Dünya
Ermənistanın Baş Qərargah rəisi ABŞ-a gedib
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Movses Hakobyanın rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına yola düşüb. Movses Hakobyan 23-24 oktyabr tarixlərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda ABŞ-da keçirilən tədbirdə iştirak edəcək.
İŞİD-in son qalası darmadağın edildi: Bu bölgədə artıq terrorçu yoxdur
Filippinin Mindanao əyalətinin Maravi şəhərində İŞİD terror təşkilatı ilə bağlanıtılı Maute təşkilatının sığınıdığı son bina ələ keçirilib. 5 ay öncə mühasirəyə alınan Maravidəki terrorçuların son qalasından 40 cəsəd çıxarılıb. Filippin müdafiə naziri Delfin Lorenzana mediaya verdiyi açıqlamada terror təşkilatına son qoyulduğunu açıqlayıb: “Bu binadakılar Mauteden geriyə qalan son terrorçular idi.
Şok kadrlar: yaşlı qadını ölümə itələdi - VİDEO
Dəmiryol vağzalının platformasında aramla yeriyən və qatar gözləyən qadın ölümdən qurtulub. O, ağır travmalarla xəstəxanaya aparılıb. Səbəb isə heç bir səbəb olmadan hücuma məruz qalmasıdır.
İtaliyadakı REFERENDUMUN nəticələri
İtaliyanın şimalında yerləşən Lombardiya və Veneto vilayətlərində geniş muxtariyyət verilməsi ilə bağlı referendum keçirilib. Seçicilərin böyük əksəriyyəti muxtariyyəti dəstəkləyib.
Ermənistanda SOS: getdikcə yox olan düşmən ordusu
Ermənistan ordusunun iki əsgəri – 1998-ci il təvəllüdlü Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyan ölüb. Rəsmi məlumatda hər iki əsgərin silahdan ehtiyatsız davranışa görə öldüyü deyilir. Bu, itki Ermənistan ordusundakı vəziyyəti yenidən gündəmə gətirib.
TERROR – 13 nəfər həlak oldu
Nigeriyanın şimalında terror hadisəsi baş verib. Olaylar bildirir ki, hadisə zamanı 13 nəfər həlak olub, 18 nəfər yaralanıb. Nigeriyanın Maiduguri və Muna Dalti bölgələrində baş verən terror hadisəsini 3 kamikadze qadın tərəfinfən törədildiyi bildirilir.
Ermənistanda keçmiş döyüşçülərə ömürlük həbs veriləcək
Ermənistanda "Sasna Tsrer" təşkilatının üzvlərinə ömürlük həbs cəzası veriləcək. Siyasi məhbuslardan 5 nəfərin İrəvanda post-patrul xidməti alayının binasının ələ keçirilməsi haqda öncədən məlumatlı olmadığı, Jirayr Sefilyanı müdafiə məqsədilə etiraz aksiyalarında iştirak etdiyi bildirilib. Üç siyasi məhbusa - Smbat Barseğyan, Pavlik Manukyan və Varujan Avedisyana qarşı daha ağır cəza tətbiq ediləcəyi qeyd edilir. Belə ki, məhkəmə Pavlik Manukyan və Varujan Avedisyanı hadisənin əsas təşkilatçısı kimi tanıyaraq, onlara ömürlük həbs cəzası verməyi planlaşdırır.
Hulusi Akar ABŞ-a gedir
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar ABŞ-a səfərə gedir. Bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb. Akar ABŞ-da silahlı radikal qruplaşmalarla mübarizə aparan ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edəcək.
Bərzaniyə ən böyük zərbə belə vuruldu - Peşmərgənin şah damarı kəsildi
İraq Kürd Muxtariyyətinə bir zərbə də neft ixracatı sahəsindən gəlib. Muxtariyyətin “Ceyhan” limanı vasitəsilə gerçəkləşdirdiyi neft ixracı 3 dəfə azalıb. İxracın azalması İraq ordusunun Kərkük şəhəri və onun ətrafındakı əraziləri peşmərgədən geri aldıqdan dərhal sonra baş verib.
ABŞ-dan Rakka üçün yeni təlimat: “Heç kimi sağ buraxmayın!”
ABŞ-ın Suriyadakı təmsilçisi Bred Makqark Rakkada yeni qətliamlar üçün təlimat verib. O, şəhərdə 300 İŞİD üzvü olduğunu iddia edib və “onları canlı buraxmayın. Onlar Rakkada öləcəklər. Bizim məqsədimiz öldürməkdir” - deyib.
ABŞ hərbçiləri Cənubi Koreyada növbəti təlimə başlayacaqlar
ABŞ hərbçiləri Cənubi Koreyada növbəti təlimə başlayacaqlar. Budəfəki təlim Koreya yarımadasında fövqəladə vəziyyətlərdə təxliyə ilə bağlı olacaq. "Courageous Channel" adlı təlim oktyabrın 23-dən 27-dək keçiriləcək
Yaponiyada "Lan" fəlakəti - 5 ölü, 85 yaralı
Yaponiyanın üzləşdiyi "Lan" qasırğası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Daha 85 nəfərin isə qasırğa nəticəsində müxtəlif xəsarətlər aldığı bildirilib. Fukuoka şəhərində 63 yaşlı kişi üzərinə ağac aşması nəticəsində ölüb. Kisivada şəhərində isə bir qadın sel sularında qərq olan avtomobilin içində ölüb.
“İrma” qasırğası 30 il əvvəl butulkada göndərilmiş məktubu okean sahilinə atdı
ABŞ-da ər-arvad Atlantik okeanının sahilində butulkada məktub aşkar ediblər. Onu sahilə "İrma" qasırğası çıxarıb. Uşaq xətti ilə yazılan məktubun 1988-ci ildə göndərildiyi məlum olub. "Salam, mənim adım Miranda Doun Mossdur. Mənim 8 yaşım var. Mən Cənub Karolinada ibtidai məktəbin üçüncü sinifində oxuyuram", - bu sətirlərlə başlanan məktub mətbuatın marağına səbəb olub.
ABŞ-da silahlı insident baş verib
ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində silahlı insident baş verib. Atışma nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Yaralanan şəxs dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağırdır.














