Baş nazirin müavininin mənzili atəşə tutuldu

Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub. Bu barədə REN TV xəbər verib. İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir.

Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub. Bu barədə REN TV xəbər verib.

İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir. Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində mənzilin pəncərə şüşələri sınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb. Telekanalın xəbərinə görə, oktyabrın 19-da faktla bağlı cinayət işi açılıb. Hələ ki, faktla bağlı rəsmi açıqlama verilməyib. Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31