Əsəd rejiminin ən yaxın və sadiq adamlarından olan, dinc əhalliyə qarşı zülüm və qətliyamlar ilə adı hallanan general İssam Zühüriddin Deyr Əz Zorda rejimdaxili münaqişənin qurbanı olab.

Yaxın Şərq və Suriya siyasəti Rusiyaya dividentlər qazandırır

23 Oktyabr 2017 15:08

Yaxın Şərqdə supergüclərin regiona nəzarət uğrunda mübarizəsi yeni bir mərhələyə qədəm qoyur. Bir neçə il əvvəl Suriyada başlayan bu mübarizə sonradan İraqa keçsə də, lakin proseslər yenə də Suriyaya doğru istiqamət götürüb. Hazırda yenə də Suriyada mübarizə əsas etibarilə dünyanın iki güc mərkəzi, Rusiya ilə Birləşmiş Ştatlar və onun müttəfiqləri arasında gedir.

PKK-nın Laçın və Kəlbəcərdəki təlim düşərgələri

23 Oktyabr 2017 14:47

Yarandığı gündən Türkiyəyə qarşı amansız mübarizə aparan, qardaş ölkədə zaman-zaman silsilə terror aktları həyata keçirən, bu ölkəni parçalamağa çalışan PKK terror təşkilatı son illərdə Türkiyə Silahlı Qüvvələrinin uğurlu antiterror əməliyyatları nəticəsində qismən zərərsizləşdirilsə də, lakin terror şəbəkəsini tamamilə məhv etmək hələlik Ankaraya tam nəsib olmur. Bunun isə bir çox səbəbləri var. Əsas səbəblərdən biri ondan ibarətdir ki, PKK terror təşkilatına qonşu İraqda güclü dəstək verilir. Xüsusilə, Şimali İraq demək olar ki, PKK-nın nəfəslik rolunu oynayır. Terror şəbəkəsinin həm canlı qüvvəsi, həm də silah-sursatının böyük bir qismi məhz Şimali İraqdan təmin edilir.

İŞİD vəhşətinin yeni dəlilləri ortaya çıxdı - 128 ÖLÜ

23 Oktyabr 2017 14:38

İŞİD terror təşkilatının 20 gün nəzarət etdiyi Karyatayn qəsəbəsində yaşanan dəhşətlərin üstü açılıb.  Xüms şəhərinin cənubundakı qəsəbədə 128 cəsəd tapılıb. Bu barədə mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Haqları Qurumu məlumat verib.

Polis qəribə canini axtarır: 107 müsəlman qadına hücum etdi

23 Oktyabr 2017 14:18

Qəflətən kimsə arxadan saçlarımdan yapışdı, sonra bıçaqla kəsdi. Qorxudan səsim tutulmuşdu, qışqıra da bilmədim. 53 yaşlı Taslema adlı qadın axşam saatlarında hücuma məruz qaldığını deyib. Onun sözlərinə görə, arxadan yaxınlaşan kişi onun saçlarından yapışıb, sağ əlinə dolayıb, sonra da sol əlindəki bıçaqla onun saçlarını kəsib.

Ermənistan ordusunun daha bir hərbçisi öldü

23 Oktyabr 2017 14:06

Ermənistanın Vayots Dzor vilayətinədə ağır yol qəzası baş verib. Bu gün saat 08:50 radələrində 19 yaşlı Qevorq Xanamiryan idarə etdiyi UAZ markalı 34 UN 427 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.

6 yeni tipli sualtı qayığının istehsalına başlanıldı – Türkiyə

23 Oktyabr 2017 13:44

27 oktyabrdan etibarən  Türkiyə 6 yeni tipli sualtı qayığının istehsalına başlayır. Türkiyə Milli Müdafiyyə Nazirinin iştirakı ilə keçiriləcək təntənəli mərsaimdə hidrojen yanacağı texnoloqiyası ilə çalışan “Rəis” tipi sualtı qayıqlarının istehsalına start veriləcək.

Bakıya gəlmək istəyən məşhur erməni aktyorun qızı yaşındakı ARVADI QAÇDI

23 Oktyabr 2017 13:27

Moskvada yaşayan məşhur erməni aktyor Armen Ciqarxanyanın arvadı qaçıb. Erməni aktyor arvadı Vitalina Tsımbalyuk-Romanovskayanı onu öldürməkdə və mal-mülkini oğurlamaqda ittiham edir. Arvadından boşanmaq istəyən erməni aktyorun ailədaxili qalmaqalı ər-arvadın işlədiyi teatra da sirayət edib. “Vesti.ru”nun məlumatına görə, Ciqarxanyan bu qalmaqaldan sonra direktoru olduğu teatrdan istefa verib. Arvadı Romanovskaya isə teatrın arxa qapısından qaçıb. Hazırda erməni aktyorun bütün var-dövləti arvadının əlindədir. Özü isə evsiz qalıb.

Kərkük məğlubiyyətindən sonra Bərzanidən ŞOK QƏRAR

23 Oktyabr 2017 13:26

Şimali İraq Kürd Muxtariyyətində noyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkiləri təxirə salınıb. Bu barədə kürd muxtariyyətinin mərkəzi seçki komissiyasının rəhbəri Hendrean Muhammed “Röyetrs”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, namizədlərin irəli sürülməsi prosesi ötən həftə başa çatıb: “Lakin bu proses bir həftə də uzadıldı. Seçki noyabrın 1-də olacaqdı, amma təxirə düşdü. İndi parlamentdən yeni seçki tarixini müəyyənləşdirməyi istəyəcəyik”.