Dünya
Dünya üçün BÖYÜK TƏHLÜKƏ: Diktator BİOLOJİ SİLAH hazırlatdırır
Qərb ekspertləri bu nəticəyə gəldilər ki, Koreya Xalq Demokratik Respublikasının alimləri nüvə proqramından başqa, bioloji silahın hazırlaması ilə də məşğul olurlar. "Belfer" tədqiqat mərkəzindən məsələyə aydınlıq gətirilib. Onların məlumatına görə, fərarilərin şahidlikləri o haqda danışmağa imkan verir ki, bioloji silahın hazırlanması 1960-cı illərin başlanğıcından aparılır. "Independent" qəzeti yazır ki, məhz belə silahın yaradılması vəbanın, qarın yatalağının və çiçək partlayışlarının səbəbi olur. Bura həm də Kim Çen Inın qardaşı Kim Çen Namanın Kuala-Lumpur aeroportundakı qətli də aiddir. Xatırladaq ki, o zaman əsəb sistemini ölümcül iflic edən VX reagentindən istifadə edilmişdi.
İraq ordusu Türkiyə sərhədinə yaxınlaşdı
İraqın şimalındakı Sincarı peşmərgədən təmizləyən İraq ordusunun yeni hədəfi məlum olub. Ordu Ankara və Bağdadın açmaq istədiyi Ovaköy sərhəd qapısına doğru hərəkət edir. Artıq Duhokun qərbini keçən əsgərlər Feys Habura çatıb.
Rusiya İrəvanı Bakını hədələdiyi silahdan məhrum edib - Düşmənin SİRRİ AÇILIR
“Rusiyanın Ermənistana verdiyi “İskəndər” raketləri ötən ilin 21 sentyabrında İrəvanda keçirilən hərbi paradda nümayiş etdirildi. Rusiya və erməni rəsmi dairələr bundan təbliğat məqsədilə istifadə etdilər, halbuki, bu raketlərin Ermənistana heç bir aidiyyəti yoxdur”.
PKK edam komandası qurdu: 87 nəfər məhv edildi
PKK terror təşkilatı yeni edam komandası təşkil edib. PKK təşkilatdan qaçanların və təslim olanların dərhal vurulmasını əmr edib. Edam komandası isə təşkilatdan qaçmaq istəyən 87 terrorçunu məhv edib. Buna baxmayaraq, 101 terrorçu qaçmağı bacarıb. Təşkilat bəzi edamları intihar, xəstəlik, qəza, bəzilərini isə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında “ölmüş” adı altında verib.
Polis bölməsinə silahlı və bombalı hücum: ölən və yaralananlar var
Yəmənin cənubunda yerləşən Abyan bölgəsindəki polis bölməsinə silahlı hücum təşkil edilib. Hadisə nəticəsində 4 polis ölüb, 9-u yaralanıb. Polis bölməsinə öncə bombalı avtomobillə hücum edilib, daha sonra silahlı şəxslər basqın həyata keçirib.
Avtomobilində mahnı oxuduğuna görə cərimələndi: "Bilmirəm səsim pisdir, yoxsa ..."
Avtomobil ilə yol gedərkən mahnı oxumaq baş qarışdırmaq və vaxt keçirmək üçün ən gözəl üsuldur. Lakin aşağıda adı çəkilən şəxs avtomobilində mahnı oxuduğuna görə 149 dollar cərimələnib.
Türkiyə 6 sualtı qayıq inşa edəcək
Türkiyənin müdafiə sistemini gücləndirmək məqsədilə 6 sualtı qayığın tikintisi planlaşdırılıb. Layihə ilkin olaraq 2,7 milyard dollar dəyərləndirilir. Sualtı qayıqların İzmir vilayətində, Gölcük tərsanəsində inşa olunacağı bildirilir.
İŞİD Suriyada NATO-nun silahlarından istifadə edir
Suriya hərbçiləri Meyadin şəhərində İŞİD terrorçularının ən böyük silah və zirehli texnika anbarını ələ keçiriblər. Anbarda tank əleyhinə silahlar, artilleriya qurğuları, terrorçuların İraq ordusundan ələ keçirdiyi tank və zirehli nəqliyyat vasitələri olub.
Sosial şəbəkələrdə terroru təbliğ edənlər həbs olundu
Türkiyənin Siirt vilayətində sosial şəbəkə hesablarından PKK terror təşkilatını təbliğ edənlər həbs olunub. Olaylar bildirir ki, Siirt Respublika Prokurorluğu sosial şəbəkələrdən terroru təbliğ edən 7 nəfərin ünvanıda eyni zamanda əməliyyat həyata keçirib.
3 aylıq körpənin tibbi analizləri hər kəsi heyrətləndirdi
Türkiyənin İzmir şəhərində 3 aylıq körpə uşağın tibbi analizlərindən alınan nəticə hər kəsi heyrətləndirib. Olaylar bildirir ki, körpənin anası uşağı huşsuz halda xəstəxanaya çatdırıb. Həkimlərin uşağa etdikləri tibbi analizlərin nəticəsində uşağın qanında narkotik maddə və antidepresant maddələr aşkarlanıb. Bütün günü uşağın yatdığını qeyd edən ana narkotik maddə istifadəçisi olmasa da, əvvələr psixatrik müalicə aldığı məlum olub. Lakin, son iki ildə ana heç bir müalicə almır.
Şoyqu: "Suriyada İŞİD-in nəzarəti altında 5 faiz ərazi qalıb"
Suriyada İŞİD-in nəzarəti altında 5 faiz ərazi qalıb. Bunu Rusiya müdafiə naziriSergey Şoyqu ASEAN ölkələri müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, əməliyyatlar başlamazdan öncə İŞİD ölkə ərazisinin 70 faizini nəzarətdə saxlayırdı.
Dünyanın ən bahalı selfisi - 626 milyonluq
Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) öz versiyası üzrə 2017-ci ilin rəmzi komandasını açıqlayıb.
Türkmənistanda 4,2 bal gücündə zəlzələ oldu
Türkmənistanda 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Türkmənistanın paytaxtı Aşqabaddan 385 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Bığlı və saqqallı "Mona Liza" rekord qiymətə satıldı
Məşhur rəssam Leonardo Da Vinçinin "Mona Liza" əsərinin reproduksiyası satışa çıxarılıb. Fransız rəssam Marsel Düşanın bığ və saqqal əlavə etdiyi şəkil 743 min dollara satılıb. Parisdə baş tutan auksionda 110 rəsm kolleksiyası arasında "Mona Liza" repreduksiyası böyük marağa səbəb olub.














