Dünya

“YouTube Kids” proqramında uşaq profili açmaq mümkün olub

3 Noyabr 2017 19:10

“Google” şirkəti “YouTube Kids” əlavəsini yeniləyərək onu yeni dizayn, geniş valideyn nəzarəti imkanları və uşaqlar üçün profillərlə təmin edib.

Qeyri-adi məlumat saxlama üsulu hazırlanıb

3 Noyabr 2017 19:05

Vaşinqton Universitetinin alimlər qrupu qeyri-adi informasiya daşıyıcısı - məlumatları bilavasitə geyimdə daşımağa imkan verəcək “ağıllı parça” yaradıblar. Böyük perspektivlər vəd edən layihə texnologiyalar dünyasında irəliləyişə səbəb ola bilər. Çünki bundan sonra informasiyanı həm elektrik, həm də maqnetik enerjini saxlaya bilən tellərdə mühafizə etmək mümkün olacaq. 

Argentinanın sabiq vitse-prezidenti saxlanıldı — SƏBƏB

3 Noyabr 2017 18:55

Argentinada ölkənin sabiq vitse-prezidenti Amado Budu saxlanılıb. Amado çirkli pulların yuyulmasında ittiham edilir. Bundan başqa sabiq vitse-prezidentin iş partnyoru və uşaqlıq dostu Hose Nunyes Karmona da saxlanılıb.

Suriyada növbəti terror — 9 ölü

3 Noyabr 2017 18:45

Suriyanın Kuneytra vilayətinin Hader şəhərində terror aktı törədilib. Kamikadze terrorçu üzərindəki bombanı işə salıb. Terror aktı nəticəsində 9 nəfər həlak olub, 21 nəfər isə xəsarət alıb.

“ABŞ-dan çox güclü silah alacağıq” - Moskvaya MESAJ

3 Noyabr 2017 18:12

Ukrayna tezliklə ABŞ-dan çox güclü radioelektron və batereya əleyhinə mübarizə kompleksləri alacaq. Bunu Ukrayna prezidenti Petro Poroşenko raket qoşunları günü münasibəti ilə keçirilən tədbirdə deyib.

Təyyarəyə minənləri tərəzidə çəkirlər

3 Noyabr 2017 17:36

Finlandiyanın "Finnair" hava yolları şirkəti təyyarəyə minəcək sərnişinləri bir-bir tərəziyə çıxardaraq çəkilərini ölçür. Ölkənin paytaxtı Helsinkidə "Finnair" hava yollarına məxsus təyyarələr son illər də maraqlı layihələri ilə gündəmə gəliblər. Turizm sahəsində ən çox istifadə edilən hava yolları şirkətinin bu addımı dünya meiasının diqqətini çəkib.

Ərdoğan: Suriyada hərbi əməliyyatlar keçirməyə tam haqqımız var

3 Noyabr 2017 17:30

Türkiyənin Suriyada terrorçulara qarşı hərbi əməliyyatlar keçirməyə tam haqqı var. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri bəyan edib ki, Türkiyə Suriya və İraq ərazilərində bütün terrorçuları məhv edəcək. R.T.Ərdoğan bildirib ki, heç bir ölkə öz sərhədləri yaxınlığında terrorçular üçün dəhlizin yaradılmasına imkan verməz.

ABŞ pedofillərin pasportlarını dəyişdirir

3 Noyabr 2017 17:26

ABŞ-da pedofillərin xarici pasportlarında xüsusi qeydlər yazılacaq. Cinsi istismarda şübhəli bilinən, məhkumluq həyatı yaşayan şəxslərin xarici pasportlarının sonuncu səhifəsində "Yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi istismarda ittiham edilib və cinsi zorakılıq aktına görə cinayətkar hesab edilir" kimi qeyd yazılacaq.

ABŞ Rusiyanın “qatil”inin analoqunu hazırlayır

3 Noyabr 2017 17:24

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “hava-hava” sinfindən olan yeni raketin hazırlanması üzrə ikiillik proqramı reallaşdırır. Raket böyük məsafələrdə hədəfləri ələ keçirə biləcək.

Zorladığı qızla evləndi: onu maşında başqası ilə sevişərkən tutdu - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI 

3 Noyabr 2017 17:20

Türkiyənin Muğla vilayətinin Bodrum ərazisində keçmiş əri tərəfindən öldürülən Gizem Olgunun sayca III məhkəmə prosesi baş tutub. İş yerinə gedərək keçmiş arvadının boğazını kəsərək 27 yerindən bıçaqlayıb öldürən Mert Toprak barədə "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılmışdı. 9 il evli olduğu, bir mebel dükanında çalışan, mart ayında boşandığı 25 yaşlı bir uşaq anası olan keçmiş arvadı Gizem Olgunu öldürən Mert Toprakın onu tez-tez təhdid etdiyi də məlum olub. 

Qırğızıstanda ara qarışdı - Qazaxıstana görə

3 Noyabr 2017 17:18

Qırğızıstanın Talas şəhərində etiraz aksiyası keçirilir. Etirazçılar Qazaxıstanla sərhəddə yaranmış vəziyyətin həll olunmasını tələb edirlər.

Qardaşa görə bacını kənddə çılpaq gəzdirdilər

3 Noyabr 2017 16:21

Pakistanda yeniyetmə qızı kənd küçələrindən çılpaq keçmə vadar etmiş 8 kişi həbs olunub. Onlar qardaşın əməlinə görə bacıdan "qisas" alıblar. Olay Pakistanın şimal-qərbindəki Xeybər-Pahtunxva vilayətində Dera İsmayıl Xan bölgəsində yaşanıb.

Karlov sui-qəsdində şok detal – 300 tələbə...

3 Noyabr 2017 16:06

Ankarada sui-qəsd nəticəsində öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun istintaqında şok detallar üzə çıxıb. Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Poroşenko orduya əmr verdi: Donbasa doğru hazır olun!

3 Noyabr 2017 16:04

Ukrayna Prezidenti Pyotr Poroşenko raket qoşunlarına hazırlıq komandası verib. “Raket qoşunları istənilən an lazım gələrsə Donbasa - sərhəd bölgəsinə qayıtmaq üçün hazır olmalıdır”, - Poroşenko deyib. 

"On minlərlə suriyalı ölümlə üz-üzə qalıb"

3 Noyabr 2017 15:47

"Rusiya rəsmi Şamın icazəsi olmadan ABŞ-ın Suriyada açdığı qanunsuz Əl Tanf hərbi bazasına görə on minlərlə suriyalıya humanitar yardım göndərə bilmir". Bu məlumatı Rusiyanın Suriyadakı atəşkəsə nəzarət mərkəzi yayıb. ABŞ ordusu bölgəyə 55 kilometrdən çox yaxınlaşmağı qadağan edib. Bu səbəbdən hərbi bazaya müharibə cinayəti sayıla biləcək qədər yaxın məsafədə yerləşən Rukban düşərgəsindəki on minlərlə suriyalı ölümlə üz-üzə qalıb.