Dünya

İspaniyadan İtaliyaya gələn avtobusda 800 kq narkotik tapıldı

24 Oktyabr 2017 14:38

İtaliyanın Neapol şəhəri yaxınlığında polis avtobusda 800 kiloqram narkotik vasitə aşkar edib. Məlumata görə, ilkin araşdırmalar əsasında belə qərar verilib ki, narkotik vasitələrlə yüklənmiş avtobus İspaniyadan yola salınıb.

Ərdoğandan gənclərə məsləhət

24 Oktyabr 2017 14:26

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə müraciət edərək onları xarici dil öyrənməyə çağırıb.  Ərdoğan gənclərin heç olmasa bir xarici dil bilməsinin vacib olduğunu deyib.

Parlament sədri özünü müvəqqəti prezident təyin etdi

24 Oktyabr 2017 14:22

Oktyabrın 20-də Moldovanın Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin prezidentin öz vəzifələrini yerinə yetirməkdən imtina etdiyi halda dövlət başçısı səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icra edilməsinin mümkünlüyü ilə bağlı sorğusuna baxıb. Məhkəmə prezident İqor Dodonun "müvəqqəti olaraq səlahiyyətlərini icra etmək qabiliyyətində olmadığını" və onun səlahiyyətlərinin parlament sədri və ya baş nazir tərəfindən icra edilə biləcyini açıqlayıb.

Canlı yayımda biabırçılıq: 12 yaşlı qızı uşağının atasını dəqiqləşdirmək üçün efirə çıxartdılar

24 Oktyabr 2017 14:19

Ukraynada yayımlanan ailə-məişət problemləri ilə bağlı veriliş dünya mediasının diqqətini çəkib.  Verilişə 11 yaşında hamilə qalıb, 12 yaşında ana olanTanya adlı qız çıxarılıb. Tanya efirə kimdən hamilə olduğunu dəqiqləşdirmək üçün çıxarılıb. Belə ki, canlı yayımda onun DNT testinin cavabları açıqlanacaq.

Tuba Büyüküstün Asiya Film Festivalında  - Münsif heyətində

24 Oktyabr 2017 14:18

Türkiyəli məşhur aktrisa Tuba Böyüküstün  Los - Ancelesdə təşkil ediləcək Beynəlxalq Asiya Film Festivalının jüri heyətində  iştirak edəcək. Olaylar bildirir ki, Tuba bu festivalda münsiflər heyətinin üzvü olan ilk türk olacaq. Asiya Film festivalı noyabrın 2 – nə kimi davam edecek.

Moskvada qətl törədən erməni həbs edilib

24 Oktyabr 2017 14:11

Moskvada mikroavtobus sürücüsünün qətlində şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib. 25 yaşlı erməni "Rand-Trans" MMC-nin nümayəndəsini qətlə yetirib.

Yaxın Şərqdə Türkiyənin mövqeləri möhkəmlənir

24 Oktyabr 2017 14:07

Yaxın Şərqdə hələ də sular durulmaq bilmir. Birləşmiş Ştatlar və Qərbin regionda maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlik fəaliyyətləri, hətta bu istəyə nail olmaq üçün İraq və Suriyadakı terror qruplaşmalarına açıq və ya gizli yolla dəstək verilməsinə qarşı sipər rolunu oynayan Rusiya-Türkiyə müttəfiqliyi hələlik birincilərin gücünə tam adekvat olmasa da, lakin Yaxın Şərqdəki Ankara-Moskva ittifaqından Qərbin o qədər də məmnun qalmadığı görünməkdədir.

“Demokratiya” ilə cəzalandırılma metodu

24 Oktyabr 2017 14:02

İstənilən zorakılıq forması kimi “demokratiyanın” doğurduğu faciəvi sonluqlar da qeyri-təbii və zərərli təzahür formalarına görə cəzalandırılmalıdır. Zorakılıq aktı ayrı-ayrı şəxslərə deyil, bir çox ölkə və xalqlara tətbiq olunanda cəzanın maddəsi də dəyişilməlidir. Qərb demokratiyası Qərbin mənafeyinə uyğun rejimlərin yaradılması və hakimiyyətə gətirilməsi deməkdir. Milli dəyərləri nəzərə almayan istənilən azadlıq forması azadlıq yox, anarxiyadır.

10 ildə 111 min fil qətlə yetirildi

24 Oktyabr 2017 13:58

 BMT-nin Vild Fauna və Flora (CITES ) Beynəlxalq Təhlükəsizliyi üzrə Konvensiyasının hesabatına  əsasən 2016 – cı ildə  40 ton fil qətlə yetirilib. Olaylar bildirir ki, hesabatda qeyd olunur ki, Afrikada 10 ildə 111 min filin qaçırılmasına səbəb onların dişləridi.

Daha bir raket fəzada yandı

24 Oktyabr 2017 13:51

Sovet dövründə buraxılmış daha bir radioelektron kəşfiyyat peyki Yerin atmosferində yanaraq öz fəaliyyət müddətini başa vurub. Məlumata görə, “Kosmos-1461” peykinin qalıqları Antarktida yaxınlarında okeana düşüb.

Ərdoğan ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edib

24 Oktyabr 2017 13:48

“Viza böhranından emarqoların genişləndirilməsinə, terrorçuların himayə edilməsinə qədər ortaya qoyulan münasibət Türkiyənin doğru yolda olduğunu təsdiqləyir. Məsələn, buna nümunə strateji ortağımız ABŞ-dır. Dəfələrlə müzakirə aparmağımıza baxmayaraq, ABŞ Suriyada Rakka əməliyyatını PKK terror təşkilatının bətnindən ayrılmış uşağı olan PYD/YPG ilə birgə aparır”.

"Onlar mənim hər şeyimdir"

24 Oktyabr 2017 13:18

Türkiyəli aktyor-rejissor Onur Saylak alış-veriş mərkəzində kameralara tuş gəlib. Aktyor Tuba Büyüküstünlə nikahından dünyaya gələn əkizləri Maya və Toprakdan danışıb: "Onlar mənim hər şeyimdir. Qızlarıma hiss etdiyim sevgini sözlə ifadə etmək mümkün deyil. Birlikdə vaxt keçirməkdən böyük zövq alırıq".  

Avropanın mərkəzində dəhşət: balta ilə hücum etdi, sonra maşınla əzib keçdi

24 Oktyabr 2017 13:13

İsveçrənin Flums qəsəbəsində latviyalı bir gənc balta ilə insanlara hücum edib. Hadisə nəticəsində 8 nəfər yaralanıb. Oğurladığı maşınla hadisə yerindən qaçan gənc bir benzin stansiyasında qəza törədib. Qəza nəticəsində daha bir neçə dinc saki yaralanıb.