Dünya

Nəhayət, "Şeytan üçbucağı"nın sirri açıldı

24 Oktyabr 2017 18:50

Atlantik okeanında sirliliyi, müəmmalılığı ilə məşhur olan Bermud üçbucağı bölgəsi havadakı anomaliyalara görə təhlükəlidir. Bunu ABŞ-ın Kolorado ştat universitetinin metereoloqları bildiriblər.

Ermənistan vətəndaşı Azərbaycana keçmək istəyir

24 Oktyabr 2017 17:47

Ermənistanda ədalətsizliyin qurbanı olan Qafan şəhər sakini Andranik Qevorqyan Azərbaycana keçməyə hazırlaşır. Bu barədə Andranik Qevorqyan armtimes.com-un müxbirinə bildirib. 2014-cü ildə Gürcüstanın Kabuleti şəhərində 2 Ermənistan vətəndaşı onun 3100 ABŞdollarını aldatma yolu ilə mənimsəyib. Batumi şəhərində isə ona qarşı sui-qəsd cəhdi olub. O, Gürcüstana maşın almaq məqsədilə gedib və belə bir hadisə ilə üzləşib.Ermənistana qayıdaraq dəfələrlə polisə müraciət etsə də, cinayət işi açılmayıb. Polisin Maştots şöbəsində onu ölümlə hədələyiblər. 

ABŞ-ın Gürcüstandakı hərbi bazasına silahlı hücum

24 Oktyabr 2017 17:45

ABŞ-ın Gürcüstanda yerləşən “Fort Stewart” adlı hərbi bazasına hücum edilib. Kimliyi məlum olmayan bir qadın hərbi bazaya odlu silahdan atəş açıb. Bazanın sözçüsü Kevin Larson hücumun dünən günorta saatlarında baş verdiyini deyib. Qadın polis tərəfindən saxlanılıb. Hadisə zamanı ölən və ya yaralan olmadığı bildirilib. Hücumun hansı məqsədlə həyata keçirildiyi açıqlanmayıb.

Avropadakı yaşlıların hər beş nəfərindən biri yatalaq olacaq

24 Oktyabr 2017 17:44

Elm adamları 2047-ci ildə Avropada yaşayan hər 4 yaşlı qadından və hər 6 kişidən 1-nin yatalaq və ya ağır xroniki xəstəliklərə tutulacağını açıqlayıb. Bu barədə “BMJ Open” dərgisi məqalə yayımlayıb. Məqalə Rusiya Elmlər Akademiyasının üzvü Sergey Şerbov və komandası tərəfindən hazırlanıb.

Medvedev İrəvana gəldi: Sarkisyan və rəqibi ilə təkbətək GÖRÜŞ

24 Oktyabr 2017 17:43

Rusiyanın baş naziri Dmitri Medvedev İrəvana səfər edib. Medvedevi “Zvartnos” hava limanında Ermənistanın baş naziri Karen Karapetyan qarşılayıb. Rusiya baş nazirinin Ermənistana səfərinin məqsədi oktyabrın 25-də keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməkdir.

Məmur 12 yaşlı qıza təcavüz etdi, məktəbi yandırdılar - Cənubi Azərbaycanda

24 Oktyabr 2017 17:32

Etirazçılar Cənubi Azərbaycanın Urmiya şəhərində yerləşən qızlar məktəbini yandırıblar. Buna səbəb ötən gün məktəb rəsmisinin 12 yaşlı məktəbli qıza təcavüz etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat olub. 

Ukrayna Saakaşviliyə sığınacaq vermədi - Ekstradisiya oluna bilər

24 Oktyabr 2017 17:11

Ukraynanın Mixail Saakaşvilini ekstradisiya etmək hüququ var, bu proseduru həyata keçirmək üçün heç bir maneə yoxdur. Məlumata görə, bunu Ukraynanın baş prokuroru Yuriy Lutsenko bildirib.

Ermənistan 22 mindən çox suriyalı qaçqına sığınacaq verib

24 Oktyabr 2017 17:08

Suriyada münaqişə başlayandan Ermənistan bu ölkədən 22 mindən çox qaçqına sığınacaq verib. Məlumata görə, bunu İtaliyada ATƏT-in Aralıq dənizi konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Onun sözlərinə görə, Ermənistan qəbul edilən suriyalı qaçqınların sayına görə Avropada üçüncü ölkə olub.

İNANILMAZ: Üzündə heç bir yara yoxdu, dayanmadan qanayır

24 Oktyabr 2017 17:07

İtalyada 21 yaşlı qızın üzü dayanmadan qanayır. 21 yaşlı qız təcili olaraq xəstəxanaya yerləşdirilib. Dərisində heç bir zədələnmə olmadığı halda üzü, alnı qanayan qız 3 ildən çoxdur bu xəstəlikdən əziyyət çəkdiyini deyib. Pasiyent dəfələrlə həkimlərə müraciət etsə də, dəqiq diaqnoz qoymaq mümkün olmayıb. Qız deyir ki, qanaxma qəfil başlayır və tam olaraq 5 dəqiqə dayanmadan davam edir. Əsasən gərginlik və stress anında yaşanan hadisə son günlərdə tez-tez baş verir.

Bərzani QƏRAR VERDİ: 8 ay sonra...

24 Oktyabr 2017 16:01

Şimali İraq Kürd Muxtariyyətinin parlamenti noyabrın 1-nə təyin olunmuş prezident və parlament seçkilərini təxirə salıb. arlamentin qərarı ilə seçkilər 8 aydan sonar keçiriləcək.

Ukraynanın baş prokuroru: "Saakaşvili çevriliş hazırlayır”

24 Oktyabr 2017 15:40

Mixail Saakaşvilinin Ali Rada qarşısında mitinq keçirən tərəfdarları çevriliş etməyi planlaşdırırlar, lakin hakimiyyət buna imkan verməyəcək. RİA Novosti-nin məlumatına görə, belə bir bəyanatla Ukrayna baş prokuroru Yuri Luçenko çıxış edib. Luçenko onu da vurğulayıb ki, həmin qrup xaricdən maliyyələşir və bunu sübut edəcək. O həmçinin bildirib ki, dinc etiraz hüququ güc çevrilişi etmək üçün hazırlaşmaq anlamına gəlmir. Bu çevriliş planını isə təxminən 150-200 nəfərlik qrup başladıb. Baş prokurorun sözlərinə görə, həmin qrup avtomat silah əldə edərək güc metodları ilə hərəkət etmək niyyətindədir. Yuri Luçenko əlavə edib ki, "bu planlaşdırılmış çevrilişdə "vətəndaşlığı olmayan qastrolçular" da iştirak edirlər. Bunlar o şəxslərdir ki, Saakaşvili Odessa qubernatoru olarkən "qiymətli mədəniyyət xadimləri kimi" onlara ölkədə daimi yaşamağa icazə verilməsini rəsmiləşdirməyə nail olmuşdu.

Fransada parklanmış 21 avtomobili yandırdılar

24 Oktyabr 2017 15:33

Fransada Limojedə naməlum şəxslər parklanma ərazisində olan 20-dən artıq avtomobili yandırıblar.Məlumata görə, parklanma ərazisi Fransanın "Enedis" şirkətinə aid olub. 

Kseniya Sobçak : “Krım Ukraynaya aiddir!”

24 Oktyabr 2017 15:20

"Rusiya və Ukrayna üçün indi əsas məsələ dostluğu bərpa etməkdir. Nəyin bahasına olursa olsun!", - bu sözləri mətbuat konfransında Kseniya Sobçak deyib. Prezidentliyə namizəd olacaq Kseniya Sobçak mətbuat konfransında həmçinin Krımın Ukraynaya aid olduğunu da dilə gətirib. "Beynəlxalq hüquqa əsasən Krım Ukraynaya aiddir. Rusiya “1994-cü il Budapeşt memorandumu”nu pozdu", - deyə teleaparıcı gözlənilmədən hamını təəccübləndirib.

ABŞ bu ölkəyə olan hərbi dəstəyini kəsdi - YENİ SANKSİYA DALĞASI GƏLİR

24 Oktyabr 2017 15:18

ABŞ Myanma ordusuna hərbi dəstəyini dayandırıb. Buna səbəb ordunun arakanlı müsəlmanlara qarşı tətbiq edilən zorakılıq hadisələrinə qarışması olub. Üstəlik, ABŞ tərəfindən Myanma ordusunda xidmət etmiş və hazırda edən ali səviyyəli hərbçilərə qarşı əlavə tədbirlər də görülüb. Bu barədə xarici işlər nazirliyinin sözçüsü Heter Nauret yazılı açıqlama verib.

Türkiyədə küçəyə çıxmaq yasaq edildi - NİYƏ?

24 Oktyabr 2017 14:39

Türkiyənin Mardin vilayətinin Ömərli rayonunda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında atışma olub. Məlumata görə, atışma nəticəsində 2 hərbçi yaralanıb.