Dünya
Mardində terror
Türkiyənin Mardin şəhərində teroor hadisəsi baş verib. Olaylar bildirir ki, PKK terror təşkilatının üzvləri əl istehsalı olan partlayıcı qurğunu Kamor bölgəsində yerləşən polis avtomobillərinin dayanaçağında işə salıblar.
Baş nazirin müavininin mənzili atəşə tutuldu
Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub. Bu barədə REN TV xəbər verib. İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir.
Peşələrinə görə kişilərin cinsi göstəriciləri fərqli olur? - XARAKTERİSTİKA
Fərqli peşələrdə çalışan həyat yoldaşları olan qadınların qatıldığı bir araşdırmada kişilərin cinsi həyatı peşələrə görə araşdırılıb. Araşdırmanın nəticələri isə çox maraqlı olub. Sənətçilər Araşdırmanın nəticəsinə görə, yataqda ən yaxşı olan kişilər sənətçilərdir. Onlar 100 faiz səslə ön sevişmədə “mükəmməl” olaraq dəyərləndirilib. 73 faizin fikrinə görə isə, sənətçilər xanımlarını yataqda tamamilə qane edir.
Ronaldo ilin ən yaxşısı seçildi
"Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib. O, bu ad uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı ("Barselona"/"PSJ") qabaqlayıb.
ABŞ dövlət katibi Bağdada səfər etdi
Ukrayna prezidentinə qarşı sui-qəsdin qarşısı alınıb
Ukrayna prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir. Məlumata əsasən, sui-qəsdin qarşısı oktyabrın 22-də P.Poroşenkonun Donetsk vilayətinin Avdeevka şəhərinə səfəri zamanı alınıb. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun iki üzvü müqavimət göstərərkən məhv edilib. Onların üzərilərindən xeyli sayda silah sursat aşkarlanıb. Cinayətdə əli olan digər şəxslərin axtarışı davam edir.
Avtonom üzən ev konsepti təqdim edilib
ABŞ-ın “Arkup” şirkəti həyat üçün tam yararlı avtonom ev konseptini təqdim edib. 30 kVt gücündə günəş panelləri və iki ehtiyat elektrik generatorla enerji ilə təchiz edilən üzən ev şəhərlərin elektrik şəbəkəsinə qoşulmanı tələb etməyəcək. Bundan başqa, ikimərtəbəli “Arkup” evi üzmə zamanı stabilləşdirə və onu sudan qaldıra bilən hidravlik dirəklərə malikdir.
Mətn mesajlarında yalanı aşkar etmək üsulu məlum olub
Nyu-Yorkda Kornell Universitetinin alimləri mətn mesajlarında yalanı müəyyənləşdirmək üsulunu aydınlaşdırıblar. Bu haqda “Daily Mail” nəşri yazır.
İnformasiya təhlükəsizliyi bazarında 120 milyard dollarlıq artım proqnozlaşdırılır
"IDC" analitik şirkəti təhlükəsizliklə əlaqədar proqram təminatı, avadanlıq və xidmətlərin satış həcminin yaxın illərdə illik artımının orta hesabla 9,6 faiz təşkil edərək 2021-ci ilədək 119,9 milyard dollara çatacağını proqnozlaşdırır. 2017-ci ildə bazarda artımın 2016-cı illə müqayisədə 10,3 faiz çoxalaraq 83,5 milyard dollar səviyyəsində olacağı gözlənilir.
Uşaqların öyrədilməsi üçün robot pişik təqdim olunub
Rusiyanın Soçi şəhərində keçirilən Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında gənc auditoriyanı maraqlandırmaq və proqramlaşdırma və robot texnikasına marağı cəlb etmək məqsədilə uşaqları öyrədə bilən robot pişik təqdim edilib.
BMT eksperti dövlətləri fərdi məlumatların mühafizəsi məqsədilə son dərəcə təhlükəsiz sistemlər yaratmağa çağırıb
BMT Baş Məclisinin 72-ci sessiyasının Üçüncü Komitəsinin iclasında çıxış edən BMT eksperti Cozef Kannataçi dövlətləri istənilən məxfi fərdi məlumatların açıq girişə düşməsinin qarşısını almağa çağırıb. O, belə informasiyanın mühafizəsi məqsədilə son dərəcə təhlükəsiz sistemlər yaratmağı tövsiyə edib.
“Microsoft” qurğuların buraxılışını dayandırmayacaq
“Microsoft” korporasiyasının “Windows” sistemi və qurğular bölmələrinin rəhbəri Yusif Mehdi brend həvəskarlarını istehsalçının diqqəti “Surface”, “Xbox” və “HoloLens” məhsullarına yönəltməsinə görə narahat olmamağa çağırıb.
Dünyada süni intellekt məsələləri üzrə ilk nazirlik yaradılıb
Birləşmiş Ərəb Əmirliklərində Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən sonra dünyada süni intellekt məsələləri üzrə ilk nazirlik yaradılıb.
Feysbuk paylaşımı həbsxanalıq etdi
İsrail polisi Fələstinli bir adamı feysbuk paylaşımının yanlış tərcümə edilməsi səbəbindən nəzarətə alıb. O, sadəcə sosial şəbəkədəki hesabında ərəb dilində “sabahınız xeyir” yazıb. Lakin bu ifadə ivrit dilinə “onlara hücum edin” kimi tərcümə edilib. Adı açıqlanmayan adam bu ifadəni buldozerin yanındakı şəkli ilə paylaşıb.
Ərindən Demet Akalınla bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA
Tanınmış türkiyəli ifaçı Demet Akalının biznesmen əri Okan Kurt bu gün mətbuat konfransı keçirib. Biznesmenin mətbuat nümayəndələrini başına toplamaqda məqsədi iş həyatındakı yeniliklərlə bağlı olub. Konfransdan sonra maqazin müxbirlərilə danışan Okan yenidən ata olacağını bildirib: “Demet 85 faiz hamilədir. İnşallah ikinci övladımız olacaq”.














