Dünya

Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."

23 Oktyabr 2017 18:35

Avstraliyada qayığını itirən ingilis Con Kreyq arxasınca düşən köpək balığından xilas olmaq üçün 3 saat dayanmadan üzüb.  34 yaşlı dalğıc suyun üzərinə çıxarkən içində bir dostunun da olduğu qayığını görə bilməyib. Yardım çağırmaq üçün çırpınan dalğıc bi köpək balığının ona doğru yaxınlaşdığını görüb.

Halı pisləşən Emel Sayına ilk yardımı həmkarı göstərdi

23 Oktyabr 2017 18:25

Müğənni Emel Sayının həmkarı Ferhad Göçerlə verdiyi konsert zamanı halı pisləşib.  Təzyiqi düşən sənətçi tamaşaçılardan üzr istyərək konserti yarımçıq qoyub. Kulisə qayıdan Emelə ilk yardımı ixtisasca həkim olan Fərhad göstərib. 

Çexiya Senatının sədr müavini: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır

23 Oktyabr 2017 18:20

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Bunu Azərbaycanda səfərdə olan Çexiya Senatının sədr müavini Yirji Şestak deyib. Y.Şestak qeyd edib ki, təcrübə də münaqişələrin sülh yolu ilə həllinin ən yaxşı variant olduğunu göstərir: "Bizim tarixi təcrübəmiz göstərir ki, iki ölkə arasında münaqişə yaratmayan və münaqişənin gələcəkdə daha da dərinləşməsinə səbəb olmayan həll variantı sülh və qarşılıqlı anlaşma yoludur". Senatın sədr müavini bildirib ki, Çexiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfəsi tərəfləri sülh variantına təşviq etmək və münaqişənin sülh yolu ilə həllinə nail olunmasına dəstək göstərməkdən ibarət ola bilər.

2 il əvvəlin “Böyük Kürdüstan” ideyası: Bərzaniyə dəstək verən ölkələr haqqında ŞOK FAKTLAR - İLK DƏFƏ

23 Oktyabr 2017 18:01

İraq Kürd Muxtariyyətinin referendumuna kameralar önündə qarşı çıxan Səudiyyə Ərəbistanı və BƏƏ-nin arxa planda lobbi fəaliyyətləri yürütdüyü və sosial mediada aktiv fəaliyyət göstərdikləri ortaya çıxıb.

Ermənistanın müdafiə naziri jurnalistlərdən qaçdı

23 Oktyabr 2017 17:47

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bu gün ölkə parlamentinin iclasında jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırıb.

Hollivudda yeni qalmaqal: 38 qadına təcavüz edən rejissor gündəmi silkələdi

23 Oktyabr 2017 17:42

Bütün dünyada gündəm olan Harvi Veynşteyn qalmaqalından sonra daha bir "Oskar" namizədi cinsi təcavüz iddiaları ilə gündəmə gəlib. 72 yaşlı rejissor və ssenarist Ceyms Tobak 38 qadına cinsi təcavüz etməkdə təqsirləndirilib. İddialara görə, rejissor qadınlara Nyu-York küçələrində yaxınlaşıb və onlara ulduz olacaqlarına dair vədlər verib.

Tillerson qəfil Əfqanıstana getdi

23 Oktyabr 2017 17:39

ABŞ-ın dövlət katibi Reks Tillerson Əfqanıstana elan olunmamış səfər edib. Bu barədə ABŞ-ın Əfqanıstandakı səfirliyi məlumat verib. R.Tillerson paytaxt Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb.

Evinin tualetində iş yoldaşı ilə arvadını YAXALADI və... - Gizli sevişmənin DƏHŞƏTLİ SONU

23 Oktyabr 2017 17:37

Türkiyənin paytaxtı Ankarada Sami Uysal adlı şəxs birlikdə işlədiyi Ərhan Kartalı bıçaqlayıb. Hadisəyə səbəb S.Uysalın iş yoldaşı ilə arvadının münasibətindən şübhələnməsidir.

İbadidən ABŞ-a sərt bəyanat: “Heç kimin daxili məsələmizə qarışmaq ixtiyarı yoxdur”

23 Oktyabr 2017 16:51

İraqın Baş naziri Heydər əl İbadi ABŞ xarici işlər naziri Reks Tillersonun açıqlamasına sərt reaksiya verib. O, R.Tillersonun “iranlı milislər və xarici döyüşçülər İraq torpaqlarını tərk etsin” açıqlamasına “heç kimin İraqın daxili işlərinə qarışmaq haqqı yoxdur” cavabını verib.

Ermənistanda mədəndə uçqun - Ölən var

23 Oktyabr 2017 16:46

Ermənistanın Lori vilayətində, Yerevandan 200 kilometr məsafədə yerləşən mədəndə baş vermiş uçqun nəticəsində bir nəfər həlak olub. Dağıntılar altında insanların qaldığı ehtimal olunur.

"Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır" - Kazimirov

23 Oktyabr 2017 16:36

"Ermənistanda Azərbaycan ərazilərinin hərbi əməliyyatlar zamanı işğal olunduğunu anlamalıdırlar və bu, onların Ermənistana aid olduğu mənasını vermir. Danışıqların əsas və ciddi hissəsi budur. Sənə aid olmayanı qaytarmaq lazımdır..." Bu barədə 1992-1996-cı illərdə Rusiyanın vasitəçilik missiyasının rəhbəri, ATƏT Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirov "Joğovurd" qəzetinə müsahibəsində bildirib.

ƏXLAQSIZ QOCA kameraya düşdü: oğlan uşaqlarına yaxınlaşaraq pul qarşılığında... - VİDEO

23 Oktyabr 2017 16:34

İstanbulun mətkəzində yaşlı bir adamın etdiyi fırıldaqçılıq görənləri təəccübləndirib. İddiaya görə, yaşlı kişi 18-20 yaşlarında oğlan uşaqlarına yaxınlaşıb, onlara xoşagələn sözlər dedikdən sonra pul qarşılığında görüşmək təklifi edir. Bir neçə dəfə gənclərə yaxınlaşaraq danışmağa çalışması kameralara da düşüb.

Türkiyə İraqın şimalında əməliyyata başladı - 50 terrorçu məhv edildi

23 Oktyabr 2017 16:32

Türkiyənin Hərbi-Hava Qüvvələri İraqın şimalında əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində PKK terror təşkilatının 47 üzvü zərərsizləşdirilib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Monqolustan dağlarında 10 alpinist öldü, 7 nəfər itdi

23 Oktyabr 2017 16:22

Monqolustanın mərkəzində Xanqay dağlarında qar uçqunu nəticəsində azı 10 alpinist həlak olub. Məlumatına görə, daha 7 nəfərin itkin düşdüyü bildirilir. Hazırda bölgədə axtarışlar aparılır. Məlumata gröə, axtarış-xilasetmə işlərinə 100 xilasedici, iki helikopter və digər texnika cəlb edilib.

"Exo Moskvı" radiostansiyasına hücum: aparıcı boğazından yaralandı

23 Oktyabr 2017 16:05

Polis "Exo Moskvı" radiosunun aparıcısı Tatyana Felqenhauer-ə hücumun əsas versiyası kimi dələduzluğu nəzərdən keçirir. Bu barədə məlumatlı mənbəyə istinadən “İnterfaks” yazıb. "İlkin məlumatlara görə, Tatyana Felqenhauer-ə hücum etmiş şəxs jurnalistlə tanış olub. Bu hadisədə şəxsi motiv nəzərdən keçirilir. Hücum Felqenhauer-in jurnalistlik fəaliyyəti ilə bağlı deyil”, -deyə agentliyin həmsöhbəti bildirib.